Redaksiyanın poçtundan
Mahir Abdullayev işıq problemini həll etmək əvəzinə öz cibini fikirləşir
Hələ 2009-cu ilin noyabr ayında Sumqayıt Elektrik Stansiyasının açılışında ölkə Prezidenti bəyan etdi ki, hökumətin düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edə bilib və qısa müddət ərzində elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib. Amma bütün bu deyilənlər fonunda adamı təəccübləndirən fakt odur ki, bir balaca havalar soyuyanda ölkənin enerji sistemində yüksək səviyyədə fövqəladə hallar müşahidə edilir və rayonlarda 1960-cı illərdən qalma köhnə infrastruktur insanların həyatı üçün təhlükəli bir şərait yaradır.
Bir çox rayonlarda olduğu kimi Cəlilabad rayonunda da işıq dirəkləri və kabellər köhnədir. Bir neçə il əvvələ kimi bizim Qarazəncir mərkəzi küçəsinə elektrik enerjisi PMK-35-in həyətindəki transformatordan verilirdi. Lakin o qəzalı vəziyyətə düşdüyündən, qısa qapanmadan sonra sıradan çıxdıqdan sonra xətti ayırdılar və Ocaqlı kənd 1 saylı orta məktəbi ilə kənd soveti binasının arasında yerləşən transformatora qoşdular. Bütün bəlalarımız da bundan sonra başladı.
İşıq közərə-közərə verilməyə başladı. Qeyri-stabil enerji ötürməsi nəticəsində kəndimizdə çoxlu sayda elektrik avadanlığı yanaraq məhv oldu. İşıqlarda “zamıkanie” gedir, birdən birə közərir və ani olaraq gücləşirdi. Bunun nəticəsində evlərimizdəki texniki avadanlıqlar yanaraq sıradan çıxırdı. Bu cür qeyri-stabil enerji verilməsi nəticəsində kəndimizdə yüzlərlə məişət avadanlığı yanaraq xarab oldu. Motorları və digər avadanlıqları ustaya aparıb sarıtdırmaqdan yorulmuşduq. Müxtəlif instansiyalara yazsaq da, səsimizə hay verən olmadı. Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsi rəhbərliyi gələn yoxlamalarla “dil taparaq” onları yola salır, nəticədə şikayətimiz baxılmamış qalırdı. Mütəxəssis olmadığından nizamlaya bilmirdilər, odur ki ağrısını biz kənd camaatı çəkirdik. Həmin vaxt bizə ciddi maddi ziyan dəymişdi və müxtəlif instansiyalara yazaraq dəyən ziyanın ödənilməsini tələb etmişdik. Şəxsən bizim evdə müxtəlif vaxtlarda su motoru, 340 manata alınmış təzə xarici televizor, laqunda və drel, kompüter, soyuducu, pristavkalar, adaptr və lampoçkalar yanaraq sıradan çıxmışdı. Həmin vaxt Azərenerjinin hüquqşünası Fikrət Hüseynov şikayətimizlə bağlı gəlib yerində yoxladı. O bizim dediklərimizi təsdiqlədi, həyətlərimizdə olaraq işaqların közərməsini öz gözü ilə gördü, hətta bildirdi ki, bu cür enerji verilməsi düzgün deyil. Lakin o gedəndən bir neçə gün sonra evimizə cavab məktubu gəldi ki, “yaşadığınız ərazidə R.Xankişiyev, A.Abıyev, S.Abdullayeva, M. Həsənova və s. adlı adamların olmadığı aşkar edilmişdir”.
Bu cür yalan bizi dəhşətə gətirdi. Belə ki “Azərenerji”nin göndərdiyi bu cavab məktubunda bizim şikayətimizə baxılması əvəzinə iddia olunurdu ki, məktubu yazan həmin adamlar ərazidə yaşamırlar, yəni məktub saxtadır! Onlar elə bu cür də dövləti aldadaraq situasiyadan çıxmağa çalışmışdılar, problem isə yenə həll edilməmiş qalmışdı. Bu cür aldatma üsulları ilə dövlətimizin imicinə xələr gətirirlər. Çox təəssüf ki, məhz bu tip yalanların nəticəsində şikayətlərə baxılmır və reaksiya verilmir. Xalqa qarşı belə sayğısızlıq, laqeyd münasibət yolverilməzdir.
Bir az yağış yağan, külək əsən və yaxud qar düşən kimi rayon ərazisi qaranlığa qərq olur. İnfrastrukturun köhnə olması, keçən əsrin ortalarında çəkilmiş kabellərin yararsız hala düşməsi, transformatorların öz istismar müddətini bitirməsi səbəbindən əhali ağır və taleyüklü problemlərlə üz-üzə qaldır, külli-miqdarda ziyan çəkir.
Enerjinin düzgün ötürülməməsi nəticəsində kəndimizdə yanmış, ütülmüş avadanlıqlara görə dəymiş ziyan ölçüyə gəlmir. İşıq idarəsi rəhbərliyi xalqla ölüm-dirim savaşına girib. 1965-ci ildə çəkilmiş kabellər yerlə sürünür, az qalır qırılıb camaatın başına düşsün. Təhlükəsizlik tədbirlərinə düzgün riayət edilməməsi, avadanlığın istismar müddətinin ötməsi səbəbindən əhali tez-tez yanğın təhlükəsi ilə üzləşir, min bir zülm-əcrə ilə aldığı avadanlıqlar isə yanıb sıradan çıxır.
Qışda uşaqların təhsili nol səviyyəsinə enir, çünki dərsə hazırlaşmaq üçün lampa işığında oturmaq lazım gəlir. Əhali həftələrlə televizora baxmır ki, işıq zəif olduğundan yana bilər. Cəlilabadın bir çox kəndlərində camaat hər an elektrikdən yaranacaq ölüm təhlükəsi ilə üz-üzədir, çünki təhlükəsizlik qaydalarına riayət olunmur. Bəzi yerlərdə hətta üzüm şpanerlərindən və payalardan dirək kimi istifadə olunur. Kabellər köhnəldiyindən tez-tez qırılıb tökülür. Bizim kənddə yaxşı oxuyan, əlaçı uşaqların çoxu eynək taxır, çünkü illərlə közərə-közərə yanan lampoçka işığında dərs oxumalı olur, məktəbə hazırlaşırlar. İşıq bu cür verildiyindən gündə bir avadanlığımız yanıb sıradan çıxır.
Transformatorları, kabelləri remont edən ustalar da əsəb xəstəliyinə düşüblər. Yazıqlar il boyu remont etməklə, köhnə kabelləri yamamaqla, yanıb qırxı çıxmış əlli ilin transformatorunu sarımaqla məşğul olurlar. Bəzən kənd camaatı yığışıb gecə evindən bu adamları çağıraraq küçəyə tökürlər ki, transformator partlayıb, işıqsız qalmışıq, gəlin remont edin. Elə yer var 70 ev üçün nəzərdə tutulmuş transformatordan 300-dən artıq ev enerji götürür. Yük həddən artıq çox olduğundan, həm də 50 ilin magistral aliminium telləri tamamilə keyfiyyətini itirdiyindən əriyib yerə düşür.
Gəlin görək adi gündə işıq dirəklərinə hər hansı bir montyoru, işıq idarəsinin işçisini çıxara bilərsinizmi? Özləri də deyir ki, bu dirəklərin vaxtı çıxıb, çürüyüb, hər an aşa bilər, faciə baş verə bilər. Bu yaxınlarda təhlükəsizlik tədbirlərinin qorunmaması nəticəsində növbəti faciə baş verdi. Rayonda Təbriz bazarı deyilən bazarın qabağında işıq idarəsinin işçisini tok vurub öldürdü. Rayonun Sərhədabad kəndindən olan Etiqad adlı elektrik montyoru öz profilinə uyğun olmayan işi görməyə göndərilmişdi və nəticədə onu tok vurub öldürdü. Cinayət işi açılsa da, nədənsə axıra kimi aparılmadı və Etiqadın ölümü Cəlilabad işıq idarəsi rəhbərliyinin səyləri nəticəsində ört-basdır edildi. Rayonun Badamağacı kəndində də böyük faciə yaşandı, ölənlər oldu, onlarla adam xəsarət aldı. Həmin faciə məhz bu cür yarıtmaz halların ucbatından oldu. İndi bizim kəndin camaatına heç kəs qarantiya verə bilməz ki, Badamağacında olan faciə sabah sizin kənddə yaşanmayacaq. Bu nə vaxta kimi belə davam edəcək?
Bir az yağış düşən kimi tranformatorlar patrlayıb dağılır, elə vaxt remont işləri bir həftəyə kimi vaxt aparır. Həmin vaxt ərzində əhali işıqsız qalmalı olur, müxtəlif problemlər və başağrılar yaranır. Transformatorun bir sarğısı yanmışdı, onu sarımaq üçün xüsusi maşın gəlməli və Şirvan rayonuna aparmalı idi. Məlum oldu ki, çoxlu transformator yanmışdır, sarıtmaq üçün Şirvanda bir aya yaxın növbə gözləmək lazım olacaq. Beləliklə, üç böyük kəndin camaatı bir ay gözərə-gözərə yanan işığın ümidinə qaldı. Bu boyda Cəlilabad rayonunda bir fazanı sarıyıb ortaya çıxara bilmirlər, bununçün Şirvana gedib bir ay gözləmək lazım gəlir! Məhz həmin közərən işıqların, gah azalıb, ani olaraq güclənən enerjinin nəticəsində kənddə yüz əlliyə yaxın aparat bir neçə günün içərisində yanıb sıradan çıxdı.
Elektrik sisteminin pərakəndə şəkildə qoşulması, Yüksək Gərginlikli Elektrik Şəbəkəsi rəhbərliyi tərəfindən öz işinə başdansovdu yanaşılması nəticəsində mal-heyvanlarımızın tok vurub öldürməsi halları da tez-tez baş verir. Dəfələrlə müraciət etmişik, Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsindən qapımıza gəlirlər, bircə onu deyirlər ki, niyə məktub yazmısan, bizdən şikayət yazmayın. Küçəmizdə yerlə sürünən kabellər, közərə-közərə yanan işıqlar isə heç kəsi maraqlandırmır. Elə indi də min bir zəhmət hesabına aldığımız avadanlıqlar- soyuducular, kondinsionerlər tez-tez yanıb sıradan çıxır. Bu nə vaxta kimi belə davam edəcək?
Azərbaycanın enerji potensialının artırılmasına 2 milyard investisiya qoyulub, amma Cəlilabadda bu hiss olunmur. Bəzi yerlərdə hətta üzüm şpanerlərindən dirək kimi istifadə olunur. Kabellər köhnəldiyindən tez-tez qırılıb düşür.
Məlum olduğu kimi, bu il işıq sistemi “Azərenerji”dən ayrılaraq “Azərişığ”a verilmişdir. Bu bizi çox sevindirdi, düşündük ki, yeniliklər olacaq, dərdlərimizə çarə tapılacaq. Amma gəlin görək nə dəyişdi? Azərişıq ASC-nin Cəlilabad Elektrik şəbəkəsi rəhbərliyi əhalinin problemlərini həll etmək əvəzinə qaz vurub qazan doldurmaqla məşğuldur. Şəbəkəsinin rəisi Mahir Abdullayevin ilk işi o olmuşdur ki, idarənin həyətindəki üç maşın yoxa çıxmışdır. Hara yox olduğu, kimə satıldığı bilinmir. İdarənin Azərenerjidən qalma avadanlıqları həzbi-rabedən keçirilir. Bu maşınlardan əlavə idarənin həyətində olan kranlar da müammalı şəkildə yoxa çıxmışdır. Əhali illərlə yazıb transformator qoydurmaq istəsə də, vermirlər, amma hər hansı şadlıq evi, ya restoran tikilən kimi onu transformatorla təmin edirlər. Bu adamları xalq yox, öz cibləri maraqlandırır. Bundan başqa, Cəlilabad rayon Telekommuniksiya Qovşağının həyətində olan 160 KvA gücündə olan transformator da yoxa çıxmışdır. Həmin transformator, eləcə də Cəlilabad işıq idarəsinin həyətindəki həmin maşınlar Şəbəkənin balansında idi, əgər silinibsə “Azərenerji”nin möhürlü kağızı olmalıdır. Xahiş edirik, yoxlayasınız, belə bir möhür varmı? Əhalinin xidməti üçün nəzərdə tutilmuş həmin maşınlar hara yoxa çıxmışdır? Mən artıq uzun müddətdir ki, Cəlilabad İşıq idarəsinə müraciətlər edirəm ki, həyətimdəki ağac 10 minlik elektrik kabelinə toxunur, çınqı verir, hər an fəlakət ola bilər, amma deyirlər ki, lazımi maşın yoxdur. Əgər hər təzə gələn müdir bir maşını, bir transformatoru satıb yeyəcəksə, hardan olacaq?
Mən və yaxınlarım artıq Cəlilabad İşıq idarəsinə gedib gəlməkdən, müraciətlər etməkdən bezmişik. Dövlət orqanlarının nəzərinə onu da çatdırım ki, “Azərenerji”nin vaxtında burdakı işçilər səhər saat 8.00-dən 17.00-a kimi işləyirdilər, axşamçağı saat 17.00-da evə gedirdilər. Amma Mahir Abdullayev Cəlilabad şöbəsinə rəis təyin olunandan işçilərin günü göy əskiyə bükülüb və ondan da narazılıq yaranıb. Belə ki, işçilər qeyri-qanuni olaraq səhər saat 8-dən axşam saat 20.00-a, bəzən isə lap 21.00-a kimi işləməli olurlar. Mahir Abdullayev onlara əmr verib ki, işdən sonra da evə getməyin, burda olun. Bu isə qeyri-qanunidir, belə ki, Şəbəkənin işçilərinin iş vaxtı qanunla axşamçağı saat 17.00-da bitir. Mahir Abdullayev onları məcbur edir ki, axşamçağı hava qaralana kimi orda olsunlar. 40-45 dərəcə istilərdə insanın 12 saat ayaq üstə, iş üstündə dayanmasını təsəvvür edin. Hamı əsəb içindədir. Əlavə iş saatına görə işçilərə heç bir maaş, ya digər ödəniş verilmir. Günün istənilən vaxtı Cəlilabad işıq idarəsinin yanından keçərkən zavallı işçilərin hələ də orda olduğunu görürsən. Mahir Abdullayev işçilər ilə işçi kimi yox, qul kimi rəftar edir. O burada əsl konslager üsul-idarəsi yaratmışdır. Əvəzində isə heç bir iş getmir, durğunluq hökm sürür. Bu qanunsuzluğa son vermək lazımdır.
Dəfələrlə idarəyə gedib bildirmişik ki, bir neçə il qabaq stolbaların yerini dəyişərkən onların bir çoxu əyri basdırılmışdır, bəzi yerlərdə 30 dərəcə, 40 dərəcə maillik var, bu stolbalar hər an aşa bilər. Amma reaksiya vermirlər. Evimin yanında basdırılmış, eləcə də digər yerlərdəki əyilmiş stolbaları, eləcə də yarıtmaz halda olan işıq dirəklərinin şəklini çəkib sizə göndərirəm ki, baxasınız. Çünki nə qədər müraciətlər etsək də, Cəlilabad İşıq idarəsinin rəhbərliyi heç bir reaksiya vermir.
Bundan başqa, Hamarqışlaq, Xəlilli, Sadatlı, Xəlilabad, Allaverən kəndlərində də elektrik xətləri bərbad vəziyyətdədir, hər an insanların həyatı üçün təhlükə yaranır. Normal xətt qanunla yerdən 5,5 metr hündürlükdə olmalıdır. Amma bu kəndlərdə tok kabelləri çox aşağıdan gedir. Məsələn, Ocaqlı kənd qəbiristanlığında elektrik xətti qəbiristanlığın içi ilə təxminən 1,5 metr hündürlükdən keçir. Novruz bayramı vaxtı mərhumlarının qəbirləri üstünə yığışmış camaatı dəhşət bürüdü, belə ki insan boyundan qat-qat aşağıda, az qala yerə dəyən elektrk kabelinin yanında çoxlu uşaq oynayırdı və böyüklər tez-tez uşaqları həmin təhlükəli yerdən uzaqlaşdırmalı olurdular.
Xahiş edirəm ki, göndərdiyim şəkillərə uyğun olaraq bizim faciəli durumumuzu nəzərə alasınız və dediklərimizdən nəticə çıxararaq Azərişıq ASC-nin Cəlilabad Elektrik şəbəkəsi rəhbərliyini hərəkətə gətirəsiniz.
Həsənova Marifə
Cəlilabad rayon sakini

Комментариев нет:
Отправить комментарий