18.02.2019

Repressiyalar xəyanət kolonunu məhv etdi

Hitler Almaniyasının SSRİ-yə hücumunun sabahı günü Bəhrambəylər daxildə qətliyamlara başlayacaqdılar. 1930-cu ildə məhdud bir dəstəylə rayon mərkəzinə soxulub Sovet hakimiyyətini devirməyə təşəbbüs göstərənlərin, 1942-ci ildə faşist qoşunlarının Qafqazda Mazdoka qədər irəliləyəcəyi təqdirdə xarici əksinqilabla birləşmək üçün hansı vəhşilikləri edəcəkləri o qədər də çətin təsəvvür olunan bir şey deyil.
Sovet hakimiyyətinə arxadan xəncər vurmaq üçün xaricdən sadəcə bir siqnal, bir hərəkət gözləyən qüvvələr 1930-37-ci illərdə tamamilə sıradan çıxarıldılar. Bakının açarlarını Hitler generallarına sinidə təslim etməyin planlarını quranların, xəyanətkar “beşinci kalonnanın” tam tərksilah edilib təsirsiz vəziyyətə salınması 30-cu illər represiyasının ən böyük uğuru idi. Məhz 1941-45-ci illərdə Hitler Azərbaycanın daxilində cəsus şəbəkəsi və “partizan” hərəkatı təşkil etmək planlarının, neft mədənlərini partlatmaq planlarının uğursuzluğa düçar olması 37-ci illərin qələbəsiydi, 41-45-in yox. 1942-ci ildə Hitler qoşunlarına Azərbaycanın qapılarını taybatay açacaq əllər 30-cu illərdə kəsilmişdi.
Xaricdən Fətəlibəyli Düdənginskilərin daxildə Bəhrambəylərlə birləşəcəyi təqdirdə Sovetlər ölkəsi faşizm qarşısında heç bir ay da tab gətirə bilməzdi. 41-45-ci illərdə satqın faşist generalı rütbəsinə layiq görülmüş Düdənginski Fətəlibəylər oldu, amma onların uzanan əllərini daxildə sıxacaq Bəhrambəylər yox idilər- faşistlər gələndə onlar ya türmədəydilər, ya da torpaq altda.
Rusiyalı müəllif V.Karpov özünün “Generalissimus” kitabında maraqlı bir müqayisə aparır. O müharibədən əvvəl İngiltərə, Fransa, Hollandiya, Belçika birləşmiş müttəfiqlər koalisiyasının hərbi-texniki göstəricilərini Hitler Almaniyasının anoloji göstəriciləriylə qarşılaşdırır və məlum olur ki müttəfiqlər istər canlı qüvvə, istərsə də ağır texnika baxımından faşistlərdən üstün olsalar da onlar nasistlərin işğalına heç bir ciddi müqavimət göstərə bilmədilər. Belə ki Fransa kimi güclü bir dövlət Almaniya qarşısında cəmi 42 gün davam gətirərək süqut etdi. Amma müharibə başlayarkən Almaniyadan 3-4 dəfə zəif olan SSRİ müharibəni uddu. Karpov sual edir: Nə üçün? Çünki müttəfiq ölkələrdə, xüsusilə də Fransa hərbi elitası arasında nasistlərlə əməkdaşlıq edən çoxsaylı satqınlar, -hansı ki onları adətən “beşinci kolon” adlandırırlar- var idi. Amma SSRİ 30-cu illər repressiyasında sözügedən xəyanət kolonunu tamamilə sıradan çıxarmışdı. İndi artıq bir çox müəlliflər ABŞ-ın 1936-38-ci illərdə SSRİ-də səfiri olmuş Cozef Devisin belə bir qənaətini paylaşmaqdadırlar ki, 30-cu illər repressiyası göründüyü kimi vəhşilik və qisas kompaniyası yox, Sovet rəhbərliyinin uzaqgörən siyasəti olmuşdur. Elə bir siyasət ki, kommunistlərə 1941-45-ci il müharibəsini 37-ci ildə udmağa imkan vermişdi. ABŞ diplomatı C.Devis yazırdı ki, Stalin müharibəni 37-ci ildə uddu- əgər o müharibə öncəsi təmizləmələr aparmasaydı Sovetlərin aqibəti Fransadan heç də fərqli olmayacaqdı.
Məsələn, elə götürək Tuxaçevskinin məhkəmə prosesini. Məlumdur ki, bu şəxs Sovet hakimiyyətinin Rusiyada qələbəsi üçün çox böyük işlər görmüşdü, amma 30-cu illərdə onun alman hərbi elitasıyla əlaqələri ifşa edildi və faktlarla sübuta yetirildi. İngilis tədqiqatçısı Bill Blande yazır ki, əgər Tuxaçevski vaxtında həbs olunmasaydı, elə birinci zərbədəcə faşistlər Moskvanı ələ keçirəcəkdilər. Trotski-Tuxaçevski-Hitler planına görə SSRİ-nin bir hissəsi şüurlu şəkildə Almaniyaya təslim edilməli, Stalin devrilməli, qalan coğrafiyada isə Almaniyayla təslimçi sülh müqaviləsi imzalamış revizionistlərin (təftişçilərin) rejimi başda Trotski olmaqla bərqərar edilməliydi. Amma 30-cu illər represiyası revizionistlərin planını pozdu.
Bu gün bir çoxları Tuxaçevskinin oktyabr inqilabı zamanı oynamış olduğu müsbət rolu şişirdərək belə bir yanlış görüntü yaratmağa çalışırlar ki, guya represiya ən əqidəli “Lenin qvardiyası” deyilən kommunist nəslini məhv etmişdir. Amma istintaq materialları sübut etdi ki, 20-ci illərdə inqilab üçün çalışmış bir sima 30-cu illərdə Trotskinin fitvasıyla SSRİ-nin 1/3-ni alman faşistlərinə güzəştə getməyə hazırlaşırdı. Bill Blande yazır ki, Tuxaçevskinin alman faşistlərini tərifləyən, onların yenilməzliyini mədh edən tostları Fransa qəzetlərində belə dərc olunurdu.
Eyni nəticələri Azərbaycanda aparılmış repressiyalar haqqında da söyləmək olar. Məgər bu fakt deyilmi ki, faşistlər SSRİ-yə hücum edən kimi Rəsulzadə nasistlərin xidmətində durdu və “milli” legionların yaradılması üçün faşistlərdən böyük məbləğdə pullar aldı. Sual olunur, Rəsulzadənin fəaliyyəti 1941-45-ci illərdə nə üçün xariclə məhdudlaşdı? 1920-30-cu illərdə Azərbaycan daxilində iğtişaşlar təşkil edib qarşılığında xüsusi xidmət orqanlarından qrant alan bu şəxs nə üçün eyni fəaliyyəti 1941-45-ci illərdə göstərə bilmədi? Cavab aydındır, çünki 1930-cu illər repressiyalar zamanı bütün əksinqilabi təşkilatlar, qurumlar və bu iş üçün istifadə olunan kadrlar sıradan çıxarılmışdı. Ona görə də Rəsulzadənin Azərbaycan daxilində əməkdaşlıq edəcəyi heç bir təşkilatlanma mövcud deyildi. Onların istifadə edəcəyi “xammal” ancaq əsr düşmüş azərbaycanlılar ola bilərdilər ki, bu səbəbdən də Böyük Vətən müharibəsində Rəsulzadənin fəaliyyəti ancaq xaricdə legionlar təşkil etməklə məhtudlaşdı. Onların Bakı mədənlərində partlayışlar törətmək üçün hazırladıqları diversant qruplar isə daxıldə istinad nöqtəsi tapa bilməyərək tezliklə SMERŞ (KQB-nin "Cəsuslara ölüm!" təşkilatı) tərəfindən ovlandılar.

https://www.facebook.com/416731291717316/photos/a.416742618382850/538345492889228/?type=3&theater

Комментариев нет:

Отправить комментарий