Doğrudanmı Bəşər Əsəd qələbə çalacaq? Doğrudanmı Suriya xalqı xilas ola biləcək? Doğrudanmı Suriya bir dövlət kimi düşdüyü tam kollapsdan qurtulacaq? Dünya ictimaiyyətini düşündürən əsas məsələlər indi bunlardır.
Rusiya qoşunu Suriyaya girdi. Suriyada yerüstü əməliyyatlara start vermiş rus speçnazını aviasiya da müşayiət edir. Rus ordusu Suriyaya iki ölkə arasında olan Dostluq və Qarşılıqlı Yardım Müqaviləsinə əsasən və Dəməşq hökumətinin birbaşa dəvəti ilə girmişdir. Tartusdakı xırda təmir bazası genişləndirilmiş, o cümlədən Latakiya və Cablada Rusiya Hərbi Dəniz Flotunun və Hərbi Hava Qüvvələrinin yeni bazaları yaradılmışdır. İlk aviazərbə nəticəsində 200-dən çox İŞİD-çi məhv edilmişdir və bu ABŞ-ın açıq-aşkar qəzəbinə səbəb olmuşdur.
Rus hərbçiləri Suriya ordusunu müntəzəm olaraq kosmik sputniklərdən çəkilmiş görüntülərlə təmin etməyə başlamışlar. Suriya aeroportlarına MİQ-31 rus qırıcı təyyarələri göndərilmişdir. Xəbər saytları artıq İŞİD-in nəzarətində olan bir sıra ərazilərin azad edildiyini bildirmişlər. Tanınmış İsrail hərbi eksperti Aleks Fişman minlərlə rus speçnazının Suriyaya gətirildiyini xəbər vermişdir. "Nəyə görə Suriyadakı proseslərə amerikanlar qarışa bilər, fransızlar qarışa bilər, amma ruslar qarışa bilməzlər?"- Suriyanın əsas aparıcı partiyası BAAS-ın rəhbəri Xiləl Əl-Xiləl hiddətini bildirmişdir. "Rusiya 1973-cü ildə İsrail ilə müharibə zamanı da bizə silahla kömək edirdi, indi də edir"- o demişdir. "Rusiyanın bu hərəkəti ötkəmliyi və şücaəti ilə Krım əməliyyatından fərqlənmir"- tanınmış publisit Şamir İsrael yazır.
Fransız jurnalisti Tyeri Meyssan Dəməşq küçələrində çoxlu sayda rusiyalı hərbi mütəxəssisinin göründüyünü bildirmişdir. "The Times" döyüş pozisiyalarında peyda olan yeni BTR-82A tanklarından və rus dilində verilən əmrlərdən danışır. Amerikan KİV-ləri Latakiyaya An-124 ağır hərbi transport təyyarələrinin gəldiyini xəbər vermişdir. Turkishnavy blogu isə Bosfor boğazından keçən rus hərbi gəmilərinin intensivləşdiyini xəbər vermişdir, o cümlədən kamuflyajla ötrülmüş texnika daşıyan "Saratov" desant gəmisinin şəkillərini təqdim etmişdir. ABŞ hökumətinin rəsmilərindən biri bildirmişdir ki, Rusiya yüzlərlə konteyner evləri Suriyaya daşıyır.

Rus ordusunun Suriyada olduğunu Rusiya Federasiyasının Xarici İşlər Naziri Lavrov da təsdiqləmişdir: "Biz Suriyada hərçilərimizin olmasını heç zaman gizlətməyə çalışmamışıq. Suriyada Rusiya hərbçiləri var və onlar uzun illərdir ki, ordadırlar. Söhbət terrorizm ilə mübarizədən gedir. Rus hərbçilərinin orada olması İŞİD və digər terror qruplaşmalarına qarşı mübarizədə Suriya ordusunun silah ilə təmin edilməsi ilə əlaqədardır. Rus hərbçiləri suriyalılara hərbi texnikanın sirlərini öyrədir və antiterror əməliyyatlarda iştirak üçün hazırlayırlar. Rusiya Federasiyasının təyyarələri Suriyaya hərbi təyinatlı materiallar və humanitar yardım daşıyır. Bu daşınmalar Beynəlxalq normalara tam uyğun şəkildə, sənədlər və müqavilələr əsasında aparılır. "Liviya ssenarisi" və digər məlum faciəvi hadisələrin təkrarlanmaması üçün biz Suriya xalqına köməklik göstərməkdə davam edəcəyik".
Rusiya başa düşür ki, Suriyada başlanan vahhabi terrorizminin qarşısı alınmasa, terror dalğası Qafqaza və Volqa sahillərinədək uzanacaq. Artıq Obama, Kerri, Ərdoğan və onların səudiyyəli həmkarları qurduqları planın puça uğradığını başa düşmüşlər. Ruslar Şərqə qayıdır! General Allen, Devid Petreus kimi amerikan siyasətçiləri artıq həyəcan təbili çalmaqdadırlar: "Ruslar gəlir!"
Комментариев нет:
Отправить комментарий