Son həftələr İraqla İranın şimal sərhədlərində İranın pasdarlar korpusu terrorçu PEJAK qruplaşması ilə qarşıdurmada bu qara güruhun qərargahlarını dağıtmışdır . Terrorçu PEJAK qruplaşmasının İraq Kürdüstanının dağlıq sərhədlərində fəaliyyət etməsi İranın milli təhlükəsizliyini hədələyir .
İran İslam Respublikası rəsmiləri dəfələrlə bu qruplaşmanın İraq ərazilərində qeyri-qanuni fəaliyyətlərinə dair İraq hökumətinə xəbərdarlıq etmişlər .
Bu qruplaşmanın İranın qərbindəki şəhərlərdə müxtəlif terrorçu aktlar həyata keçirməsi ilə İran vətəndaşlarının şəhid edilməsi ilə nəticələnmişdir. Terrorçu PEJAK qruplaşmasının İranla ortaq sərhədə malik olan İraq Kürdüstanında fəaliyyət etməsi özəl regional və beynəlxalq şəraitin məhsuludur.
Kürdüstanın Sərbəst Həyatı Partiyası adı ilə tanınan terrorçu PEJAK qruplaşması 2004-cü il yəni ABŞ-ın İraqa hücumundan bir il sonra öz mövcudluğunu elan etdi. Bu terrorçu qruplaşma PKK adı ilə tanınan Türkiyə Kürdüstanının Fəhlələr Partiyasının iranlı qanadıdır.
PKK 1990-cı illərin sonlarında Türkiyənin təhlükəsizlik qüvvələri PKK- nin rəhbəri Abdulla Ocalanı yaxalayandan sonra əsas dəyişiklikləri təcrübə etdi . PKK-nin rəhbərlik Şurası 2000-ci ildən bəri həyatını davam etmək üçün bir tərəfdən adını dəyişməklə ABŞ və Avropa Birliyinin terrorçu qruplar siyahısından çıxmaq istədi digər tərəfdən isə başqa qanadalar təşkil etmək qərarına gəldi ki, PEJAK-ın əsas özəyi iranlı qanad kimi təşkil olundu. O zaman PKK və onun qanadları Ocalanın PKK-yə rəhbərlik etdiyi zamana kimi güc və rəhbərliyə malik deyil idilər. Amma bəzi regional və beynəlxalq şərait PKK və onun qanadlarının bir daha bərpa edilməsinə gətirib çıxardı. ABŞ qüvvələrinin İraqda yerləşməsi terrorçu qruplaşmalarla ABŞ-ın əlaqələrini sıxlaşdırdı. Eyni halda Vaşinqtonun PKK məsələsi ilə ikili davranması və Türkiyənin PKK-ni repressiya etmək uğrunda tələbləri ilə etinasız yanaşması bu terrorçu qruplaşmanın fəaliyyəti üçün münbit şərait yaratdı.
Bu arada İraqın şimalında siyasi boşluğun olduğuna görə İraq Kürdüstanının dağları PKK-nin mütəşəkkil fəaliyyətləri üçün münasib məkana çevirdi. Digər tərəfdən də ABŞ bir əsas siyasət kimi terrorçu qruplaşmalardan İraq qoşunları xüsusilə də İİR-na qarşı təzyiq vasitəsi kimi istifadə edir . İraqın işğal edilməsinin ilkin illərində ABŞ anti-İran terrorçu qruplaşmaların İraqda yerləşməsi ilə yumşaq davranıb sonralar aşkar şəkildə onları himayə etməklə nəyin ardınca olduğunu bildirdi. Məşhur amerikalı jurnalist Simor Herş PEJAK-ın fəaliyyətləri və ABŞ-la əlaqəsi barədə yazıb ki, PEJAK həm ABŞ həm də İsraildən yardım almışdır. PEJAK-ın təfəkkürü və siyasi cəhətlərdən idarəçiliyinin bir hissəsi Avropada həyata keçirilir . PEJAK rəhbərlərinin Almaniya kimi bəzi Avropa ölkələrində yerləşmələri Avropalıların bu terrorçu qrupları himayə etməsini göstərir.
İranın Xarici İşlər Nazirliyi dəfələrlə Avropa dövlətləri xüsusilə də Almaniyadan bu qruplaşmanın başçısı Əbdül-Rəhman Hacı Əhmədiyə sərt ölçü götürməyi tələb etmişdir . Amma İraqa gəldikdə ABŞ-ın İraq ərazisində terrorçuları himayə etməsindən kənar rəsmi Bağdad və İraq Kürdüstanın yerli idarəsi terrorçularla əlaqədar məsuliyyətlərindən boyun qaçıra bilməzlər . İraq konstitusiyasının birinci maddəsinin 7-ci bəndində aşkarcasına deyilir ki, İraq müxtəlif növlü terrorizmlə mübarizə aparmağa sadiqdir və ərazisinin terrorçuların keçid və ya fəaliyyət mərkəzinə çevrilməsinin qarşısını almalıdır. Bu qanun İraq dövlətinin qonşularla əlaqədar hüquqi və siyasi məsuliyyətinin göstəricisidir . Digər tərəfdən də İranın yüksək səviyyəli hərbi rəsmilərinin biri sənədli faktlara istinadən İraq kürdüstanının İranla sərhədlərində bəzi ərazilərin mərkəzi hökumətin xəbəri olmadan hegemonçularla əməkdaşlıq xarakteri daşıyaraq terrorçu PEJAK qruplaşmasının ixtiyarına verilmişdir . İraq Kürdüstanının yerli idarə məsulları bu xəbərləri rədd etməyə cəhd etmişs olsalar da PEJAK-ın İran sərhədlərində fəaliyyət etməsi və son vaxtlar Sərdəşt kimi sərhədə yaxın şəhərlərdə hərəkətlərini davam etdirmək, verilən bu informasiyaların düz olduğunu göstərir. İİR məntəqənin terrorçu PEJAK qruplaşmasına asılı ünsürlərdən təmizlənməsinə təkid edir. Bu ünsürlərin fəaliyyəti İranın milli təhlükəsizliyi və vətəndaşlarına qarşı İraq ərazisindən hədələnmə kimidir. İran , İraq və İraq Kürdüstanının yerli idarəsindən İranın İraq hökuməti və xalqını himayə siyasətini nəzərə alaraq qonşularla yaxşı münasibətlərə əsaslanmış siyasət yürütməyi gözləyir və onlar anti-İran terrorçu qruplaşmaların fəaliyyətləri ilə etinasız yanaşmalıdırlar . Əlbəttə bundan əvvəl İraq rəsmiləri o cümlədən bu ölkənin xarici işlər naziri Huşyar Zibari PEJAK qruplaşmasını terrorçu adlandıraraq Qəndil Dağlıq məntəqəni tərk etmələrini tələb etdi. İraq prezidenti Cəlal Talibani də bənzər mövqedən çıxış edib və İraq ərazisində İİR-na qarşı terrorçu əməliyyatlara son qoymağı tələb edib. Təəssüflə bu tələblər reallıq üzü görməyib və ABŞ-ın İraqda fəaliyyət edən terrorçu qruplaşmaları himayə etməsi İraqın milli hakimiyyətini pozmuşdur.
Nəzərdən itirməməliyik ki, Vaşinqtonun İraqın siyasi işlərində müdaxilə edib inkişaf halında olan Bağdad- Tehran münasibətlərinə mənfi təsir buraxmaq istəməsi heç bir vəchlə İraq xalqı və hökumətinin xeyrinə deyil. Çünki işğalçılar İraqı tərk etmək məcburiyyətindədir amma qonşuluq, tarixi münasibətlər və İran ,İraq və İraq Kürdüstanını aydın əlaqələr perspektivi davam edəcək.
Комментариев нет:
Отправить комментарий