Düşmüşəm bir dəli sevdayə görən gündən onu,
Sanki gəldim təzə dünyayə görən gündən onu.
Odur ancaq mənə dünyadə həyat eşqi verən,
Gördüm ömr etməyimə qayə, görən gündən onu.
Aydın oldu niyə titrərdi gün altında canım,
Çöndü ayazlı çağım yayə, görən gündən onu.
Gecələr gah onu mahparəyə mən bənzədirəm,
Çəkilib röyalarım Ayə görən gündən onu.
İsmətli afətidir doğma Talış torpağımın,
Dedim əhsən mən Astarayə, görən gündən onu.
Kaş ki az eylə nazın, qəlbi gülə Mirfayazın-
Gəlməyir dərdu səri sayə, görən gündən onu.

Комментариев нет:
Отправить комментарий