28.09.2015

Rus hərbçilərinin Suriyaya gəlişi İŞİD sıralarında panikaya səbəb olmuşdur

Suriyada vuruşan radikal qruplaşma üzvlərinin sosial şəbəkələrdəki son yazışmaları onu deməyə əsas verir ki, "xəlifət uğrunda mübariz"lərin əvvəlki döyüş ruhundan əsər-əlamət qalmamışdır. Suriyada vuruşan təfkirçilər və onları dəstəkləyənlərin birləşdiyi qruplarda əgər əvvəllər tez-tez cihad çağırışlarına rast gəlinirdisə, indi cihadçılar öz cəbhədaşlarını daha çox Suriyanı tərk etməyə və miqrantların cərgəsində Avropaya yollanmağa səsləyirlər. Suriyada vəziyyətin pisləşdiyini diqqətə çatdıran cihadçılar internet şəbəkələrindəki post və məlumatlarında bildirirlər ki, vaxtkən Avropada miqrantlar üçün nəzərdə tutilmuş sığınacaqlara sahib olmaq lazımdır: "Axmaq kafir qoyunlar bizə ev və pul verəcəklər"- qruplaşma rəhbərlərindən biri yazır.
"Russkaya Vesna" saytının hərbi eksperti Aleksandr Vasilyevin sözlərinə görə, cihadçıların bu təşvişi Suriyaya Rus ordusunun gəlişi ilə əlaqədardır. Yeni model silah və texnika ilə təhciz olunmuş Rus xüsusi təyinatlılarının Suriya cəbhəsində görünməsi İŞİD döyüşçüləri sıralarında qorxu və təşvişə səbəb olmuşdur. Əgər mücahidlər Suriya ordusu ilə çatışmaya böyük həvəslə girirdilərsə, rus qoşunlarının dislokasiya olduğu ərazilərdə çox nadir hallarda görünürlər. Artıq onlar müxtəlif yollarla Suriyanı tərk edib, miqrantların sırasında qoşularaq Avropaya yollanırlar.

Jurnalistlər bildirirlər ki, Rusiya hərbçilərinin Tartus port şəhəri vasitəsilə Suriya ərazisinə gəlməsi davam edir. Slunfa, Masiaf, Ras-al-Basit şəhərlərindəki blok-postlar və nəzarət buraxılış məntəqələrində olan Suriya əsgərlərini Rusiya və İran hərbçiləri əvəz etmişlər. Rus ordusu tədricən ölkənin içərilərinə doğru irəliləməyə başlamışdır. Ekspertlərin fikrincə, yorulub gücdən düşmüş 2800-ə yaxın Suriya əsgəri öz mövqelərini tərk etmişlər, onları Rusiya xüsusi təyinatlıları və İran İslam İnqilabı Keşikçiləri Korpusunun qvardiyaçıları əvəz etmişlər. Ölkənin şimalındakı yüksəkliklər və strateji mövqelərin hamısı Rusiya və İran əsgərlərinin nəzarəti altındadır. Əgər İŞİD-çilər hökumət qüvvələrinin cəmləşdiyi və Bəşər Əsədin ana yurdu sayılan Latakiyaya soxulmaq istəsələr, onlar Al-Qaab vadisindən keçməli olacaqlar ki, buradakı Slunfa məntəqəsində rus və iranlılardan ibarət ordu qruplaşması ilə üzləşəcəkələr. Ölkənin şimalı İŞİD və digər silahlı qruplaşmalar üçün alınmaz qalaya çevrilmişdir. Ras-al-Basit şəhərində cəmləşmiş Rusiya və İran hərbçiləri isə Suriya-Türkiyə sərhədi boyunca birgə kontrol reydləri keçirəcəklər, sərhəddən yeni terrorçu qüvvələrin axınının qarşısını alacaqlar. Masiaf şəhəri isə hal-hazırda 12 mindən 16 minə kimi Suriya milisinin cəmləşdiyi gücləndirilmiş məntəqəyə çevrilmişdir. Suriya milisionerləri yeni silah və texnika ilə təmin olunmuşlar. Radikal qruplaşma liderləri sosial şəbəkələrdəki yazışmalarında ölkənin qərb və şimal istiqamətində hücumları perspektivsiz hesab edirlər. Son günlər isə təfkirçilərin ümidlərini puç edən daha bir hadisə baş vermişdir: Çin hökuməti də Latakiyaya öz hərbi kontingentini göndərmək barədə qərar qəbul etmişdir.

Комментариев нет:

Отправить комментарий