28.09.2015

Onun 100 yaşı var, hədəfi 200 yaşdır – 6 ürək, 3 böyrək və 2 ciyər…

Neftin gələcək əhəmiyyətini düşünən Con Rokfeller 1863-cü ildə dünyanın 1870-ci ildə “Stadard Oli Company” adlı neft şirkətini quraraq, böyük bir biznes imperiyasının təməlini qoydu.
“Citi Qup”, “Exxon-mobil”, “BP” və “Chevron” ailənin bilinən mülklərindən bəziləridir.
Rokfeller ailəsinin ABŞ-ın Mərkəzi Bankına da böyük təsiri olduğu söylənir.
Sahib olduqları sərvət çox göstərilməsə də, idarə etdikləri pul miqdarı trilyonlarla ölçülür.
Əgər bu qədər pul bazara qoyularsa, dünya səviyyəsində böyük bir iqtisadi böhrana səbəb olub, ölkələri iflasa uğrada bilərlər. Bu səbəbdən Rokfellerlərin yalnız ölkələrin siyasi tutumlarına yön verməklə kifayətləndikləri bildirilir.
Ailəyə yaxın olduğu ehtimal olunan yəhudi film rejissoru Aaron Russo 11 sentyabr hücumlarının Rokfellerlər tərəfindən qurulduğu iddiasını irəli sürmüş, bundan 6 ay sonra isə ölmüş və ya öldürülmüşdü…
NBC və ağılagəlməyən daha bir çox məşhur televiziya kanalları Rokfeller ailəsinə məxsusdur. Bu səbəbdən mediaya nəzarətləri ilə geniş kütlələrə öz ideologiyalarını yeridə bilirlər.
Con Rokfeller 340 milyard dollarlıq sərvəti ilə öldükdən illər sonra belə bütün zamanların ən zəngini ünvanını tərk etməmişdi.
Hazırda ailəni uzun zamandır onun 100 yaşlı nəvəsi David Rokfeller idarə edir. Orqanlarının çürüməyə başladığını görən David, orqan nəqli etdirib. Həkimlər 80 yaşından sonra orqan nəqli edilməsinin riskli olduğunu söylədikdə, “Soyadınız Rokfellerdirsə, 120 yaşda da ürək nəqli etdirə bilərsiniz. Çünki tibb qanunları onlar üçün keçərli deyil. Rokfeller soyadının ömrü uzundur”- deyə David Rokfeller cavab verib.
İndiyə kimi David Rokfellerə ümumilikdə 6 ürək, 3 böyrək və iki ciyər nəql edilib, bir çox damarı dəyişdirilib. Onun hədəfi 200 yaşa çatmaqdır.
Görünür ki, “Yeni dünya sistemi” kimi fikirlər irəli sürən Davidə bunun üçün 100 il daha lazımdır. /nia.az/

Комментариев нет:

Отправить комментарий