01.06.2011

QARABAĞ ŞİKƏSTƏSİ

Qəşəm Nəcəfzadə

Bakı şəhərində
Yazıçılar Birliyində
vətənimin yanında
vətənimin önündə
ayə, ölürəm mən.
Özü də yaman ölürəm
Sevgili canan ölürəm

əzizinəm restoran şuşa
qayası smentle qayrılan şuşa
smentin köhnəymiş nəymiş
daşından bir parça qırılan şuşa
adın yazlan yerə  şuşa deməzlər
havan olan yerə şuşa deyərlər
ayə, ölürəm mən,
dağda duman  ölürəm
qardaş yaman ölürəm

Səni yeyib içmək yeri bildik, Şuşa, ay Şuşa
kabab yedik sümükləri çəməninə tulladıq
çiçəklərin başını yardıq, qan-qan
qışı gəlib bakıda qaldıq, can, can
yayda səni tapladadıq,  dan, dan
ayə ölürəm mən
bağda bağban ölürəm
qardaş yaman ölürəm.

əzizinəm məktəb şuşa, abtek şuşa, salon şuşa
kitab şuşa, şeir şuşa roman şuşa
Ayə,mənim şuşamı hər şeyə bənzətməyin
mənim şuşamı bu qədər kişiltməyin, ayə
qoyun şuşam qalsın şuşalığında
qoyun şuşam qalsın şüşəliyində
ayə, ölürəm mən
sənə qurban ölürəm
dəli çeyran ölürəm

əzizinəm tar çalan pulu gözlər
pul pulu gətirər, pul pulu gözlər
gözlərin sahı diz çökdürərdi
gözlərin  bu axşam borc pulu gözlər
ayə ölürəm
sonam ölürəm
anam ölürəm
sənə qurban ölürəm.

heç demirsiziniz niyə ölürəm
tüfəngim pas atıb ona gorə ölürəm
buna görə ölürəm
ona görə ölürəm
sənə görə ölürəm
cəhənnəmə ölürəm.
Qara yola ölürəm
Kimin nə vecinə ölürəm.

Комментариев нет:

Отправить комментарий