23.05.2012

“Mavilərin yığışdığı Tiflis prospekti Təbrizdə yox, Bakıdadı!”

“Mavilərin yığışdığı Tiflis prospekti Təbrizdə yox, Bakıdadı!”
Təbrizli biznesmen: “Azərbaycan rəzalət içində batır”

Bu günlərdə İranın Türkiyədəki səfirliyi qarşısında keçirilən aksiyada iştirak etmiş təbrizli biznesmen Əfşinlə müsahibə

- Əfşin bəy, Türkiyədə İran əleyhinə keçirilən aksiyadan məqsəd nə olub və bu aksiyanı kimlər təşkil edib?
- Mən biznesmenəm və siyasi işlərdən uzaq bir adamam.
Türkiyədə işgüzar səfərdə olduğum zaman həmşəhrilərimdən biri “Azərbaycana dəstək” adıyla bizi bir aksiyaya apardı. Sən demə bu bəhanə ilə İran səfirliyinin qarşısına gedirmişik. Orada gördüm ki, bu Azərbaycanı himayət etmək üçün yox, Əliyev rejiminin sifarişilə sadəcə İrana qarşı bir addım kimi təşkil edilib. Təşkilatçıların arxasında dayananlar da Bakının xüsusi dairələridir ki, guya Təbrizdə, Ərdəbildə Əliyev rejiminin əxlaqsızlığına qarşı keçirilən izdihamlı nümayişlərə cavab vermək istəyirdilər.
Amma İran səfirliyi qarşısına yığışan az sayda adamla Təbrizdəki on minlərlə insanın aksiyasına cavab vermək məncə ayıb oldu. Bizi dəvət edən həmşəhrilərimiz bizə yaxın adamdı, onun özü də etiraf elədi ki, sifariş Bakıdan filankəslərdən gəlib və bunun üçün pul da ayrılıb. İndi biri də pulunu bu şeylərdən çıxarır, nə deyəsən. Amma mən o aksiyadan çox pis hisslərlə ayrıldım, orda baş verənlərdən iyrəndim.

- Konkret olaraq, nə kimi hallar Sizi narahat etdi?                                                         
- Mən uzun illərdir ticarətlə məşğulam. Dubay, Türkiyə, Hindistan, Malayziya. Bir neçə il Azərbaycanla da işləmişəm. Həmişə bir iranlı kimi, həm də Azərbaycan türkü olmağımla fəxrlə danışmışam. Amma bu Əliyev rejimi milləti elə hala salıb ki, daha orda-burda azərbaycanlı olduğumuzu dilə gətirməyə də utanırıq. Dedik Azərbaycan Respublikası müstəqil olub, üzümüzü ağ edər. Bunlar lap bizi rüsvay edib, üzümüzü qara elədilər. Mən dindar adam-filan deyiləm, amma mən bir təbrizli balasıyam, namus-qeyrət yiyəsiyəm. İran səfirliyi qarşısındakı aksiyanın sonuna yaxın bir də gördük bir azərbaycanlı oğlanla bir qız elə küçədə uzanıb öpüşməyə başladı. Öpüşə-öpüşə şəkillər çəkdirirdilər, abırsızlıq edirdilər. Əvvəl elə bildik ermənilərdi-nədi gəlib təxribat törədə. Sonra gördük elə bu aksiyanı keçirənlər bu halda olan adamlardı. Onlar azərbaycanlı idi və hətta əxlaqsız adamın adı da Azər idi. Demə o əxlaqsız qadın da nişanlısı imiş. Bərəkallah! Aksiyada iştirak edənlərin dilindən eşitdim ki, Bakıda gey-parad keçirilməsinə İran-fars rejimi etiraz edir, İranda mitinqlər keçirilir və biz də bu aksiyanı keçiririk ki, İran bizim işlərə qarışmasın. Dedim, axı İranda bunu fars yox, türklər keçirir. Farsın nəyinə lazım sən Bakıda geylərin bayramını keçirəsən, yoxsa yasını? Farsın nəyinə gərək sən haranı açıb göstərirsən, ya yox. Bunu təbrizlilər, ərdəbillilər təşkil edir ki, Azərbaycan adının abrını aparmayın. Biz bir millətiksə, adımıza rəzaləti yaxmayın. Bunun nəyi Azərbaycanın işinə qarışmaqdı? Onlara dedim bayrağınızın bir rəngi də İslam rəngidi, yaşıldı. Bu zaman biri mənə həyasızcasına dedi ki, bayrağımızın rənginin biri yaşıldısa, biri də mavidi! Bərəkallah! Bu şeylər məni iyrəndirdi. Tüpürüb getdim ordan. Biçarə bizi gətirən həmşəhrimizin özü də utandığından bilmirdi nə edə. Gör bu rejim Azərbaycanı nə günə salıb vallah…

- Əfşin bəy, yeri gəlmişkən, Azərbaycan Prezident Administrasiyasının rəsmisi Əli Həsənov bəyan edib ki, ümumiyyətlə Azərbaycan dilində gey-parad sözü yoxdur, iranlılarda isə var - ibnə. Həqiqətənmi bu belədir?
- Vallah, belə cəfəng iddiaya nə deyəsən? Bu İran, bu Əli Həsənov, gəlib qapı-qapı gəzsin, iranlılardan soruşsun görək, “ibnə” nə deməkdir? Belə sözün mənasını bilən varmı? Yoxdu! Bəlkə ədəbiyyatda, qədim kitablarda ərəb sözü kimi işlədilə, amma bunu nə biz türklər işlədirik İranda, nə də farslar. Əvəzində isə mən bu sözü bakılılardan eşitmişəm. Üstəlik, bu mənanı verən və Azərbaycanda tez-tez qulağa dəyən başqa türk sözü də var axı – bağışlayın məni, arxasını verən! Görünür bu əvvəllər söyüş olub, amma daha gerçəklik bunu deyir ki, bu cür adamlar, yəni kişibazlıq edib özlərini verən “kişilər” Azərbaycan Respublikasında hörmətli adam sayılırlar. Hər halda, mavilərin dəstə-dəstə yığışdığı Tiflis prospekti Təbrizdə yox, Bakıdadı. Bakıda “…verənlər” yüksək vəzifədə də çalışırlar, üstəlik, İlham Əliyevin fərmanı ilə Azərbaycanın xalq artisti adını da alırlar. Hər halda, Faiq Ağayev İranın yox, Azərbaycan Respublikasının xalq artistidi. Mənim Bakıda vəzifədə olan çoxlu tanışlarım var, iş gördüyüm şəxslər var, dəqiq məlumatım var ki, belə mavilərdən bəzilərini nazirlər, böyük vəzifəli adamlar saxlayır. Adlarına qədər məlumatım var hansı vəzifə sahibləri hansı maviləri saxlayır. Əli müəllimə burdan səslənib deyim, bəlkə bunu ona deyən yoxdu, özünün də başı qarışıb rejimə məddahlıq etməyə, eyiblərə don geyindirməyə, “obyekt”lərindən pul yığmağa, vaxt eləmir özü bunları görə. Əli müəllim, Azərbaycan rəzalət içində batır! Ölkənizə gələn xaricilərə ilk təklif olunan şey millətin gənc qızları olur. Hotellərdə, saunalarda, masaj salonlarında qızlarınız özlərini satmaq üçün növbəyə düzülür. Bakı bir yana, Dubay, İstanbul, Ankaranın əxlaqsız yuvalarının “ustaları” Azərbaycanın qızları, arvadlarıdı. Gözümlə görmüşəm – Bakıda ərləri gəlib aeroprtda arvadını yola salır, Dubaya çatan kimi ordakı sutinyorlar qarşılayıb, müştəriyə aparır. Vallah-billah bu dəhşətdir! İranı yamanlamaqla deyil, bir gözünüzü açıb baxın görün 20 illik hakimiyyətiniz bu namuslu-qeyrətli milləti nə hala salıb.

- Azərbaycan Respublikasına çox get-gəl edibsiz, təəssüratlarınızla bölüşərdiz.
- Biz o tay Azərbaycanı hər zaman özümüzdən bilmişik, əziz saymışıq. Belə düşünürdük ki, bir millətik. Amma Bakıya getdikdə o taykı qardaşlardan bunun qarşılığını görmədik açığı. İş adamı kimi “iranlı” deyib başımıza yüz cür oyun açdılar. “AKKORD” şirkəti nə qədər pulumuzu yedi, axırda ev də vermədi. Şəriki olduğumuz biri pulların dalına keçdi, məhkəmə də işə qarışa bilmir qorxusundan. Filankəsin adamıdı deyə. İşlətdiyimiz dükana görə neçə cür idarədən gəlib dilənçi kimi ona ver, buna ver, pul qopardırdılar. Üstəlik, Vergilər Nazirliyi hər il üçün bir evin pulunu əlimizdən tutub alırdı. İstənilən iranlıdan soruşun Bakıda. İranlıdan yox, elə lap öz iş adamlarından xəbər alın, görün ayda min manat qazanmaq üçün nə qədər ona-buna rüşvət paylamaq lazım gəlir. Mən hələ gələn malların gömrükdən keçirilməsini, Bakıda müvəqqəti qeydiyyatı-filan demirəm. Hər addımın rüşvət! Yəni bizə qardaşları kimi yox, bir qazanc mənbəyi kimi baxırlar. Qazanc da cürbəcür olur. Bəziləri də “Cənubi Azərbaycan” adından istifadə edib Azərbaycan dövlətinə bağlı qurumlardan, Türkiyənin bəzi dairələrindən, pul qoparırlar. Bəziləri də Amerikadan, Avropadan, hətta İsraildən. Guya Təbrizin dərdinə yanırlar, həqiqətdə isə bir məqsədləri var – qazanc! Həm də bizim adımızla qazanc! Bunların içində olan adamlarla 3 il birlikdə ticarət işi görmüşəm. Elə şeylər bilirəm ki, danışsam, adamın bağrı çatlayar. Adama pis gəlir ki, biz doğma yanaşdığımız qardaşlarımız bizə bu qədər özgələşib.

- Bu özgəliyi adi əhalidən də görürsüz, yoxsa…
- Mən hamını demirəm. Qızıl insanlar da var. Amma ümumi deyim ki, bəli, bizim adlarımız birdir – Azərbaycan. Dilimiz, dinimiz, məzhəbimiz birdir. Amma millət kimi xasiyyətimiz, düşüncəmiz artıq çox fərqli. Yəni ruslar 200 ildə o tayı tam dəyişib. Təbrizdə gəlib dükançını hansı idarə divara dirəyə bilər ki, ya rüşvət ver, ya dükanını bağlayıram? Təbrizin hansı saunasında kişiyə qadın təklif edilə bilər? Təbrizlinin qızının-bacısının başını kimsə zorla açdıra bilərmi? Ən böyük dərdimizi deyim. 20 ildir Azərbaycan Respublikasının gözəl Qarabağı ermənilərin işğalında. Amma azərbaycanlılar oranı azad etmək üçün heç cəhd də etmirlər. İllərlə Bakı ilə get-gəlim olub, mən canlı şahid. Televiziyasına baxanda gündə üzdəniraqlar, əxlaqsızlar çalıb-oynayır, oxuyur, konsertdən, kefdən başqa bir şey yoxdu. Gedib erməniyə verilən torpağını almağa cürət eləmirlər, cəsarətləri çatmır öz ərazisini alalar, gəlib təbrizlinin qeyrətini çəkirlər guya. Bizim İranımızın cənubuna Səddam Hüseyn göz dikəndə, ərazimizə soxulanda ilk sırada Azərbaycan türkləri ayağa qalxdı, milyonlarla insanımız əlinə silah alıb vuruşdu. Deyə bilərəm ki, hər ailədən şəhid verdik, amma torpağımızı vermədik! Təbrizin, Ərdəbilin xasiyyəti budur. İndi də İrana əyri gözlə baxanın gözünü çıxarmağa hazırıq. Amma o taylı qardaşlar Şuşanın verilməsinin 20 illiyini çal-çağırla qeyd edirlər. Bu təbrizlilərin pisinə gəlir…

- Və küçələrə çıxıb etiraz edirlər…
- Qardaş, mən bu etirazların da əleyhinəyəm, şəxsən. Təbrizlilərin hamısı sadəcə bilmir ki, daha o tay biz dediyimiz Azərbaycan deyil. Əli Həsənov demiş, özləri bilsinlər nə edirlər. İstəyirlər oxuyub-oynasınlar, istəyirlər soyunub düşsünlər küçələrə, istəyirlər geyləri xalq artisti yox e, lap xalq qəhramanı eləsinlər. Öz seçimləridi. Adama deyirsən geylərin paradı olmasın, durub sənin müctəhidini, din alimini təhqir edirlər. Özü də farsı yox, Azərbaycan türkünü, öz yerlimizi, Ağa Xameneini. Təbrizli Bakını qeyrətə səsləyir, onlarsa durub deyir ki, farsların gözü bizi götürmür. Təbrizdə mitinqdə deyirsən “yaşasın Azərbaycan!”, Bakı saytları yazır İranda Azərbaycan əleyhinə mitinq oldu. Axı boş verək, özləri bilsin nə edirlər. Oların qeyrətini özləri çəkmək istəmirsə, biz çəkəcəyik zorla? O millət ki 20 ildi itirdiyi torpaqları almır, 20 ildi neftini-qazını, sərvətini bir ailə ələ keçirib talayır, camaatı da işıqpulu verə bilmir, qaz pulunu çatdırmır, dükanlarda çörəyi də borca yazdırıb alır, amma dinmir, səsini çıxarmır, deməli bu halı ilə barışır. Deməli belə olmaq istəyir. Biz təbrizlilər öz qeyrətimizin yiyəsiyik, bu bizə yetər. Biz də özümüz bilərik, nəyi necə edirik. Onlar gedib “Yevrovijin”lərini keçirsin, biz də öz işimizi görək. Axırda görək milləti millət edən qeyrətdir, yoxsa gecə-gündüz çalıb-oynamaq.

Mustafa Dəniz          Türkiyə                      
http://haqqxeber.com/

Комментариев нет:

Отправить комментарий