01.07.2012

Nigar Rəfibəyli. GƏLMƏDİ

Gəlmədi, ilk dəfə pozdu vədini,
Könül, nə deyirsən, sən bu işə, nə?
Çox imtahan etdin, heç inanmadın,
Eşqin yollarında yorğun düşənə.


Gəlmədi, bir sadə təsadüf deyil,
Bir uğursuz niyyət saxladı onu.
Xəyal dünyasından ceyran baxışlı
Görən bir afətmi kəsdi yolunu?


Axıtdım sel kimi mən göz yaşımı,
Gəlmədi, nə ağır oldu bu kəlmə,
Əyilmiş görməmək üçün başımı
Səadət də olsan bir daha GƏLMƏ!

Комментариев нет:

Отправить комментарий