Akif Abbasovun tərcümələri
Erskin Kolduell, Amerika
Kristi Töker axşamtərəfi qatırın tərkində plantasiya şəhərciyinə gedirdi. O, bütün günü yaşadığı evin ətrafını səliqəyə salmış, təzə payalar yonub çəpərin uçuq-sökük yerlərini düzəltmişdi. Öz işindən yerdən-göyə qədər razı qaldığından indi kefi ala buludlarda idi. Yol boyu fit çalırdı. O, plantasiya şəhərciyinə az-az gedirdi. Amma bir iş üçün çağırılanda vaxt itirmir, tez yola düşürdü. Kristi qatırın yüyənini dükanın arxasındakı mıxçaya bağladı. Zəncilər bu gün nədənsə onunla görüşməyə tələsmirdilər.
Kristi üç ay olardı ki, arvadını da götürüb bu yerlərə köçmüşdü. O vaxtdan rəngi rənglərinə, taleyi talelərinə bənzəyən qara dərililərlə mehriban münasibətdə idi. İndi isə zəncilər nədənsə özlərini görməməzliyə vurub ona yaxın düşmürdülər. Kristi heyrət içərisində və tələsmədən plantasiya idarəsinə sarı yollandı. Froqqi Miller onun qarşısına çıxdı. Froqqi dönməyə macal tapmamış Kristi onun qolundan yapışdı.
- Başa düşmürəm, siz camaata nə olub?
Froqqi Miller onun evindən bir mil aralıda – üzbəüz evdə yaşayırdı. Onların evlərini uzanıb gedən pambıq plantasiyası ayırırdı. Qonşuluqda yaşadığından hamıdan çox onu tanıyırdı.
- Nə olub, Froqqi?
Froqqi hündürboylu, saçlarını qısa vurdurmuş zənci idi. O, bir ayağını qaçaraq qoymuşdu. Kristi yenidən onu tutub saxladı. Həyəcanlı halda:
- Qulaq as,- dedi. – Özünüzü niyə belə qəribə aparırsınız?
Froqqi:
- Cənab Li Krossmən sənin dalınca adam göndərib? - deyə soruşdu.
- Hə, göndərib, nə olsun ki? Yəqin təsərrüfatla əlaqədar nəsə demək istəyir. Başa düşmürəm siz…
O, sözünü qurtarmamış Froqqi aralandı və yola düzəldi. Kristi onu narahat edən suallara cavab almaq üçün tələsik plantasiya idarəsinə girdi. Plantasiyanın mühasibi Hendriks və Li Krossmənin kiçik qardaşı Morqan birinci otaqda əyləşib ayaqlarını pəncərənin artırmasına qoymuşdular. Kristini görən kimi Hendriks qalxıb o biri otağa keçdi. Mühasib gələnədək Morqan Krossmən sakit və davamlı nəzərlərlə zəncini süzdü. Qonşu otaqdan mühasibin səsi eşidildi:
- Bura gəl!
Kristi çevriləndə plantasiyanın sahibi və bossu Li Krossməni astanada dayanmış gördü. Kristi:
- Eşidirəm, ser, - dedi.
Li Krossmən əyninə kip tikilmiş bozumtul minici şalvar – brici, mixəyi rəngli köynək və dizlərinə qədər gəlib çatan uzunboğaz çəkmə geyinmişdi. O, kənara çəkilib otağa keçmək üçün Kristiyə yol verdi, sonra arxa tərəfdən qapını bağladı. Kristi otağın ortasında dayanıb Li Krossməni gözləməyə başladı.
Kristi plantasiyaya ilin birinci yarısında – üç ay əvvəl gəlmişdi. O ilk dəfə idi ki, Corciyada olurdu. Həmin yerlər onun xoşuna bu vaxta qədər yaşadığı Alabamadan daha çox gəlirdi. Arvadı ilə onu Corciyaya köçməyə vadar edən torpağın məhsuldar, maldarlıq işinin əlverişli olması idi. Kristinin dediyinə görə, onlar bir qarın tox, bir qarın ac dolanırdılar. Buraya isə xoş gün həsrəti ilə gəlib çıxmışdılar.
Li Krossmən qayıtmaq bilmirdi. Kristi stulların birində əyləşdi. Yenicə yanını yerə qoymuşdu ki, qapı açıldı. O, ayağa sıçradı. Gülümsünərək:
- Hər vaxtınız xeyir, cənab Li, - dedi. – Torpağı yoxladım. Əgər bir dənə də qatırım və çox gavahınlı kotanım olsaydı, çalardım. Belə kotanla iki qat artıq pambıq yetişdirərdim. Torpağa söz ola bilməz. Ovcumun içi kimi təmizdir. Nə kötük var, nə də bir qamış. Kol-kos sarıdan da nigarançılıq yoxdur. Heç yerdə çala-çuxura rast gəlmədim. Əgər mənə bir dənə də qatır və kotan verilsə, iki yardardan çox pambıq becərərəm.
Kristi danışıb qurtaranadək Li Krossmən gözlədi. Sonra qapını möhkəm örtüb otaqda var-gəl etdi:
- Zəncini mən sənin dalınca göndərmişəm, yoxsa sən mənim?
- Elədir, cənab, Li, siz göndərmisiniz…
- Elə isə sənə icazə verilməmiş heyvərə ağzını az açıb-yum!
- Günahkaram, ser, cənab Li, - deyə Kristi arxası divara söykənənədək dalı-dalı çəkildi. Li Krossmən stulda əyləşib nəzərləri ilə onu «yedi».
- Günahkaram, ser, cənab Li,- deyə Kristi tutuquşu kimi təkrar etdi.
- Sən də o heyvərə zəncilərin tayısan, haradan peyda oldun, bilmirəm. Sən ki, Corciya zəncilərindən deyilsən.
Kristi başını yırğalayaraq:
- Xeyr, ser, cənab Li, - dedi,- mən Alabamada doğulub boya-başa çatmışam.
- Orada özünü yaxşı aparmağı sənə öyrətməyiblər?
- Öyrədiblər, ser, cənab Li.
- Bəs niyə Corciyada qudurğanlıq edirsən?
- Bilmirəm, cənab Li.
Kristi ovcunun içərisilə üzünü sildi. Başa düşmədi ki, nə üçün Li Krossmənin ona acığı tutub. Bayaq zəncilərin yaxın gəlib onunla kəlmə kəsməmələrinin səbəbi yalnız indi ona aydın oldu. Onlar bilidilər ki, Kristi Li Krossmənin qəzəbinə düçar olub və ser öz adamını onun dalınca göndərib. Plantasiya sahibinin və bossun gözündən düşmüş adamla söhbət etmək isə özünü diri-diri oda atmaq demək idi.
- Özünə radio almısan?- deyə Li soruşdu.
- Bəli, ser.
- Haradan almısan?
- Möhlətlə almışam.
- Sənin pulun haradan idi?
- Bir az varım idi. Arvadım da cücə saxlayır.
- Nə üçün radionu plantasiyadakı mağazadan götürməmisən?
- Başqa yerdən almaq daha münasib idi. Orada bir qədər ucuzdur.
- Plantasiyada yaşayan zəncilər lazımi şeyləri buradakı mağazadan alırlar.
- Sizə borclu qalmaq istəmədim, cənab Li. İstəyirəm ilin axırında plantasiyadan mənə çatacaq məbləği tam alım.
Li Krossmən arxasını kresloya söykəyib ayağını ayağının üstünə aşırdı. Cib bıçağını çıxarıb dırnağını təmizləməyə başladı. Otaqda bir müddət sakitlik oldu. Kristi divara söykənmişdi. Bunu görən Li:
- Düz dayan, zənci!- deyə bağırdı.
- Baş üstə, ser,- deyə Kristi qəddini düz saxlamağa çalışdı.
- Çəpərini nə ilə təmir etmisən? Mənim meşəmə girmişdin?
- Bəli, ser, cənab Li.
- Bəs nə üçün icazə almamısan?
- Axı mən o yerdə yaşayıram. Gördüm çəpər amana-məəttəldir, uça bilər. Fikirləşdim ki, köhnə payaları yeniləri ilə əvəz etsəm, yaxşı olar.
- Özünü pis aparırsan! Çox pis! Demək, məni saymırsan? İstədiyini edirsən. Özünü mənim torpağımın və evimin sahibi kimi aparırsan? Öz kefinə iş görür, özünü ağ adam kimi ləyaqətli hesab edirsən?
- Xeyr, ser, cənab Li, - Kristi etirazını bildirdi. – Belə şeylər yatar-yuxuma da girməz. Sadəcə, bekar oturmaqla aram yoxdur. Əyilmiş çəpəri düzəltməyincə, odunu doğramayınca, pambığı yığıb qurtarmayınca rahatlıq tapmıram. Bu günün işini sabaha qoymuram, ser.
-Xəbərin var ki, sənin kimi qudurğan zəncilərin başına nə oyun açırlar?
-Xeyr, ser.
-Biz onlara öz burunlarını hər yerə soxmamağı, öz yerlərini bilməyi öyrədirik.
Li Krossmən ayağa qalxıb şkafa sarı getdi. Şkafın qapısını açıb əlini içəri saldı. O, geri dönəndə əlində uzun dəri qamçı tutmuşdu. Qamçıya ağır mis toqqa bənd edilmişdi. Li otaqda gəzişərək qamçını uzunboğaz çəkməsinin yanına çırpmağa başladı.
- Mənim plantasiyamda cücə saxlamağa sənin arvadına kim icazə verib?
- Heç kim, cənab Li,- Kristi dedi,- sizin etiraz edəcəyinizi bilmirdik. Həyətdə bunun üçün şərait var. Mən balaca hin də düzəltmişəm.
- Mənimlə mübahisəyə girişmə, zənci!
- Göz üstə, ser.
- Elə bilirdin məhsulun cücələr tərəfindən tərg edilməsi mənim xoşuma gələcək?
- Xeyr, ser.
- Radionun pulunu necə ödəmisən?
- Qurduğum tələyə bir-iki dovşan düşmüşdü. Onların dərisini satıb bir az pul əldə etdim.
- Mən istəmirəm ki, mənim plantasiyamdakı dovşanlara toxunsunlar.
O, ağır qamçını qaldırıb çəkməsinə vurdu:
- Nə üçün bizim mağazanın kitabında sənin adına heç nə yazılmayıb?
- Mən borca düşmək istəmirəm. İlin axırında plantasiyadan mənə çatacaq məbləği tam almaq fikrindəyəm.
Krossmən:
- Sənin bəri başdan, yaxud o başdan borclu qalacağın artıq mənim öz işimdir,- deyib döşəmədəki sökük yeri Kristiyə göstərdi:
- Köynəyini çıxart, şalvarını aşağı sal. – Ağ adam sözünə davam edib, – Dizi üstə orada dayan!
- Fikriniz nədir, cənab Li
- Darıxma, görəcəksən. Köynəyini, şalvarını çıxart, dediyim şəkildə dayan.
- Cənab Li, razı olmaram ki, məni döyəsiniz. Xeyr, ser, cənab Li. Mənimlə belə rəftar etməyinizə icazə vermərəm. Yox, nə danışırsınız?!
Li Krossmən acığından gömgöy göyərdi. Onun bağırtısı otağı başına götürdü:
- Qaraağızlı, qarakürəkli köpək!!! – deyib ağır mis toqqalı qamçını qaldırdı və Kristini döyməyə başladı.
Kristi yaxasını qurtarmağa çalışdı. Li ikinci dəfə qamçını endirəndə zənci havada tutub buraxmadı. Li əvvəlcə çaşqın nəzərlərlə ona baxdı, sonra qamçını dartdı, almaq istədi.
- Cənab Li, mənim sizə heç bir yamanlığım keçməyib. Yalnız bir-iki dovşan tutmuşam, bir-iki cücə saxlamışam. Sizə qarşı pis fikrə düşməmişəm. Elə bilmişəm bir-iki paya ilə çəpəri təmir etməyimdən narazı qalmazsınız.
- Mumla, dediyimə əməl elə. Köynəyini, şalvarını çıxart!- deyə Li əsib-coşdu.- Dartıb əlindən almamış qamçını burax!
Kristi tərpənmədi. Qamçını ovcunda daha möhkəm sıxdı. Li o qədər qəzəblənmişdi ki, dili söz tutmurdu. O, şkafa sarı qaçıb tapançanı götürdü. Kristiyə sarı dönüb üç dəfə atəş açdı. Kristinin qamçı tutan əli boşaldı və o, yerə sərildi.
Linin qardaşı Morqan və mühasib Hendriks qaçaraq arxa otağa gəldilər. Linin qardaşı Kristi Tökeri döşəmədə sərəli görüb:
- Nə olub?- deyə xəbər aldı.
Li boğula-boğula:
- Sən bir buna bax! Məni hədə-qorxu gəlirdi!- deyib şkafa sarı getdi, tapançanı oraya qoydu. – O heyvərə məni öldürməklə hədələyirdi. Hendrikslə sən bunun canlı şahidisiniz. Öz həyatımı xilas etmək üçün zəncini o dünyaya göndərdim!
Onlar arxa otağı tərk edib idarəyə keçdilər. Plantasiya mağazasından qaçaraq bir neçə klerk gəldi. Nə hadisə baş verməsi ilə maraqlandılar. Li əlini krantın altında yuya-yuya:
- Qudurmuş zənci idi. – dedi. – İki-üç ay əvvəl Alabamadan gəlmişdi. Bu gün onun dalınca adam göndərmişdim. Dedim gəlib izah etsin, görüm məndən icasəsiz evinin ətrafındakı çəpərə niyə təzə payalar basdırıb. Sorğu-suala tutanda başladı mənə qara-qorxu gəlməyə. Yaman yaramaz zənci idi!
Klerklər qayıdıb plantasiya mağazasına getdilər. Hendriks kitablarını açıb plantasiyanın haqq-hesab işləri ilə məşğul olmağa başladı. Li qardaşına:
- Arxa qapını aç,- dedi. -Qoy hamı görsün ki, Alabamadan gələn zənci kimi qudurğanların aqibəti necə olur!
Morqan arxa qapını açıb yola sarı boylandı. Zəncilər gözə dəymirdilər. Yalnız Kristi Tökerin bayaq minib plantasiya şəhərciyinə gəldiyi qatır dayanıb öz sahibini gözləyirdi.
İngilis dilindən tərcümə edəni:
Akif Abbasov
E-mail: prof.akif@mail.ru

Комментариев нет:
Отправить комментарий