Bakıda qətl hadisəsi baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində gecə saat 05.00 radələrində olub.
Məlumata görə, Mərdəkan qəsəbəsində yaşayan Goranboy rayon sakini 24 yaşlı Miremil Xaləddin oğlu İbrahimli Çingiz adlı şəxs tərəfindən üç güllə yarası ilə qətlə yetirilib. Güllələrdən ikisi ayaq nahiyəsinə, biri isə baş nahiyəsinə dəyib. Atışma zamanı daha bir nəfərin də güllələndiyi, lakin onun ağır yaralandığı və 3 saylı xəstəxanaya aparıldığı bildirilir.
Hadisə şahidinin dediyinə görə görə, M.İbrahimli təxminən 20 gün bundan əvvəl Avropada keçirilən qaydasız döyüş üzrə Dünya çempionu adını qazanıb.
ANS PRESS əldə etdiyi məlumata görə, o, 2008-ci ildə 85 kq çəki dərəcəsində uşu üzrə Azərbaycan çempionu olub.
Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə isə qanlı hadisə iyunun 18-i saat 02:15 radələrində Mərdəkan qəsəbəsindəki “Tropikanka" çimərliyində baş verib. Bakı şəhər sakini Çingiz Allahverdiyev mübahisə zəminində tapançadan atəş açaraq Goranboy rayon sakini Miremil İbrahimlini ayaqlarından və başından güllələyib. Yaralı 3 saylı xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları Ç.Allahverdiyevi tutub.
Silahlı hadisə çimərlikdə istirahət mərkəzinin açılış mərasimində baş verib. Xəzər rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, qətlə yetirilən Miremil İbrahimli dostları ilə istirahət mərkəzinə gəlib. Onlar mərkəzə giriş haqqını ödəmək istəməyib. Bu zaman istirahət mərkəzinin mühafizəçiləri ilə onların arasında dava düşüb. Mühafizəçi işləyən Çingiz Allahverdiyev tapança ilə onun ayağından iki, başından isə bir güllə vurub. Sonra isə silahı ataraq qaçıb. İstintaqçılar qətldə istifadə olunan silahı artıq tapıblar.

Комментариев нет:
Отправить комментарий