Mitinqlərdə iştirak etdiyinə görə hədəfə gələn, o cümlədən həbs olunan və bu səbəblərdən universitetlərdən qovulan gənclər təhsilini Avropada davam etdirə bilərlər. Bu barədə musavat.com-a diplomatik qaynaqlaradan məlumat veriblər. Məlumatda bildirilir ki, İctimai Palata rəhbərliyinin müraciəti əsasında bir sıra Avropa qurumları Azərbaycanda siyasi əqidələrinə görə təqib olunan və təhsil hüquqları pozulan gənclərə sahib çıxa bilər.
Qaynaq bildirir ki, bu məsələ İP-ə daxil olan bəzi partiyaların liderləri və Avropa qurumları tərəfindən ciddi müzakirə edilir. Tamamilə mümkündür ki, yaxın günlərdə problem həllini tapsın.
Xatırladırıq ki, Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Tural Abbaslı mitinqdə iştirakına və həbsə alınamasına görə BDU-dan qovulub. Belə bir prosesin hakimiyyət qurumları tərəfindən repressiya və təhdid alətinə çevrilməsinin qarşısının alınması üçün bu cür addımın atılması məqsədəuyğun sayılıb.
İP Koordinasiya Şurasının bu gün keçirilən yığıncağında da bu məsələ müzakirə edilib və bildirilib ki, universitetlərdən qovulan tələbələrin Avropada təhsilini davam etdirməsi üçün bir sıra mühüm məsləhətləşmələr davam edir.
Комментариев нет:
Отправить комментарий