22.09.2012

"Qəddafini öldürdülər ki, danışa bilməsin"

haber«İrandan son 25 ildə prezident qismində heç kim Liviyaya getməyib. Liviyaya getməyən və bu ölkənin keçmiş liderinə dəstək verməyən bir avropalı və ya amerikalı dövlət başçısını mənə göstərin».

İran prezidenti Mahmud Əhmədinejad, Liviyanın keçmiş lideri Muəmmər Qəddafinin Qərb ölkələri əleyhinə faktları açıqlaya bilməməyi üçün Usamə Bin Laden kimi məhkəməsiz öldürüldüyünü bildirib.
İslamazeri.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, Əhmədinejad deyib ki, «Qəddafini öldürdülər ki, danışa bilməsin. Bin Ladenin aqibəti də eyni cür olmuşdu. Əgər Qəddafi məhkəməyə çıxarılsaydı kimlərə pul verdiyini, kimlərdən dəstək aldığını deyərək çox şeyləri dəyişə bilərdi»

İran prezidenti Dünyadakı bütün diktatorların arxasında ABŞ və Avropa ölkələrinin olduğunu açıqlayıb. Əhmədinejad deyib ki, «İrandan son 25 ildə prezident qismində heç kim Liviyaya getməyib. Liviyaya getməyən və bu ölkənin keçmiş liderinə dəstək verməyən bir avropalı və ya amerikalı dövlət başçısını mənə göstərin».

Комментариев нет:

Отправить комментарий