Mayis Güləliyev: "Hazırda ABŞ-da baş verən "Wall-Street" hadisələri ABŞ-ın dezinformasiya yayan mətbuatını da pis vəziyyətdə qoyub"
Artıq bir aydan artıqdır ABŞ-da işsizliyə, inflyasiyaya və ölkə oliqarxlarına etiraz edən minlərlə nümayişçilər küçələrdə gecələyirlər. Biz baxsaq görərik ki, bundan əvvəl Misirdə, Tunisə və hazırda Suriyada baş verən etiraz aksiyaları dünya gündəmindən düşmür. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev ABŞ-ın baş vermiş hadisələrlə bağlı dezinformasiyalar yaydığını qeyd etdi:
“Aydın məsələdir ki, dünya mətbuatının 80%-i ABŞ tərəfindən birbaşa və ya dolayı yolla asılı şəraitdə fəaliyyət göstərir. Ərəb ölkələrində baş verən hadisələrin ən mühüm səbəblərindən biri, dezinformasiyalar idi. Dünyada demokratiya və insan hüquqlarının qorunması istiqamətində yayımlanan informasiyaların əksəriyyəti dezinformasiyadır.
“Aydın məsələdir ki, dünya mətbuatının 80%-i ABŞ tərəfindən birbaşa və ya dolayı yolla asılı şəraitdə fəaliyyət göstərir. Ərəb ölkələrində baş verən hadisələrin ən mühüm səbəblərindən biri, dezinformasiyalar idi. Dünyada demokratiya və insan hüquqlarının qorunması istiqamətində yayımlanan informasiyaların əksəriyyəti dezinformasiyadır.
ABŞ-da baş verən “Wall-Street” hadisələri ilə bağlıda yayılan əks informasiyaların həqiqətləri əks etdirmədiyini söyləyən Mayis Güləliyev, hazırda ABŞ-da baş verən “Wall-Street” hadisələrinin ABŞ-ın dezinformasiya yayan mətbuatını da pis vəziyyətdə qoyduğunu bildirdi: “Hazırda ABŞ-da baş verən “Wall-Street” hadisələri və Avropada iqtisadi inflyasiyaya və oliqarxların ölkə sərvətlərini talan etməsinə qarşı baş verən etiraz aksiyaları ABŞ-ın dezinformasiya yayan mətbuatını da pis vəziyyətdə qoyub. Çünki məlumatı yaymamaq mümkün deyil. Bu məlumatları onlar yaymasa belə, digər mətbuat orqanları yayacaqlar. ABŞ-dan asılı olan mətbuat isə xəbərləri yayanda hadisələri elə bir formada təqdim edirlər ki, baş vermiş hadisələr ABŞ-ın xarici siyasətinə ziyan gətirməsin. Ona görə də mən bu fikirlə razı deyiləm ki, bu barədə məlumatlar yayılmır. Bu barədə məlumat yayırlar. Lakin informasiyaları elə bir formada yaymağa çalışırlar ki, hadisələrin kökündə ABŞ-ın bir dövlət kimi çürüməsini göstərməsinlər. Yaxud liberal dəyərlərin nə dərəcədə XXI əsrdə yararsız bir hala düşdüyünü göstərməməyə çalışırlar. Çalışırlar bu informasiyaları elə bir formada yaysınlar ki, fayda götürən yenə də ABŞ imperializmi olsun. Hazırda ABŞ-ın ən məşhur kanalları olan BBC, CNN, EURONEWS bu hadisələri işıqlandırırlar, lakin ABŞ-ın maraqlarına uyğun olaraq.”
Mayis Guləliyev ABŞ mətbuatının yalan informasiyalarla hadisələrin kökündə dayanan məsələləri gizlətdiyini qeyd edərək, hadisənin açılmasının zəruri olduğunu qeyd etdi: “Hadisələrin kökündə nəyin dayanmasını açmaq əsas məsələdir. Yenə də dezinformasiyadan istifadə olunur ki, bir qrup insan sosial problemlər və işsizliklə bağlı etiraz edib. Bu hadisələrin kökündə ABŞ-ın iqtisadiyyat sahəsində yaydığı liberal strukturların və yaxud beynəlxalq maliyyə institutlarının fəaliyyəti, onların dünya ölkələrinin qanını sovurması, Qərb ölkələrinə ciddi şəkildə bumeranq kimi təsir göstərdi. Bu ölkələrin sosial və iqtisadi problemləri günü-gündən çətinləşir və həmin ölkələri maliyyə böhranından xilas etmək artıq müşkülə çevrilib. Eyni halda, həmin ölkələrdə insanların psixoloji durumu, milli-mənəvi dəyərlər, milli özünəməxsusluq və cəmiyyətin özünəməxsusluq ideyası getdikcə yoxa çıxır. Artıq neçə onilliklərlə deyilən “Qərbin Şok”u prosesi getdikcə ciddiləşir. Onlar çalışırlar ki, bu məsələləri gizlətsinlər. Yəni problemin kökünü açmağa cəhd göstərmirlər. Problemin zahiri tərəfini verməklə kifayətlənirlər və bütün cəmiyyətlərin fikrini ərəb ölkələrində baş verən hadisələrə yönəltmək istəyirlər. Ona görə də, Qərbdə baş verən bu nümayişlər əsasən ABŞ-da bank sisteminin təmərküzləşdiyi “Wall-Street”ə qarşı yönəlib. Əslində bu etirazlar Trans Milli Korporasiyalar və onların arxasında dayanan bir ovuc insana qarşı çevrilmiş narazıçılıqdır. Lap dərinə getsək, bu etirazların Qərbin silah gücünə yaymaq istədiyi liberal dəyərlərin getdikcə həm iqtisadiyyatda, həm də siyasətdə iflasa uğradığına qarşı yönəlmiş olduğunu demək olar. Sosial demokrat tipli dəyərlər getdikcə ön plana keçir. Hazırda Yaşılların, Sosial Demokratların, Sosialistlərin dəyərləri Qərb ölkələrinin cəmiyyətlərini prioritet kimi cəlb eləyir. ABŞ-ın təbliğ elədiyi liberal dəyərlər isə getdikcə iflasa uğrayır. Bu əvvəlcədən də gözlənilirdi ki, liberal dəyərlər altında bir qrup insanın varlanmasına və dünya iqtisadiyyatının qanının sovrulmasına xidmət eləyən sistem mütləq dəyişməlidir.”
Xəyal Şükür
Комментариев нет:
Отправить комментарий