03.06.2011

Bir kişi iki qadına bərabərdir?

Bir kişi iki qadına bərabərdir?
Tural Sarı                                 azadqadin.az


Qərblilərin, avropalı və amerikalıların əksəriyyətinin nəzərində Şərq qadını, daha doğrusu, İslam ölkələrindəki xanımlar heç bir hüququ olmayan, döyülən, əzilən, ağır işgəncələrə məruz qalan yazıq, qorxaq, müti məxluqlardır. Ki, bu məxluqların həyatı və hüquqları onları adam yerinə qoymayan əri və ən başlıcası - Şəriət qaydaları ilə məhdudlaşdırılıb. Belədirmi?

Cavab verməyə çalışacağıq. Amma bizdən birbaşa, konkret və dəqiq cavab gözləməyin. Çünki dünyanın istənilən yerindəki qadınların həyatı təki, müsəlman qadınların arasında da yaşamları aydın, normal və rəvan olmayanları var. Onların həyatı asan və qayğısız deyil.

Bəribaşdan deyək ki, müsəlman qadını yalnız İslam yolunda olduğuna görə, zəif və zavallı saymaq, onun həyatını qara çalarlarla təsvir etməyə dəyməz.

Bir kişi iki qadına bərabərdir?

İllər əvvəl İspaniyadakı kurortlardan birində bir səhnəyə şahid olmuşdum. Bahalı restoranın giriş qapısının önündə qara, dəbdəbəli limuzin dayandı. Restorandan özünü çölə atan, hövlnak gələn mühafizəçilər maşının qapısını açdılar və oradan şeyx çıxdı. Əsl şeyx - başında burnusu, əynində əbası, üzündə səliqəli şəvə saqqalı.

Maşının o biri qapılarını kimsə açmadı - qapılar içəridən açıldı və oradan ağ paltarlı, üzlərində ağ niqab olan qadınlar çıxdılar. Onların yalnız gözləri görünürdü. Üç qadın şeyxin yanında durdu, şeyx də onları sərt baxışlarla süzməyə başladı. Qadınlardan birinin başındakı çarşabın altından bir dəstə telinin çıxdığını görcək, şeyx deyindi və o tellərdən yapışıb dartdı.

Qadın da günahkarcasına davrandı, özünü qaydaya salmağa başladı. Yalnız bundan sonra şeyx və yanındakı üç qadın restorana girdilər. Həqiqətən də, ərəb dilində mənası "doğru, düz yol" olan Şəriətə görə, qadınların hüquqları əksər hallarda kişilərlə bərabər olsa da, bəzi məqamlarda fərqlidir. Məsələn, Şəriətə görə, əgər kişi ailəni dolandıra və xanımlarının bərabər yaşamlarını, ən başlıcası isə normal həyatlarını təmin edə bilərsə, hətta dörd arvad ala bilər.

Şəriəti konstitusiyalarında təsbit etmiş müsəlman ölkələrində isə məhkəmələrdə bir kişinin sözləri iki qadının ifadələrinə bərabər olur. Fars Körfəzi ölkələrində ərin öz arvadını Şəriətdə göstərilmiş şərtlər pozulduğu zaman istənilən an boşamağa ixtiyarı var. Arvadlar ərlərinə sədaqətli olmalı, xəyanəti ağıllarına belə, gətirməməlidir. Şəriətə görə qadınlar, xüsusilə də ərli xanımlar küçə-bacada üzlərini bağlamalıdır. Onillər əvvəl isə ərəb ölkələrin tam əksəriyyətində qadınların təhsil almaları, xüsusilə də alim təhsilə nail olmaları müşkül məsələ idi.

Di gəl, Şəriət qaydalarına müasir İslam aləmində tam əməl olunmur. Eyni zamanda, Qərbdə, o cümlədən bizdə geniş yayılmış təsəvvürlərin tam əksinə olaraq, ərəb ölkələrində qadınlar heç də hüquqsuz və zavallı insanlar deyillər.

Комментариев нет:

Отправить комментарий