"Abrams" tankları rus tankları ilə müqayisədə daha çox yanacaq israf edirlər
Avrasiya.info saytı The National İnterest xəbər agentliyinə istinadən bildirir ki, Suriyada Rusiya hərbi texnikası ilə İŞİD terrorçularının əlində cəmlənmiş "Abrams" tankları arasında döyüş gözlənilir. Məsələ burasındadır ki, İŞİD İraq ərazisinə girərkən çoxlu sayda hərbi texnika terrorçuların əlinə keçmişdir. Həmin texlikanın içərisində ABŞ istehsalı olan "Abrams" tankları da vardır. Terrorçular hər an həmin tankları Suriya cəbhəsinə göndərə bilərlər. Rusiyanın Suriyaya göndərdiyi tanklar isə T-90 "Vladimir" tanklarıdır.
Hərbi ekspertlərin fikrincə, toqquşmada üstünlük rus tanklarının tərəfində olacaq. Belə ki, "Abrams"ları qeyri-professional və ya çox qısa təlim görmüş İŞİD əsgərləri idarə edəcəklər. T-90 rus tankarını isə xüsusi taktikanı mənimsəmiş professional hərbçilər idarə edəcəklər. Bundan başqa, "Abrams" tankları müstəqil yox, hərbi birləşmələrin tərkibində fəaliyyət göstərmək üçün hazırlanmışdır. İŞİD döyüşçüləri əlaqəli şəkildə fəaliyyət göstərən tank qruplaşması formalaşdırmaq iqtidarında deyillər. Döyüşün belə bir formatda aparılması üçün uzunmüddətli təlim və təcrübə lazımdır. O cümlədən, İraq müharibəsi göstərdi ki, "Abrams" tanklarının zirehi rus tanklarının zirehi kimi etibarlı deyildir. Rus tanklarının daha bir üstünlüyü ondadır ki, onların Suriyada maddi-texniki təminat bazası var, amma amerikan tanklarının yoxdur. Həm də "Abrams" tankları rus tankları ilə müqayisədə daha çox yanacaq israf edirlər. Odur ki, The National İnterest xəbər verir ki, əgər belə bir toqquşma olarsa, üstünlük rus tanklarının tərəfində olacaq.
Комментариев нет:
Отправить комментарий