Bakı şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan getdikdən sonra 2010-cu ilin mayına qədər AF Holdinqdə kommersiya üzrə vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, AVESTA konserni 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə "Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən -96” MTK, “Hüseyn -94” Kiçik müəssisəsi, “İlkan”MMC, “Azər-Ross İk ”MMC və “SHIG INVESTMENT LTD” daxildir.
Sonuncu şirkət Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Papaqçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı,ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir - tikinti işlərinin aparılması işləri ilə məşğuldur. 18 Aprel 1996-ci ildə bütün firmalar birləşərək “Avesta” Konsernini təsis edib.
AVESTA konsernin prezidenti tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir.
Комментариев нет:
Отправить комментарий