Alı İsgəndərli Sumqayıt Dövlət Universiteti
Son günlər şəhərin dönərxanalarında həddindən artıq məsuliyyətsizlik baş alıb gedir. Bu da bəzi problemlərə gətirib çıxarmasına səbəb olur. Dönərxanalarda bişirilən ətlərin keyfiyyətsiz olduğu aşkarlanıb. Hər hansı bir şəxs həmin dönəri alıb yedikdə başa düşmür ki, bu onun həyatı üçün təhlükəlidir. Əslində dönəri alan şəxsin nə günahı... Bu məsuliyyətsizlik əsasən dönər satan şəxsin üzərinə düşür. Niyə görə alıcı hər hansı problemlərlə üzləşməlidir? Dönərxanalarda ətin əvəzinə bəzən də görürsən ki, başqa əti çörəyin arasına qoyub biz zavallılara satırlar.
Tutaq ki, bir ailə dönərxanaların birindən dönər alır. Bu dönəri yedikdən sonra insanın orqanizmində zəhərlənmə baş verir. Həmin zəhərlənən şəxs çıxılmaz vəziyyət qarşısında qalır. Özü-özünə fikirləşir: “Kaş bu dönəri yeməyəydim” deyib heyfslənir. Qalır bu xəstəxanaların yolunda. Nə etmək olar? Biz axı öz xalqımıza zülm etməyi vərdiş eləmişik.
Bir məsələni də vurğulamaq istərdim. Həmin insanın həyatı üçün təhlükəli olan dönərxanalar ki, loru dildə desək “Talpuçkalarda” daha çox rast gəlinir. Antisanitar şəraitdə satılan dönərləri talpuçkaya gələn şəxslər daha çox alırlar. Bu talpuçka qırağı olan ərazilərdə olan dönərxanaları yığışdırılmalı və yaxud yüksək səviyyəli dönərxanalar istifadəyə verilməlidir. Əhaliyə yüksək səviyyədə xidmət göstərilməlidir. Niyə də olmasın!
Mən inanıram ki, yaxın zamanlarda bu cür anlaşılmamazlıq aradan qaldırılacaq və bu cür dönərxanalar yığışdırılacaqdır! Deyə bilərəm ki, ümidimiz tək Allaha qalıb. Amin!

Комментариев нет:
Отправить комментарий