21.09.2012

Mason M.F.Axundov, yoxsa dahi yazar-filosofu sevək?!

Aydın Xan Əbilov

* M.F.Axundov ədəbi-fəlsəfi düşüncə sahibi kimi dahidir və mən bu barədə danışmış, yazmışam: yazıçı-filosof tək unikal, mədəniyyətimizdə mərhələ olan qüdrətli sənətkardır...
* Fəqət ictimai-siyasi fiqur kimi onun bizim məmləkətimizə, ümumən Şərqə vurduğu ziyanı özüm yaşlaşdıqca daha qabarıq anlamağa başlamışam...
* XIX əsrin iki tanınmış düşüncə adamı Rusiyadakı Sankt-Peterburq (Şərq) Mason lojasının - Tiflis bölməsinin toruna düşdü: A.Bakıxanov və M.F.Axundov - söz yox, o ümumdünya yəhudi şəbəkəsində balaca fiqurlar da vardı, amma onların tariximizə təsiri cüzi olduğundan, bir elə də əhəmiyyət kəsb etmirlər...

* A.Bakıxanov tez ayıldı, gedib Şərqin mərkəzi sayılan Məkkədə tövbə etdi, M.F.Axundov da "kulturoloji etiraf"larla tarixdə qaldı: dəyərli ədəbiyyat nümunələri və ədəbi-fəlsəfi yaradıcılığıyla...
* Fəqət Qədim Şərqin iki qüdrətli dayağını - İran və Turanı, İran və Osmanlı imperiyasına qarşı mübarizəsi, Azərbaycan dəyərlərinə (xatırlayın, əlifba, məhkəmə, dini, sosial-mədəni, mentalitet, adət-ənənə kimi milli məsələlərdə nə qədər amansız idi) zərbə vurması, əslində xaçpərəst Rusiya, ibrani mason rəhbərlərinin güclü təsirindən xəbər verirdi...
* M.F. Axundovun yaradıcılığında Şərqdə işıqlı heç nə yoxdur: nə din adamı, ilahiyyat elmi, nə qazilər - məhkəmə, nə sosial qanunlar - şəriət, nə də hökmdar, padşah... Amma bütün xanlar, şahlar, sultanlar, qazilər, mollalar, tacirlər, bəylər ya manyak, ya quldur-qaçaq, ya da fırıldaqçı, şarlatan, savadsız idi...
* Bu unikal şəxsiyyətin yazdıqlarına, ictimai-siyasi fəaliyyətinə dərindən fikir verəndə görürük ki, İran şahının, Osmanlı sultanının, mollaların, xanların anasını ağlatdığı bir vaxtda gözünün qabağında Azərbaycanı, Qafqazı şumlayan Rusiya çarına, onun yerlıərdəki canişinlərinə, məmurlarına güldən ağır bir söz söyləmir, yazmır: halbuki elə Axundovun rəsmi mütərcimi olduğu Tiflisdə Azərbaycan mülkədarlarının torpaqlarının əllərindən alınmasından tutmuş, ta xanların məhv edilməsi, mollaların, İslam dininin hörmətdən salınmasına qədər, hansı hoqqalardan çıxıldığını əla bilirdi...
* Yəhudi - mason protokollarının əsas müddəlarından biri də məhz bu idi: xalqları işğal edib özünə tabe etdirməyin bir neçə yolu var: ziyalılarını, hörmətli şəxslərini, hökmdarlarını, təhsil, mədəniyyət, dil və dinini hörmətdən sal...
* Masonların əsas hədəfi osmanlı və İran imperiyasını dağıtmaq idi, fəqət din - şəriət bunun qarşısını alırdı, belə bir vaxtda isə Axundvlar şifrələndi, layihələndirildi, siyasi-mədəni zombi kimi Şərqin mənəviyyatına daraşdırıldı...
* Əlifba islahatı Şərqi parçalamağa, Azərbaycanın minillik tarixindən, kitablarından, bilgi, elm, din və ədəbiyyatından ayrı salmağına xidmət etmirdimi? M.Füzuli kimi abidəyə böhtan atmaqı hələ qoyuruq bir qırağa...
* M.F.Axundov Şərq mədrəsə sisteminə qarşı da amansız və qəddar idi - sanki onun özü məhz bu milli-müsəlman təhsilinin məhsulu deyildi?! Bir milləti öldürmək üçün iki şeyi məhf elə: dil və təhsilini, buyurun, Axundov bəs nə edirdi?
* Ateizmin qatı - kobud forması ilə silahlanan, Peyğəmbər və İslam sivilizasiyası haqqında kobud ifadələrlə çıxış edən, təhqir dolu tənqidi ilə məktublarını yazanın biri xaçpərəs və başqa dinlərə sığal çəkməsini də anlaya bilmirəm, şəxsən...
* İndi sosial şəbəkədə dil qəhrəmanarı çoxalıb, ondan rüşvət tələb edən JEK müdirini tənqid edə bilmədiyi halda İranın, Ermənistanın prezidentini mavi çıxarır, tənqid atəşinə tutur. Bax Axundovun Şərqi söyüb, amma Rusiya və Qərbi idealizə etməsi, üstüörtülü də olsa pisləməməsini bizim feysbukun dilqəhrəmalarına oxşatmaq mümkündür...
* Bütün bu mənfi cəhətlərinə baxmayaraq, Axundov da masonlara ata bildi: gec ayıldı, fəqət azərbaycanlı barmağı harada varsa, son nəticədə öz xeyrinə işlədiyi məlumdur da. Axundov indiki modern cəmiyyətimizin memarına çevrilə bildi: masonların siyasətini - ideologiyasını özlərinə qarşı çevirməklə, xalqını maarifləndirib qabağa aparmaqla...
* Məmləkətimiz elə bir məkandır ki, bura gələn istənilən texnologiya sonda azərbaycanlaşdırılır və formasını milliləşdirilməsinə məcbur etdirilir...

P.S.Yubileyinə hazırlaşdığımız Axundovun vəkilciyəzləri ortaya atdanıb düşməsinlər, yoxsa onun indi düşmənçilik etdiyimiz xalqın həmcins nümayəndəsi ilə yataqda tutulmasından başlamış, ta nəşinin bir həftə ortada qalması, müsəlman liderləri tərəfindən lənətlənməsi, mürtəd elan edilməsi, erməni-gürcü-ruslar tərəfindən iylənmiş meyitinin basdırılması kimi faktları da faş edəcəyik.
Fəqət bütün bu cəhətlər isə Axundovun dahiliyindən bir tük də əskiltmir, əksinə belə nəhəng şəxsiyyətin böyüklüyünə, bizim hər birimizdən seçilməsindən xəbər verir...

Комментариев нет:

Отправить комментарий