Bəhruz Xəlil - Qoy yuxunda gecələyim
Yatmısan,yuxuma gəlmirsən,
yatıram, yuxuna gəlim.
Tellərini oxşamağa
bir az da yaxına gəlim.
Təklik ürək açan deyil,
dərd gətirir, dərd üstünə.
Dizlərinə al başımı,
nəfəsini ört üstümə,
qoy yuxunda gecələyim.
Nə doğmasan bu gün mənə
ögey adam, ögey adam.
Bir nəfəri sevmək üçün
tanımasın gərək adam
Комментариев нет:
Отправить комментарий