05.09.2015

Əkrəm Hacızadə - Vəhhabi təhlükəsi


Azərbaycanda vəhhabi təhlükəsi var. Özü də ciddi şəkildə. Adiyyati orqanlar, "fitva" ilə nələr olacağını səndən və məndən daha yaxşı bilir. Hərçən ki, bunu gizlədirlər. Əslində elə də olmalıdır... Amma müəyyən həddə və mən elə düşünürəm ki, bacardıqları qədər əllərindən gələni etməyə çalışırlar. Ara-sıra terrorçu qruplaşmalar əleyhinə əməliyyatlar, qadağa olunmuş şiə ədəbiyyatlarının yayılmasına icazə vermək və.s işlər də bu qəbildəndir. Təbii ki, istəsələr bir gecədə böyük zərbələr vura bilərlər. Amma etmirlər. Daha doğrusu edə bilmirlər. "Niyəsi"ni xarici qüvvələrdir. Azərbaycanda bu terrorçuların axrasında duran və maliyyələrşidən sionizmə bağlı qüvvələr var. Bu gün şirkətlərdə, dövlət obyektlərində və bazarlarda kifayət qədər vəhhabi var. Ölkədə geniş miqyaslı anivəhhabi əməliyyatlar keçirilərsə, bunlar da digər tərəfdən iqtisadi və siyasi zərbələr vuracaqlar. Bəs nə etməli? Mən həmişə deyirəm, yenə də qeyd edim ki, hakimiyyətə iddialı olan və sionizimdən asılı olmayıb qrantları ilə dolanmayan birisini tanımıram. Bu baxımdan onlarda vəziyyət daha pisdir. Yenə indikilər arada bir qərbə təpik atır...
Heç birini də hazırkı hakimiyyətdən fərqli olaraq yarıdacaqlarına qətiyyən inamım yoxdur. Mən düşünürəm ki, bu qədər vəhhabi təhlükəsini hakimiyyətin ayağına yazıb (təbii ki, o tərəfdən də vaxtında boşluqlar olub...) lazımsız notalar vermək əvəzinə, bu terrorçulara dəstək verən xarici güclər əleyhinə nəsə etməliyik. Əgər bu güclərin ölkədə təsiri azalsa, hakimiyyət də heç düşünmədən bu virusları aradan aparacaq. Onsuz da hakimiyyət yaxşı bilir ki, bizim camaatın özü olan şiələr nə çevriliş edəndir, nə də əlinə silah alıb xalqın üstünə hücum çəkəcək. İran faktorundan isə arxayındır... Məsələyə real baxsaq, şiə elə bizim xalqımız, camaatımızdır.
Fikirimcə, ilk addımı ruhanilər və dindar aktivistlər atmalıdır. Bunun üçün lazım olan həddə DQDK VƏ QMİ-ə yardım etmək lazımdır. Vaxında bir küfr hakimiyyəti deyə deyə molaxanalara axışanda, düşmən öz işini görüb... Kim vəhhabi fitnəsi və dini camiəni bir-birinə vuran fitnələr əleyhinə nəyi bacarırsa onu da etməlidir.
Əslində ciddi şəkildə müzakirə olunası bir mövzudur...

Комментариев нет:

Отправить комментарий