16.07.2012

Təqvimdən tökülən yarpaqlar kimi, eşqim də bitdi

 Nigar Duyğu

Sevginin bu gün azad olduğu yerdəyəm.
özümdən başqa sığınacaq yerim yoxdu,
qurduğum xəyallarımda ədalət axtarıram...
geri dönsəmmi ?
yeniden küsüşmələrə başlasaq ?
qapını vurub getsəm qışqıraraq ?
istəmədən ürəyimizi qırsaqmı yenidən..
ağlasam arxandan....
sensiz qalamayacığımı anlasam, və tekrar dönsəm sənə.
sonra sənə sarılıb üzr istəsəm...
gülümsəsəm. ?..
bu hemişə belə davam etsə...
körpə uşaq kimi yanında nə çox danışsam və susmasam.
nağıllarda yaşasam...
fələk küləyi əsməsə ayırmasa bizi...
sovurmasa ruhumuzu boşluğa, nə uçuruma, nə uzağa.......
ama.......
sən sevgimi xərclədin ovcundakı qara qəpiklər kimi....
İçimdə cücərən sevgimi çürütdün..

Təqvimdən tökülən yarpaqlar kimi, eşqim de bitdi,
Səssizcə ....
Üzülərək əl-ələ verdiyimiz yoxuşları gəzdim.
Dilimin ucundasa kif atmış adın..
Artıq Nigar yox, yad bir qadın..
Barmaqlarım arasında yalanına batırılmış sevgin.
Yollar uzun, heyat gərgin...
Yenə təqvimdən bir yarpaq endi, eşqim də bitdi..............

Əlvida

Yağış isladacaq bir azdan küçələri,
 Ayaq izlərini silməyə gəlib buludlar,
 Qulağımda isə köhnə melodiya
 susdu xəyallarım,
 deyiləcək sözüm qalmadı...
 itirdim içimdəki günahsız sevincləri,
 qayalıqları döyən dənizə küsdüm...
 çiçəkləri əzən küləyə, bir də özümə...
 ağlayıram dünənimə,
 keçən zamanıma,
 güzəştə getdiklərimə və bu dünyama…
  

 Hökmən bir söz deməliyəmsə,
 "əlvida yolun açıq olsun, sevgilim"...
mən alışaram yoxluğuna...
silərəm mesajlarını, yırtaram şəkillərini,
gizlədərəm sevgimi...
mən səni unutmağa çalışaram...
Amma sən... ...sən unutma...
şeirlərimlə xatırla məni,
təbəssümün olum üzündə...
artıq səhərlər oyandığımda isə sən olmayacaqsan,
ürpərərək gözlərimi siləcəm...
əlvida deyəcəm ardından...
əlvida doğan günəşim, əlvida, ruhumun mələyi...
artıq sənə dön deyə bilmərəm...
...isbatlaya bilmədin sevgini.
əlvida sevgili...

Комментариев нет:

Отправить комментарий