07.12.2011

Professor Rafiq Əliyev: Mən qəlbən kommunist olmuşam… Dünya Markısa qayıdır…


Azərbaycanlı alim, riyaziyyat və kibernetka üzrə görkəmli mütəxəssis, professor, elimlər doktoru Rafiq Əliyev “Medi Forum”a verdiyi müsahibədə maraqlı məqamları açıqlayıb.
Jurnalistin “qəlbən kommunist olmusuz, ya yox, biz deyə bilmərik…” sualına jurnalistin gözlədiyinin əksinə olaraq Rafiq Əliyev “Həm də qəlbən…” cavabın verib. Sonra Rafiq Əliyev iqtisadi böhranı izah edərək deyir “Qlobal iqtisadi böhran dünyanı nə hala saldı, göz qabağındadı. Düzdü, iddia eləyirik ki, böhran bizə toxunmadı, elə deyil. Baxsanız görərsiz ki,  böhrandan sonra ölkədə nə qədər adam işsiz qaldı. Bunu o biri müsahibələrimdə də demişəm.  Məni ən çox qorxudan ikinci böhrandı. Çox da uzaqda deyil, altı aya-bir ilə, uzağı iki ilə dünyanı bürüyəcək. Səbəb odu ki, iqtisadi nəzəriyyə dünya praktikasına adekvat deyil. Sizə təzadlı  görünsə də, dünya Marksa qayıdır… ”

Sonra pofessor sovet dönəmini xarakterizə edir “Kommunistlərin dövründə əyintilər vardı, bunu heç kəs danmır. Məsələn, mənim bir yazımın adı belədi: Mən Stalin dövründə yaşamaq istəməzdim. Çünki hər şey zora söykənmişdi. Amma zorla bərabər ədalət də vardı. Mən gördüklərimi deyirəm… Bəli, sosial ədalət vardı, əxlaq vardı… Düzdü, onu limitləşdirirdilər, yönəldirdilər, amma cəmiyyət bugünkü kimi əxlaqsız deyildi…
Xruşşovu SSRİ Elmlər Akademiyasına seçmədilər… kənd təsərrüfatı üzrə 1 akademik yeri var idi, 1 nəfər də namizəd… Soruşdum, neçə səs alıb, məlum oldu ki, sıfır. Üç aydan sonra SSRİ Elmlər Akademiyasının prezidenti vəzifədən çıxarıldı. Xruşşov akademiyanın prezidentindən soruşub ki, onları, səs verməyən akademikləri başa düşürəm, bəs sən niyə mənim lehimə səs vermədin? O da qayıdıb ki, mən də onlardanam. Mən sovet dönəmində bunu da görmüşəm.  Yaxud Mixail Suslov Sov.İKP MK-nın katibi idi, özü də ideologiya üzrə. Onun qızının əri  Sumarokov da kibernetik idi, Lenin kitabxanasının avtomatlaşdırılmasını, kompüterləşdirilməsini həyata keçirmişdi. Bir neçə dəfə SSRİ Elmlər Akademiyasına namizədliyini verdi, amma keçə bilmədi. Söhbət Suslovun kürəkənindən gedir… Yəni mən ədalət deyəndə bunları nəzərdə  tuturam.
Ağdamın Novruzlu kəndində böyümüşəm. Novruzluda bağ briqadiri seçə bilmirdilər. Bu deyirdi onun filan nöqsanı var, o biri deyirdi başqa nöqsanı var. Kolxoz sədri təsir eləyə bilmirdi, rayondan ikinci katib gəlirdi, o da aciz qalırdı.  Camaat seçmirdi. Səsə qoyurdular, keçmirdi. Bu gün akademiyada, parlamentdə, istənilən seçkili orqanda belə bir nümunə göstərə bilərikmi?
Sovet dövründə də öz mənliyini saxlayan, milli kökə söykənən demokratik ruhlu adamlar çox idi. Xalqla hökumət arasında bir ziyalı qatı vardı, bəlkə onu qəsdən yaratmışdılar – yuxarının sözünü aşağı, aşağının rəyini yuxarı çatdırmaq üçün. O mexanizm də pis işləmirdi. ”
Göründüy kimi artıq aldanmış ziyalılar görürlər ki, kommunizmidən yaxşısı yoxdu. Nəzərə alsq ki, Rafiq Əliyev ABŞ-ın ən ciddi, nüfuzlu və maddi baxımdan yüksək imkana malik bir qurumun da əməkdaşıdır, ABŞ-da yaşayıb, işləmiş tək-tək tanınmış Azərbaycanlılardan biridir onda qəti surətdə demək olar ki, ABŞ demokratiyası kapitalizm mifindən başqa bir şey deyil.

Комментариев нет:

Отправить комментарий