03.07.2012

Siçovulun dalından

Profile PictureTaleh Məmmədov


“Gedənlərdən təkcə əli əkbərin getməsinə üzülmürəm. Çünki ölkə zir-zibildən təmizlənir”. 


“Azərbaycanın ardından” yazısını oxuyub fikrimin doğruluğuna bir daha əmin oldum. Adi zibil yenə də yaxşıdır. Uzağa aparıldıqda iyi də gedir. Bir də var bu zibil internetə düşə. Üfunət qoxmaqda davam etsin.
Yazının əli əkbərin tərbiyəsi qədər iyrənc dildə yazılması bir tərəfə qalsın. Adam (elə demək olarsa) xaricdə oturub Azərbaycana nifrət püskürür. Bu da bəs eləmir, xalqı təhqir edir. İllərdir Azərbaycanda içinə soxub deyə bilmədiyini indi İsveçrədən qusur.
Bütün aqresiyasını xalqı təhqir etməklə, burda qalan insanlardan çıxır. Xaricə “qaçqın” kimi  gedənlərin adam olmadığını bilirdim, amma zibilin bu qədər yekəsini mən də təxmin etməzdim.
Bir şeyi deyim gərək. Əli Əkbər vaxtilə Elçibəyin Türkiyəyə təhsil almağa minlərlə şagirddən biridir. Elçibəy belələrini xaricə oxumağa göndərdi ki, getsinlər adam olsunlar. Oxudu, qayıdıb gəldi. Yazıçı oldu, amma adam ola bilmədi. Bəy onu Türkiyədə oxumağa göndərməsəydi, ələkbər indi taxta-şalbanın sitayiş etdiyi əli əkbər olmayacaqdı. Hansısa küncdə anaşa dolduran narkoman, ya da Tarqovıdakı butikdə “Gucci”dən tursik satan qaqulik olacaqdı.
Şikayət edirsən ki, burda qalsan oğullarını oxuda bilməyəcəksən. Türkiyədə nə oxumusan. Dil ədəbiyyat fakültəsi. Səni göndərmişdilər ki, Türkiyədə təhsil alıb, burda adam yetişdirəsən. Hansısa litseydə müəllim işləyib 20 nəfər insan yetişdirə bilərdin. Onu da etmək istəmədin. Bəs nə etdin? Özünü verdin hakimiyyətin monopoliyasında olan hansısa bankən mətbuat xidmətinə. Deyirsən bu ölkədən oğullarıma söyüşsüz tərbiyə vermək üçün getmişəm. Səndən fərqli olaraq o uşaqların hələ də adam olmaq şansı var. Burdakı söyüşləri eşitməyəcəklər, bəs üfunət tökülən ağzını necə təmizləmisənmi? yoxsa bir gün internetə girib ən alçaq küçə qəhbəsinin söydüyü söyüşlərin atalarına aid olduğunu da görməyəcəklər?
Elçibəy nə qədər sadəlöhv adam olsa da, belə zibillərin gələcəyini görmüşdü. əli əkbərin “Azərbaycanlılar xalq deyil, orqanizmdir.” təhqirinə vaxtilə Bəy “Fransadan xalq gətirməyəcəyikki” cümləsi ilə cavab vermişdi. Min ələkbər gəlsin bu cümlənin qarşısında zibildən artıq dəyəri olmayacaq.
Xalqı görməmiş adlandırırsan, gözü doymuş adam idinsə xaricdə nə işin vardı. İsveçrədən yazıb Azərbaycanda qalan müxalifətçiləri “cır-cındır” adlandırırsan. “Bəyəm burda səni təhlükə gözləyirdi?” sualına görə adamları təhqir edirsən. 20 il rejimə boyun əyməyən, gəncləri də hər cür təzyiqə, həbsə məruz qalan adamlar başqa nə soruşmalıydıki? Hökümət puluna Mir Cəlal Paşayevin kitabını tərcümə edən adama niyə təzyiq olmalıdırki. Ömründə bircə dəfə keçən il 11 martda aksiyaya çıxmısan. Polis şöbəsindən hansısa nazir müavininin bir zəngi ilə buraxılmısan. Hansı müxalifətçinin nazir müavini kimi daydayı var.
Yazılarınaa görə sənə gələn təhdiləri deyirsənsə, başqa nə gözləyirdin. Küçə əxlaqı üslubunda yazılan romana küçə adamlarından reaksiya gəlməyib də kimdən gələcəkdi. Göttü oğlan sözünün dalında, yazıçı yazısının arxasında durmalıdır. Dura bilməyəcəkdinsə, nə qələt edib şikayət edirsən. Bu ölkədən getməyə adam axtarırsansa, o da Dəyanət Babayevdir. Hansınızsa onun qədər təzyiqə məruz qalsa, ailəsinin təhqir edilsəydi, tumanınızı başınıza keçirib qaçardınız. Sənin yazılarını da bəyənənlər burda bir qəpiklik uğur qazana bilməyən, xaricdə ballıqoz yeyəcəyini fikirləşən gədələrdir. Müxalifət düşərgəsi olsa-olsa bu gədalar üçün tramplindir. Ölkədən çıxan kimi sənin kimi maskalarını dəyişəcəklər.
Səhifəndə yazırsanki guya sənə deyirlər ki, xəccə və Şahvələd bəy niyə çıxıb gəlmirlər bura? Adə, sən kimə gəlirsən? Sənin qarınının ağrısı “kruq” davasıdır. Kruqsuz qalıb yanına mühacir tovlamaq istəyirsən. Şahvələd bəy illərdir bu rejimlə üz-üzədir, Elçibəyə "siflisdən ölüb" deyən xəccən sənin olsun. Burdan mühacir “verbovat” edən Fəxri Hacıgədadan onsuz da bir fərqin yoxdur.
Bir ara rusdilliləri təhqir edib müxalifətə sırınmaq istədin. İlan qabığını dəyişər, xasiyyətini yox. Getməyə az qalmış rusdilli xislətinə qayıdıb müxalifətə “çuşka” deməyə başladın. O “çuşka” müxalifətin içindən Seymur Baycan kimi yazıçı da çıxıb. Seymur dirəşməkdə davam edir, sən ağzından çirkab axıtmaqda.
Yazında “Quqark” və azərbaycanlının kitaba münasibətindən başqa faydalı fikir yoxdur. Kitab müzakirəsi təşkil eləyib, zaldakı qızlara “gedin verin, amma prezervativ yaddan çıxmasın” deyən də sən deyilsən yəqin. Kitab hara, qandom hara?
Başqaları burdan sakitcə çıxıb getdi. Sənsə “sikdirib” getdin. Öncə öndərə (fonduna), sonra mollaya (Molla Asim), ən sonda başqana. Bu neçə ildə girmədiyin deşik, üzv olmadığın gənclər təşkilatı, partiya qalmadı. Sənin Zaurun səndən daha əxlaqlıdır. Ən azı bir adama verirdi.
Adamlığın olmasa da, bu ölkəyə hələ yaxşılıq edə bilərsən. Dolamaq üçün yazdığın hər axmaq yazıya sitayiş edən taxta-şalbanı da özünlə götürüb apar. Biz də bilərik ki, bu ölkə gədalara yox, mənliyi olan bəylərə qalacaq.
 Gəmi batanda onu ilk tərk edən siçovullar olar. Qoy cəhənnəm olsunlar. Sahibsiz qalan vətən batar. Sənin qədər ilan xisləti olan bu rejim gəminin içinə su doldura bilib. Ancaq bizlər qaldıqca bu vətən batmayacaqdır.

Комментариев нет:

Отправить комментарий