Rusiya təyyarələri terrorçuların maksimal qruplaşdıqları yerlərə dəqiq kəşfiyyat məlumatları əsasında zərbələr endirir
Avrasiya.info saytı ərəb mətbuatına istinadən bildirir ki, Rusiya təyyarələri Suriya ordusunun müdafiə olunduğu mövqelərə yaxınlaşan İŞİD-çilərə zərbələr endirir. Terrorçuların Deyr Xafer-Hələb şössesi üstündəki istehkamları aviazərbələr nəticəsində tamamilə yerli-yeksan edilmişdir. Aviasiya Hələb şəhərinin şərqində İŞİD döyüşçülərinin sığındıqları binaları hədəf almışdır. Təyyarədən buraxılan raket zərbəsi nəticəsində 140 terrorçu məhv edilmişdir. Raqqa şəhərindəki binaların bombalanması nəticəsində azərbaycanlı təfkirçilərdən ibarət batalyon tamamilə məhv edilmişdir. Çeçen və dağıstanlılardan ibarət "Cunud Kaukaz" qruplaşmasının Əl-Rauda rayonundakı mənzil-qərargahına hücum zamanı isə 38 terrorçu öldürülmüş, bir çoxları yaralanmışdır. Zahiya məntəqəsindəki mövqelərə təyyarədən atılan raket Ən-Nusra Cəbhəsinin 25 döyüşçüsünü məhv etmişdir.
İraq ərazisində də antiterror əməliyyatları uğurlar həyata keçirilir. Ənbar vilayətində Kubeys fabrikinə təyyarədən atılan raket zərbəsi nəticəsində İŞİD qruplaşmasının 40-dan çox aparıcı terrorçusu məhv olmuşdur. Aviazərbələr nəticəsində terrorçuların onlarla avtomobili və zirehli texnikası da sıradan çıxmışdır. İraqın "As-Somariya Nyus" informasiya portalı xəbər verir ki, terrorçuların partladılmaq üçün nəzərdə tutduğu 4 minalanmış avtomobil də məhv edilmişdir. Salah-əd-din əyalətinin Bujuare rayonunda isə 4 terrorçu öldürülmüşdür. Ən-Nusra Cəbhəsi komandirləri keçmiş polis şöbəsi binasında yerləşən mənzil-qərargahda müşavirə keçirdikləri zamanı bina təyyarədən atılan raket ilə vurulmuşdur, terrorçular dağıntılar altında qalmışlar.
Ərəb mətbuatı bildirir ki, Rusiya təyyarələri terrorçuların maksimal qruplaşdıqları yerlərə dəqiq kəşfiyyat məlumatları əsasında zərbələr endirir. Aviasiya strateji yolları daim nəzarətdə saxlayır və Suriya şəhərlinə raket zərbələri endirən mövqeləri müəyyənləşdirərək darmadağın edir.
Hələb şəhərinin şərqində yerləşən Kveiris həbi aviabazası Rusiya dəniz piyadalarının, Suriya həbçilərinin və Hizbullah döyüşçülərinin birgə hücumu nəticəsində azad edilmişdir. Həmin aviabaza bu ilin iyununda terrorçuların əlinə keçmişdi. Hücum zamanı yüzlərlə terrorçu öldürülmüşdür.
Suriya xalqı rus ordusunun ölkədə peyda olmasını böyük sevinc hissi ilə qarşılayır. Artıq Rusiya Flotunun minlərlə dəniz piyadası Suriya ordusuna qoşularaq ön cəbhədə döyüşlərdə iştirak edir. Terrorçuların sosial şəbəkələrdəki yazışmalarından da aydın olur ki, onlar Rusiya xüsusi təyinatlıları ilə döyüşməyə meylli deyillər və geri çəkilirlər. Frans Press agentliyi xəbər verir ki, rus əsgərlərinin ölkəyə gəlişi terrorçularda ruh düşkünlüyü yaratması ilə yanaşı, yerli xalqın döyüş ruhunu artırmışdır. "Ruslar bizim dostumuz idilər, indi qardaşımız oldular"- yerli sakinlərdən biri agentliyin müxbirinə demişdir. Şaraşirdə, rus təyyarələrinin yerləşdiyi aeroportun üç kilometrliyində yaşayan 46 yaşlı biznesmen Nafaa isə bildirmişdir: "Səhər tezdən balkonda oturub uçmağa başlayan rus tayyərələrinin melodiyası altında kofe içmək və qəlyan çəkməkdən dünyada möcüzəli heç nə ola bilməz".
Комментариев нет:
Отправить комментарий