23.05.2012

RUSLARI SEVİRƏM!

Aqşin Sultanov


Nə insanlıqda, nə intellektdə, nə mədəniyyətdə - heçnədə - ruslara heç yaxınlaşmayan azərbaycanlıların ruslara nifrət etməsinə gülürəm

2005-ci ildə Moskvada başıma bir əhvalat gəldi. Valyuta dəyişdirmə məntəqəsində 100 dolları urus rublına çevirib girdim böyük kitab mağazasına. Markesin, Kastanedanın oxumadığım kitablarını aldım, kassaya yaxınlaşdım. Urus xanım hesabladı, ödəyəcəyim məbləği dedi. Bayaq valyuta dəyişdirmə məntəqəsində mənə verilən urus rubllarını uzatdım. Urus xanım bir çernojopının kitablar alması şokundan ayılıb pulları saymağa başladı.... Əlindəki kupyurların birinə baxanda nədənsə şübhələndi..., pula birdə baxdı və.... onun saxta olduğunu dedi...... Ölməzmiyim!? Yıxılmazmıyım?! Xəjalətimnən öldüm bitdim. Dedi “sekyuritini çağırıram”. (indiki çar Rusiyasının adamları ölürlər ingilis terminlərdən istifadə etmək üçün. ) Dedim “etmə, gözəl, eləmə, dəyişərəm”.

Dedi “dəyiş”. Əlimi cibimə atdım: başqa pulum yox idi. Dedim, “mənə obmenni punkta atıflar, başqa urus pulum yoxdur, qoy gedim ayrı pul dəyişif gətirim”. Dedi “nişanlıyam, özgə malıyam...”.... Yox, belə demədi, nəyisə qarışdırdım. Dedi “sekyuritini çağırası oldum, nəsə moy qlaz tvoy qlaz vada ne pyot”. Zalımın qızı (yağın bizi işğal edib eybəcərliyimizə təcavüz etmiş 11-ci Qızıl Ordunun əskərlərinin nəvəsi imiş) sekyuritini çağırdı. Iki boynuyoğun urus gədəsi gəldi. Dedim “qağa, belə-belə”. Baxdılar üzümə, süzdülər məni... Axırda biri mənim splaşnoy “Xəjalət” heykəli olduğumu qavrayıb dedi, “Ladno, bratan, getginən ama diqqətli ol, obmenni punktan aldığın pula bax dayna, ağzıayrıx döölsənki”. Tez çıxdım kitab mağazsından üz tutdum abmenni punkta. Nə başuzu ağrıdım, gəldim yaxınlaşdım akoşkaya, dedim halqazıya belə-belə: “maa atıfsuuz, saxta kupyur vermisuz, biyabır eləmisuz....”. Dedim “əəğımı götuza soxaram, tez eliyin pulu dəyişin”. Açığı, helə demədim, amma fikirləşdim.. Nə isə... 10 dəqiqəlik “etməyin eləməyin” isporınnan soora pulumu qaytardılar. Döndüm kitab mağazası yoluna. Biraz getmişdim ki....!!!!! Vay bəəəə! Məə atan abmenni punkt bu idi... Yəni mən, fəthullahçı polislər demişkən, səhvən başqa abmenni punkta gedib, tamamilə günahsız insandan haqqımı tələb etmişəm... Məə bir abmenni punkt atıf, mən də gedif başqa abmenni punkta atmışam. Bilmədən. Nağayrım, nə edim, bilmirəm... “Xren s nimi” deyif getdim kitab mağazasına. Girdim içəri, yaxınlaşdım kassaya, bayaqki urus xanıma: “pulu dəyişif gətirmişəm, canım benim, al ginən, kitablarımı bəri ver”. Urus xanım qızardı, dedi: “qardaş, üzüm əğuun altında, elə bildih gəlmiyəjəhsən, kitabları qaytarıf qoydux polkalara”. Yəni biraz gej gəldiyimə görə elə biliblər ki, mən çernojopı kitab alan zad dööləm, elə saxta pulu olara soxuşdurmaq üçün girmişəm mağazaya... Nəisə.. Təzədən kitabları yığıb kassya yaxınlaşdım, pulu ödədim. Urus xanım mənnən üzr istədi... Kırılan kururuma bir teselli verdi. Nəsəki verdi! – sağolsun. Onsuzda başqa veriləsi şeylərə iddialı deyildim. Aşiq olduğum biri var idi. Aşiq olduğuma sədaqətli yedinka kişiyəm. Kitab mağazasını bu hisslərlə tərk ettim: mən rusları sevirəm, rus xalqını sevirəm, planetimizin ən unikal, xeyirxaq, xeyirxaq olduğu qədər ziddiyətli xalqıdır rus xalqı; həqiqi türk ruhunu, mədəniyyətini, əxlaqını ən çox saxlayan, yaşadan xalqdır rus xalqı. Ruslara nifrət edənlər beyinsiz, xəstə, cahil milliyətçilərdir, ABŞ-dan maaş alan, maddi qidalanan kölələrdir.. Sevirəm sizi, ruslar.

Комментариев нет:

Отправить комментарий