Sosial şəbəkədə paylaşdığım videoya yazdığım şərhdə talışlara separatçı deyənlərə lənət oxudum- namaz qılan və ya qılmayan fərq etməz deyə qeyd etdim. Bunu hədər yerə etmədim.
Bizi tanıyan qardaşlar bilir ki, Rusiyanın paytaxtı Moskva şəhərində müqəddəs İslam dininin yayılması üçün münbit şərait yaratmaq vəzifəsini Allah bizə nəsib etdi və vəzifəmizə əməl edib Ruhanilərin Moskvaya gəlməsini təmin etdik.
İlk bura gəlib qərarlaşan ruhani Ocaq Nejad ağa tərəfindən oldu və sonra bir neçə ruhanilərdə gəldilər.
Bu gün demək olar ki, Moskvadan Rusiyanın bütün şəhərlərinə şiə alimləri təbliğat üçün gedirlər. Ən əsası da Böyük Rəhbər Ayətullah Xameneinin Rusiya prezidenti Vladimir Putinin yanında olan hörməti imkan yaratdı ki, böyük bir İslam mərkəzi açıldı.
İndi Azərbaycan şiələrinin dini ayinlərini yerinə yetirmək üçün heç bir problem yoxdur. Həmd olsun Allaha işlər qaydasında gedir. Əlqərəz,sözüm başqadı.
Demək illər sonra, keçmişində nurçuluğu azərbaycanlıların içində var gücü ilə təbliğ edən bir məxluq (nurçu şəbəkəsinin üzvü idi) şiəliyin yayılmasını və nurçuluğun məhv olmasını dərk edəndən sonra maskasını dəyişdi, guya haqqı başa düşüb şiəliyə keçdi.
Sonra bu nurçu-şiə getdi İranın Qum şəhərinin küçələrində 6 ay kruq edəndən sonra fars dilini öyrənib, gəldi Moskvaya və başladı fitnə törətməyə.
İndi bu "bıvşiy" nurçu "nıneşniy" şiə alıb əlinə türkün məsəli sifarişlə yazılmış bir məqaləni, göndərir votsap vasitəsilə möminlərə- illərlə ömrünü elmə və dinə həsr etmiş bir Ruhaninin əleyhinə böhtan və qarayaxma kampaniyası aparır. Onu separatçılıqda günahlandırır.
Nədi-nədi bu ruhani milliyətcə talışdı.
Rusiya vətəndaşı olan bir insanı necə Azərbaycana qarşı separatçılıqda ittiham etmək olar? Bu axmaq adamın dini və dünyəvi savadını qoyaq bir kənara, sadə düşünmək bacarığı belə yoxdur fikirləşsin ki, atdığım bu böhtan nə qədər məntiqə uyğundur?
Əlbəttə, hər hansı bir millətə qarşı kin və nifrət qusan bir məxluqda məntiq nə gəzir? Allah hidayət eləsin. Əlqərəz..
Bu nurçu-pantürkčü-şiənin timsalında hamıya səslənirəm: talışlara heç kim separatçı böhtanını ata bilməz! Bu günə kimi heç bir talış kimliyindən asılı olmayaraq heç vaxt, separatçılıq etməyib- bunu heç kim, nə Azərbaycan qanunlarına əsasən, nə də müqəddəs İslam qanunlarına əsasən sübut edə bilməz.
Talış öz vətənində yaşayır, ayrılıb heç yerə getmək fikri yoxdur. Öz torpağında öz haqqını bərpa edəcək, hamıyla bir yerdə!
Əgər işğalçı rejimə qoşulub ölkəni məhvə doğru aparmaq istəmirsinizsə, ”nurçu-pantürkçü-şiə” cildinə girmişlərə lazımi yerdə lazımi cavabı verin. Çünki bunlar dolayısi yolla Türkiyə MİT-nin (Milli İstihbarat Təşkilatı) sifarişlərini yerinə yetirirlər, bəziləri bilərəkdən, çoxusu bilməyərəkdən. Təlimatı Pensilvaniyadan alırlar.
Bunun qarşısı alınmasa sonu çox pis olacaq.
Talışlara separatçı deyə-deyə nəticədə istədiyinizə nail olacaqsınız.
Комментариев нет:
Отправить комментарий