09.11.2012

Məsud Cəzayeri: “İran istənilən təcavüzə cavab verəcək”

Məsud Cəzayeri - İran istənilən təcavüzə cavab verəcək
İran istər havadan, istər qurudan və istərsə də dənizdən təcavüz olsun, istənilən eyni keyfiyyətə malik təcavüzə cavab verəcək və ölkənin sərhədlərinin pozulması ilə bağlı hər hansı cəhdə qarşı müqavimət göstərəcək. Bunu İran Silahlı Qüvvələri Qərargahının rəis müavini, briqada generalı Məsud Cəzayeri bəyan edib. Xəbəri cümə günü “Press TV” yayıb.
Bir müddət əvvəl Hətəm əl-Ənbiya bazasının komandanı Fərzad İsmaili bəyan etmişdi ki, ölkədə tezliklə İran ordusunun, İslam İnqilabı Keşikçiləri Korpusununu və “Bəsic” mülki qüvvələrinin iştirakı ilə HHM qüvvələrinin irimiqyaslı “Vilayət-4″ təlimi keçiriləcək.
İsmailinin sözlərinə görə, təlim eyni vaxtda İranın səkkiz – Şimali Xorasan, Xorasan Rəzəvi, Cənubi Xorasan, Sistan və Bəlucistan, Kirman, Hörmüzqan, Yezd və Fars əyalətlərində keçiriləcək.

Комментариев нет:

Отправить комментарий