16.09.2015

Rusun vaxtı xalq ağır bank sələmi altında boğulmurdu

Elxan Zaman

Rus sənin dövlətinin təməlini qoyan insanları yetişdirən məktəblər açdı burda, səhiyyə və yüksək təhsili bu xalqdan əsirgəmədi. Burda nəhəng zavodlar, ələxüsus da neft emalı və neft məhsulları istehsal edən zavodlar tikdi, halbuki bu gün sən ancaq xam neft satırsan. Rus Neft daşları kimi bir şəhərcik saldı. Yox yerdə Sumqayıt, Əli-bayramlı, Mingəçevir, Sabirabad, Neftçala kimi şəhərlər saldı. Rus sənin dilinin, milli mədəniyyətinin qorunması və inkişafı üçün gözəl şerait yaratdı. 
Bir misal. Rusun vaxtı bu millətin bəstəkarlarının bəsdələdikleri mahnarın səviyyesine baxın, indikinə baxın. Rusun vaxtının müğənnilərinin, kino-aktyorlarının, veriliş aparıcılarının, jurnalistlərinin, ədəbiyyatçılarının, mühəndislerinin, alimlərin, tələbə və şagirdlərinin, müəllim və həkimlərinin, polis və hərbçilərinin, dövlət məmurları və hökumət işçilərinin səviyyələrinə, davranış və əxlaqlarına baxın, indikilərə baxın, fərq göz qabağındadır. 
Əgər rus vaxtilə insanlara evlər verməsə idi, əminəm ki, indi xalqın böyük əksəriyyətinin Türkiyədəki, Avropadakı, elə ABŞ-ın özündəki kimi evləri yox idi. Rusun vaxtı xalq ağır bank sələmi altında boğulmurdu...
Məhz rus, bu gün onu bəyənməyən bir cox dağdan qaloşla düşmüşləri oxutdu, əlini çörəyə çatdırıb adam elədi. Məhz rus ölkə şəhərlərinin kanalizasiya və su təchizatı sistemini qurdu, meliorasiya işlərinə külli vəsait ayırdı. 
Bu 20 ildə ölkəyə bu qədər milyard girməsinə baxmayaraq, kanalizasiya sustemi və su təhcizatı yaman gündədir.
Rus vaxtı heç vaxt işıq, qaz, su pulunu ödəyə bilməyən adamın işığını, suyunu, qazını kəsmirdilər, heç kəsi evindən zorla çıxarıb küçəyə atmırdılar. 
Nə isə, yazsam və müqayisə etsəm, görərsiz ki, rus sistemi nə qədər bugünki sionist və vəhşi kapitalist sistemindən ədalətli, insaflı və əxlaqlı idi...

Комментариев нет:

Отправить комментарий