22.09.2015

Tam fərqli "Qədim Azərbaycan tarixi" nəşr olundu

Tədqiqatçı-yazar İbrahim Selin yeni "Qədim Azərbaycan tarixi" kitabı çapdan çıxıb. Kitabda müxtəlif konspiroloji mənbələrə əsaslanaraq Azərbaycanın alternativ tarixi təqdim olunur.
Müəllif, əksər oxucuların çıxışı olmayan materiallar əsasında tərtib etdiyi və "qərəzsiz məlumat mənbəyi" adlandırdığı əsərini tarixçilər, tələbələr, jurnalistlər, konspiroloqlar, antropoloqlar və sosioloqlar üçün nəzərdə tutduğunu bildirir. 
Kitabda çoxsaylı ilkin mətnlər və elmi ədəbiyyat əsasında, xüsusən xarici dillərdəki mənbələrdən təkzibolunmaz faktlara istinad edilərək, Azərbaycanın əslində dünyanın müqəddəs məkanlı olması barədə həqiqət oxucuya çatdırılır. Kitab indiyədək qapalı qalmış tarixi reallıqların geniş auditoriyaya çatdırılması baxımından faydalı hesab oluna bilər.
"Qədim Azərbaycan tarixi" oxucularda vətənimizin şanlı keçmişi haqqında obyektiv rəyin formalaşması işində mühüm rola malik olacaqdır.
Kitabı 28 may metrosundakı kitab dükanlarından, Tarqovıdakı "Kitab Evi", "Kitab Klubu", "Mado" ilə üzbəüz "Eniqma", "Kitabevim.az", "Book House", "Akademkitab", "Rebus", "Bakumoz" kitab mağazalarından almaq olar. Qiyməti 7 manatdır.


Oxucularımız üçün maraqlı olar deyə, kitabda aydınlıq gətirilən fəsil başlıqlarını sizin də nəzərinizə çatdırırıq:

I hissə: Münbit vilayət və geniş düzənlikləri buğda tarlaları ilə örtülü idi, çəmənlərində çox gözəl at ilxıları bəslənirdi
II hissə: Azərbaycan ərazisi Babilistan və Misir düzənliklərindən daha yaxşı suvarılırdı
III hissə: Azərbaycanda 3 məşhur od vardı- ruhani təbəqəsinin Azərfərinborq, əkinçilərin olan Azərbərzinmehr və şahlara məxsus Qoşnəsb odları
IV hissə: Ərdəbil - müqəddəs şəhər deməkdir
V hissə: Qızılı müəyyən etmək üçün məhək daşı ilk dəfə Azərbaycanda istehsal olunmuş və bütün dünyaya buradan aparılmışdır
VI hissə: Azərbaycan şahlarının nizam-intizamlı orduları olmuşdur, xüsusilə onların süvari dəstələri şöhrət qazanmışdır
VII hissə: Azərbaycan yunanlıq qarşısında iranlılığın səngəri olmuşdur
VIII hissə: Albanlar döyüş meydanına 60 min piyada, 22 min süvari çıxarmaq iqtidarına malik idilər
IX hissə: Əgər bir vuruşmada Azərbaycan ordularından 80-100 nəfər ölürdüsə, yunan ordusundan həlak olanları saymaq mümkün olmurdu
X hissə: Talışlar və Bakı kadusiləri nə əhəminələrə, nə selevkiilərə, nə parfiyalılara, nə Sasanilərə və nə müsəlman hakimlərinə tabe olmamış, yalnız Səfəvilərin vaxtında şiəlik gəldikdə birləşmişlər
XI hissə: Tarixin bütün dövrlərində İran ərazisinə hücum edən tayfalar, bu ölkəyə gəldikdən sonra yerli əhali ilə qaynayıb qarışaraq öz etnik formalarını itirmiş, yerli əhalinin təsiri altına düşmüşlər
XII hissə: Təyinolunmuşlar ərazinin gücü və qüdrəti olaraq qalır
XIII hissə: Xüsusi işarəlilər Moskvaya kömək etməlidirlər
XIV hissə: Xəzər gölü torpağının sirləri çoxdur
XV hissə: Ən ucqar yerlərdən ailə qurmaq üçün gəlin axtarışına çıxanların çox böyük qismi Astraxanbazara gələrdilər
XVI hissə: 190 nəfər 10 yaşlı qızları qızıl pulla alıb Vatikana apardılar
XVII hissə: Bu ərazilərdə doğulan qız uşaqlarının gen kodları bədənə daxil olan zəhəri tez parçalayır və dünyada analoqu olmayan genetik bazadır
XVIII hissə: Bakıda dünyaya gələn qızları aldatmaq, təhqir edib, sarsıtmaq Allah tərəfindən günah sayılır- Allah o qızları özü qoruyur və özü də mühakimə edir
XIX hissə: “Mənə Qəmərbulaqda bitən Əqrəb gülündən gətirin”
XX hissə: Dumanlı Dərəyə sonsuzluqdan, beyin yaralarından, ürək-damar, qan təzyiqi və şəkər xəstəliklərindən sağalmaq üçün gəlirdilər
XXI hissə: Qızılbulaqda Ay daha aydın göründüyündən hər ilin mart, aprel və may aylarında bu yerlərə dünyanın varlı adamları gələrdilər
XXII hissə: Azərbaycan qadınına məxsus ana südü bənzərsizdir- bu südün tərkibində 16 xəstəliyi müalicə edən əlamətlər var
XXIII hissə: “Qızımı Şirvan mahalına ərə verməyi fikirləşirəm, oğluma o yerlərin Talış elindən qız alardım...”
XXIV hissə: “Sarayımdakı qızların ən gözəli və qüvvətlisi Muğandan olacaq- mən öz nəslimi güclü, xəstəlik və epidemiyalara qarşı dözümlü, mərd və məğrur görmək istəyirəm”
XXV hissə: “Xəzər sahilindəki qızlar və qadınlar ilə ailə qurmaq biz ingilislər üçün çox vacib və lazımdır....”
XXVI hissə: Mələklərin doğulan yeri Azərbaycandır
XXVII hissə: Azərbaycançılığın keçmişinin, indisinin emblemi Zərdüştlük, atəşpərəstilikdir
XXVIII hissə: Zərdüşt təliminə görə insan ömrünün mənası Əhrimanla mübarizədə Ahura Mazdaya kömək göstərməkdir
XXIX hissə: Azərbaycanlıların soykökü muğanlılardan başlayır
XXX hissə: Zərdüştlüyün vətəni Azərbaycan olmuşdur
XXXI hissə: Muqlar, muğanlılar bu ərazilərin ilkin sakinləri olmuş, zərdüştlik, atəşpərəstlik burada nəşət etmiş, Zərdüşt muğanlı olmuş, “Avesta” bu ərazilərdə yaranmış, Muğan şəhəri dini mərkəz olmuşdur
XXXII hissə: Azərbaycan inancının əsası olan “Avesta” ilə Hind riqvedalarının tədqiqi çox maraqlıdır
XXXIII hissə: Atəşpərəstlik məhz Azərbaycandan şərqə yayılmışdır
XXXIV hissə: Novruz min illər xalqımızın adət-ənənələrinin, mənəviyyatının kökündə durub və durmaqdadır
XXXV hissə: Aşkarlanmış Muqan, Həməşərə, Bəcrəvan şəhər yerlərinin tarixi eramızdan əvvəl III-IV minilliklərə gedib çıxır
ATLANTİDA AZƏRBAYCANDA MÖVCUD OLMUŞDUR
AZƏRBAYCAN SÖZÜNÜN QƏDİM İZAHI TAPILIB
III YƏZDİGƏRDİN ÖMƏR İBN XƏTTABA MÖHTƏŞƏM CAVABI
TÜRKİYƏNİN SİRRİ: SABETAYİSTLƏR KİMLƏRDİR?
ТАТЫ-ЕВРЕИ
ИСТОРИЯ ЕВРЕЕВ В АРМЕНИИ
ЕВРЕИ И КУРДЫ
ПРОФЕССОР СТОЛЕШНИКОВ ПРО АРМЯНСКИЙ ГЕНОЦИД
ПУРИМ
О ЕВРЕЙСКОМ ПРОИСХОЖДЕНИИ ДИНАСТИИ САУДИТОВ
СОСТАВ НАСЕЛЕНИЯ ПЕРСИИ ПО ПЛЕМЕНАМ И ПРОВИНЦИЯМ
ШТРИХИ К ПСИХОЛОГИЧЕСКОМУ ПОРТРЕТУ ПЕРЕДНЕАЗИАТСКОЙ РАСЫ.

Комментариев нет:

Отправить комментарий