Zaur Qəriboğlu
Nə durmusan qarşımda,
Lal-dinməz,
Gözlərini döyürsən.
Nə deyirəm,
Ancaq bir söz bilir,
Bir söz deyirsən:
- Yox, yox!
Qorxmursan,
Hirslənərəm,
Səni çox sevərəm,
Bir ömür ürəyimdə məhkum edərəm.
Ömrünün sonuna qədər məhbus həyatı yaşarsan.
Amma ürəyimdə də
Azadlıq eşqi ilə yanıb,
Üzmə onu.
Düşünmə ki,
Onu üzüb,
Məni öldürüb,
Azadlığa çıxarsan.
Mən öldümmü,
Sən də içimdə ölüb,
Mənimlə gedəcəksən...
Qəlbim qəbrin,
Mən kəfənin olacam.
Səninlə qalcam...
Birlikdə olacağıq əbədi...
Niyə mat-mat baxırsan?
Bəyənmirsən, nədi?
İndi bax,
Özün qərar ver,
Ya çəkil get,
Ya da əsəbləşdir,
Sevim səni...
Nə durmusan qarşımda,
Lal-dinməz,
Gözlərini döyürsən.
Nə deyirəm,
Ancaq bir söz bilir,
Bir söz deyirsən:
- Yox, yox!
Qorxmursan,
Hirslənərəm,
Səni çox sevərəm,
Bir ömür ürəyimdə məhkum edərəm.
Ömrünün sonuna qədər məhbus həyatı yaşarsan.
Amma ürəyimdə də
Azadlıq eşqi ilə yanıb,
Üzmə onu.
Düşünmə ki,
Onu üzüb,
Məni öldürüb,
Azadlığa çıxarsan.
Mən öldümmü,
Sən də içimdə ölüb,
Mənimlə gedəcəksən...
Qəlbim qəbrin,
Mən kəfənin olacam.
Səninlə qalcam...
Birlikdə olacağıq əbədi...
Niyə mat-mat baxırsan?
Bəyənmirsən, nədi?
İndi bax,
Özün qərar ver,
Ya çəkil get,
Ya da əsəbləşdir,
Sevim səni...
Комментариев нет:
Отправить комментарий