Afaq Şıxlı
QALMIŞAM...
Yuxunda da buraxmırsan əlimi,
Xəyal olub otağında qalmışam.
Toplayırsan balıncdakı telimi,
Tel-tel olub yatağında qalmışam.
İntizarsan, zindandı dörd divarın,
Sevindirmir nə şöhrətin, nə varın.
Hər yerdəyəm, qarşıdakı çinarın
Sənə baxan budağında qalmışam.
Eşqim dərddi, sən əlində naçarsan.
Elə sirr ki... axı kimə açarsan?!
Unut məni unutmağı bacarsan -
Nəfəsinəm, dodağında qalmışam.
SƏN O ZAMAN GƏLDİN Kİ...
Tənim buz bağlayanda
kimsəsiz otağımda,
Qəm cövlan eyləyəndə
soyumuş yatağımda,
Ümidimin işığı əriyən bir şam kimi
lap sonuna çatanda,
Həyat məni
qaranlıq boşluqlara atanda
Mən səni harayladım -
Sən o zaman gəlmədin!
Don vurmuş qönçə kimi
saralanda arzular,
Məni dara çəkəndə
bu cavabsız duyğular,
Taleyimin ulduzu köhnə çıraq sayağı
gözlərini qırpanda,
Qəddar zaman küləyi
hisslərimi didərək sağa-sola çırpanda
Mən səni harayladım -
Sən o zaman gəlmədin!
İntizarım, həsrətim
kükrəyib qaynayanda,
Xoşbəxt günlər mənimlə
gizlənpaç oynayanda
Mən səni harayladım...
...Sən o zaman gəldin ki,
bu qismətsiz eşqimi sevgisiz könüllərə
sədəqətək payladım...
DƏNİZLƏR QOVUŞAN YERDƏ
Nur baxışlım, dərd eləmə,
Birləşəcək yollarımız.
"Bundan belə gecdir" demə,
Qarşıdadır baharımız.
Unudulmaz o xoş anlar
Gələcəyin röyasıdı.
Sevilməyə haqqımız var,
Dünya - sevgi dünyasıdı!
Göydə günəş, yerdə torpaq
Şahid olsun sevgimizə.
Harda olsaq birgə olaq,
Çən düşməsin izimizə.
Sevinc qəmə olsun qənim,
Ayrılıq sovuşan yerdə.
Gəl görüşək, ruhum mənim,
Dənizlər qovuşan yerdə!
MƏNI SABAH UNUDARSAN...
Çalışma ki, məni bu gün unudasan...
Bağrım başı yaralıdır, qandır hələ.
Buz baxışlar ümidi kəsib yaman,
Gəl, daha da yaralama bilə-bilə.
Çalışma ki məni bu gün unudasan...
Vərəqləyək ötənləri sənlə bir az.
Bir qığılcım ara, gülüm, yaddaşından,
Üz çevirsən, bir də geri dönmək olmaz.
Çalışma ki, məni bu gün unudasan...
Silinərmi bir məhəbbət əfsanəsi?
Gülümsəmə göz yaşları arasından,
Bu ağrılar - sevgimizin nişanəsi!
Mənim üçün bu dünyada tək sən varsan!
Dünya küsər – xoşbəxtlərə qarışmasaq!
Canım- gözüm, məni sabah unudarsan,
Əgər bu gün, elə bu gün barışmasaq.
QALMIŞAM...
Yuxunda da buraxmırsan əlimi,
Xəyal olub otağında qalmışam.
Toplayırsan balıncdakı telimi,
Tel-tel olub yatağında qalmışam.
İntizarsan, zindandı dörd divarın,
Sevindirmir nə şöhrətin, nə varın.
Hər yerdəyəm, qarşıdakı çinarın
Sənə baxan budağında qalmışam.
Eşqim dərddi, sən əlində naçarsan.
Elə sirr ki... axı kimə açarsan?!
Unut məni unutmağı bacarsan -
Nəfəsinəm, dodağında qalmışam.
SƏN O ZAMAN GƏLDİN Kİ...
Tənim buz bağlayanda
kimsəsiz otağımda,
Qəm cövlan eyləyəndə
soyumuş yatağımda,
Ümidimin işığı əriyən bir şam kimi
lap sonuna çatanda,
Həyat məni
qaranlıq boşluqlara atanda
Mən səni harayladım -
Sən o zaman gəlmədin!
Don vurmuş qönçə kimi
saralanda arzular,
Məni dara çəkəndə
bu cavabsız duyğular,
Taleyimin ulduzu köhnə çıraq sayağı
gözlərini qırpanda,
Qəddar zaman küləyi
hisslərimi didərək sağa-sola çırpanda
Mən səni harayladım -
Sən o zaman gəlmədin!
İntizarım, həsrətim
kükrəyib qaynayanda,
Xoşbəxt günlər mənimlə
gizlənpaç oynayanda
Mən səni harayladım...
...Sən o zaman gəldin ki,
bu qismətsiz eşqimi sevgisiz könüllərə
sədəqətək payladım...
DƏNİZLƏR QOVUŞAN YERDƏ
Nur baxışlım, dərd eləmə,
Birləşəcək yollarımız.
"Bundan belə gecdir" demə,
Qarşıdadır baharımız.
Unudulmaz o xoş anlar
Gələcəyin röyasıdı.
Sevilməyə haqqımız var,
Dünya - sevgi dünyasıdı!
Göydə günəş, yerdə torpaq
Şahid olsun sevgimizə.
Harda olsaq birgə olaq,
Çən düşməsin izimizə.
Sevinc qəmə olsun qənim,
Ayrılıq sovuşan yerdə.
Gəl görüşək, ruhum mənim,
Dənizlər qovuşan yerdə!
MƏNI SABAH UNUDARSAN...
Çalışma ki, məni bu gün unudasan...
Bağrım başı yaralıdır, qandır hələ.
Buz baxışlar ümidi kəsib yaman,
Gəl, daha da yaralama bilə-bilə.
Çalışma ki məni bu gün unudasan...
Vərəqləyək ötənləri sənlə bir az.
Bir qığılcım ara, gülüm, yaddaşından,
Üz çevirsən, bir də geri dönmək olmaz.
Çalışma ki, məni bu gün unudasan...
Silinərmi bir məhəbbət əfsanəsi?
Gülümsəmə göz yaşları arasından,
Bu ağrılar - sevgimizin nişanəsi!
Mənim üçün bu dünyada tək sən varsan!
Dünya küsər – xoşbəxtlərə qarışmasaq!
Canım- gözüm, məni sabah unudarsan,
Əgər bu gün, elə bu gün barışmasaq.
Комментариев нет:
Отправить комментарий