07.12.2011

CredAgro kimi xarici işğalçıları bizim başımıza çıxarmayın


"Yeni xəbər"in poçtundan


CredAgro kredit təşkilati respublika ziyalılarını hədəfə alıb, cinayətə sürükləməklə məşğuldur

   Hörmətli redaksiya! Qəzetinizi böyük maraqla oxuyur və fikirlərinizə şərik oluram. CredAgro kredit təşkilatı ilə əlaqədar aşdığınız disskussiyaya görə sizə öz təşəkkürümü bildirirəm və bu etiraz kompaniyasına mən də qoşuluram. Artıq uzun müddətdir CredAgro adlı bədnam təşkilat respublikamızın hüdudlarına soxularaq əhalidən sələm yığır. Bəli, insanlarımızın çoxlu hissəsi onların toruna düşərək çapılıb talanırlar. Heç bir ölkədə, nə Rusiyada, nə Ermənistanda, nə də İranda bu qələti eləyə bilməzlər. Skinhedlərin qorxusundan Rusiyada heç küçəyə çıxa bilməzlər.

Bizdə isə hər rayonda bir mafiya ofisi tikərək, Heydər Əliyev öləndən sonra başlı-başına qalmış zavallı azərbaycanlılardan bac-xərac toplayırlar. Dövlət orqanları bilməlidir ki, bu təşkilat respublika ziyalılarını hədəfə alıb, cinayətə sürükləməklə məşğuldur. Oğurluğa, banditizmə gedən, cinayətə əl atan adamları araşdırın, hamısının kredit borcu var. Ehtiyac ucbatından ediblər bu cinayəti. Genosidi dayandırın! Mən özüm Qarabağ veteranıyam, bu təşkilatdan pul götürmüşəm, amma əhalidə pul olmadığından alverim getmir, ödəyə bilmirəm. 40 faiz sələmlə kredit vermək hansı dinə-imana sığar? Qoy dövlət rəhbərliyimiz bu məsələyə diqqət yetirsinlər. Sələm qanunla qadağandır. Onu bizim respublikada hansı modifikasiyaya salırlarsa salsınlar- sələm cinayətdir. CredAgro kimi xarici işğalçıları bizim başımıza çıxarmayın.
   CredAgro-nin cinayət məsuliyyətinə cəlb etdirdiyi, məhkəmə çəkişmələrinə çəkdiyi həkim, müəllim və digər ziyalılarımızın heç də hamısı atanşik, oğru-quldur deyil. Bu barədə düşünməyə dəyər. Əksinə, CredAgro özü bir ucu orta əsr Tamplier quldur təriqətinə gedib çıxan cinayətkat təşkilatdır. Bu gün CredAgro dövlətimizin təhlükəsizliyini və milli mənfəətlərimizi təhdid edən, insanların açıqca istismara məcbur olunduğu, təhlükəsizlik vahidlərinin idarə və yoxlamasından qaçan, qeyri-qanuni pulların toplanıb xərcləndiyi, cinayətkar üsulların işə salındığı bir mərkəz vəziyyətindədir. Həqiqi rəhbərlik mərkəzi xaricdə olan, beynəlxalq quruluşa malik, milli mənfəətlərimiz və dövlət təhlükəsizliyimiz baxımından çox təhlükəli olan bu təşkilatın fəaliyyətinin dayandırılması lazımdır. Güc strukturlarımızı və ölkəmizin idarəedici orqanlarını CredAgro və bu təşkilatla əlaqəli digər şübhəlilər haqqında istintaq açılaraq, əvvəlcə adı çəkilən sələmçi qeyri-bank təşkilatının fəaliyyətin dayandırılmasını, kökü xaricdə olan bu cinayətkar sindikatın bütün fəaliyyət dövrünün öyrənilməsini, Azərbaycana soxulduğu vaxtdan bu günə kimi xalqa və dövlətə qarşı etdiyi əməllərinin hərtərəfli araşdırılmasını, təşkilat rəhbərliyinin və əlaqədar olduğu adamların həbs olunaraq cəzalandırılmalarını hörmətlə tələb və ifadə edərəm.

Qarabağ müharibəsi veteranı Dövlətov Ziyad

Комментариев нет:

Отправить комментарий