Türkiyənin 7 döyüş təyyarəsi və 6 gəmisinin də iştirak etdiyi əməliyyatlarda, ən çox hərbi təyyarələri ABŞ təmin edir
FaktXeber.com-un verdiyi məlumata görə, Liviyada hərbi əməliyyatlara rəhbərlik edən NATO qoşunları, bu ölkəyə 205 qırıcı və 21 hərbi gəmi ilə hücum edir. Türkiyənin 7 döyüş təyyarəsi və 6 gəmisinin də iştirak etdiyi əməliyyatlarda, ən çox hərbi təyyarələri ABŞ təmin edir. Qeyd edək ki, NATO nəzdində Türkiyədən əlavə ABŞ 90 təyyarə və 1 gəmi, Fransa 33 təyyarə və 1 gəmi, İngiltərə 17 təyyarə və 2 gəmi, İtaliya 16 təyyarə və 4 gəmi, Kanada isə 11 təyyarə və 1 gəmi ilə Liviyadakı əməliyyatlarda iştirak edir. Hərbi müxadilədə aktiv olan digər ölkələrdən Hollandiya 7 təyyarə və 1 gəmi, İspaniya 6 təyyarə və 2 gəmi, Belçika və Norveç 6 təyyarə, Danimarka 4 təyyarə, Yunanıstan 2 təyyarə və 1 gəmi, Bolqarıstan və Rumıniya isə 1 gəmi Liviyaya göndərib. |
Комментариев нет:
Отправить комментарий