12.06.2013

Aydın Xan Əbilov - Sinə günü

+18, 3D hekayət: yaşı az olanlarla xanımların oxuması qadağandır...

Hər şey gecə İnternetdən dinlədiyi mahnıdan başladı, - http://www.youtube.com/watch?v=8natLNFMIbA , - xalq şərqisində yarın sinəsi nara oxşadılırdı, mahnı onun bütün duyğularını coşdurmuşdu, hətta gecə şirin röyada səkkiz məməsi olan bir qədim hnd ilahəsini qucaqlamağa imkan tapsa da, yuxudan sağ çıxmışdı...
Qəhrəmanımız çoxdan fərqinə varmışdı ki, milli el havalarında yarın sinələri nara oxşadan mahnılardan başlamış, əksər xalq nəğmələri sevgidən çox erotik görüşlərin, intim alıəmin şifrələrin obrazı rəmzlərindən ibarətdir...
Hekayəmizin bu yerində mütləq fasilə verib bir günün içində başına olmazın hadisələrr gəlmiş qəhrəmanımız barədə bir neçə kəlmə söyləməsək, bizdən inciyə bilər, hətta gələn dəfə öz maraqlı hekayətlərini müəllif kimi mənim özümə də rəvayət etməz. Dostumuz yeniyetməliyinə təzəcə əlvida demiş, gəncliyinin şirinliyindən sona qədər zövq ala bilməyən, bir az intellektual, eyni zamanda idmanla məşğul olan, hətta hansısa dini sektaya qoşulub fanatikcəsinə eyhamlara uymuşun biri olsa da, təbiət cavan orqanizimdə öz məzələnmələrini edirdi.
Özünə zinadır deyə gözəllərə baxmağı qadağan eləsə də, iradəsi köhlən at kimi vücuduna qulaq asmaq istəmir, hər dəfə gözünün qabağında yaraşıqlı xanım keçəndə "Gözəl qadın siması gözün nurunu artırar," - kəlamı - təsəlliverici bəhanəsiylə baxış sevişinə uyardı...
Qayıdaq həmin səhərə ki, qəhrəmanımız avtobus, sonra da metro ilə hansısa işinin dalıyca gedirdi: onu da xatırladım ki, bu gənc yaman vasvası və təmizkar idi. Avtobusda həmişəki kimi arxadan minmək istəsə də yer olmadığına görə basabasa əhəmiyyət vermədən bədənini birtəhər qabağa soxuşdura bildi. Tərslikdən sürücü əsl manyaklar kimi hansısa radiokanalda danışan türk həkimin qadınlarda döş xərçəngi fikirləri ilə salonda tərdən-tozdan cana gəlmiş sərnişinləri feyziyab edirdi: qulaq verdi, sonra neçə gün yadından çıxara bilmədiyi ifadə ruhuna cızıldı. Həkim türk ləhcəsi ilə elə belə də söylədi: "Ben her zaman qadınlara deyirəm ki, sinələrində iki bomba gəzdirirlər..."
Bu hayhayda qabağdakı oturacaqda öz yerini rahatlamış bir gənc qadının ağ döşləri az qala onun könlünə sancılan qoşa bombaya bənzəyirdi: fürsətdən yararlanan ortayaşlı, qaraçöhrəli bir qadın da arxasını yazıq qəhrəmanımıza dirəmişdi. İndi gəlin gəncin durumunun necə çıxılmaz və ağır olduğunu təsəvvürümüzdə canlandırmağa çalışaq da - əgər sizin də əhvalınız yaxşılığa doğru xarab olmadısa, dözün, ardını oxuyun. Yazıq oğlan avtobudsdakıların təənəsinə tuş gəlməmək üçün ona yapışmış qadına böyrünü çevirsə də, gözlərini heç cür ağ sinədən çəkə bilmirdi...
Qəhrəmanımız bu üstdüşmələrin təsadüflüyünü qəbul edə-edə bir gözü gənc qadının bəyaz döşlərində, - o xaım da sanki xüsusi olaraq kişilərin başını sinəsinə əymək üçün yarıçılpaq bayıra çıxmışdı, - bir gözü isə yolda idi ki, metroya birtəhər özünü çatdıra bilsin. Bütün bədənində isti bir tər axırdı yazığın.
Sinə günü dvam edirdi, yazıq oğlan avtobusdan düşəni hara baxırdı gözəl-gözəl sinə sahibləri ona əsl zina hücumu edirdilər. Arada duyğularını sərinlətmək üçün Yaradana dua etdi ki, onu göz zinasından heç olmasa hifz etsin. Fəqət nədənsə ya yuxarıdakının işi çox idi, ya da dünyaya sizi gözəlliklərdən zövq almağa göndərdik deyibən bizim hamımızı başdan eləyirdi ki, günah eləsəniz mənlik deyil...
Bakıda yaz girəni, qadınların qış paltarlaryla yanaşı əyinlərindəki əsas geyimlərini də soyunası kişilərin halı pərişan olur: indi dözüm tələb olunur ki, onlar özlərini buraxmasınlar, Yanıq Kərəmə dönməsinlər. u işdə bəzilərinə Təbiət yardımçı olur: bir çoxunu xəstələndirir, bəzilərini rəngləndirir, əksəriyyətini də ya arağa-şəraba, ya da uyuşdurucu vasitələrə otuzdurduğundan, ötən əsrlərə nisbətən məmləkətimizdə intim oyunların kəmiyyəti-keyfiyyəti də yaman dəyişib...
Yeraltı qatara da avtobusdaki kimi daxil olan qəhrəmanımız bu bir sutkada dördüncü seviş şokunu keçirtdi: yenə sifətdən elə də yaraşıqlı olmayan gənc qız öz qar kimi bəyaz yarıçılpaq sinəsi ilə ona gəl-gəl deməyə başladı. Növbəti dayanacaqda isə qız öz yerini yaşlı bir ağsaqqala verdi, özü isə tərslikdən, - bəlkə də bilərəkdən, çünki qəhrəmanımız qızın bayaqdan oğrun-oğrun onun əlini cibinə salıb sıxdığı əmanətinə tərəf baxış atdığını müşahidə etmişdi, - keçdi oğlanın qabağına və üstəlik də bu darlıqda bir gəlin də az qala daş kimi döşləri ilə gəncin kürəyini bizləməyə başladı. Oğlan narın giləsi kimi dik duran məmələrin təmasından az qala bayılırdı, qarşısındakı qız isə onu lap öldürürdü. Sonrasını izah eləməyə dəyməz məncə, çünki əksər kişilərin başına gələnlərdir də...
Gənc beyninə ən pis fikirləri gətirdi, hətta Yaradana yalvarsa da, Təbiətdən gələn ilkin duyğular tanrının başlanğıcdakı qadağaya qalib gəlirdi: qəhrəmanımız artıq xumarlanmışdı.
Yeraltı qatar onları silkələdikcə qadının sinələri oğlqnı sanki seviş nazıyla ləzzətləndirir, ona yapışmış qızın saçlarının qoxusu isə yazığı lap taqətdən salmışdı. İnsanlar o qədər sıx durmuşdular ki, onlara fikir verən də yox idi, oğlanınsa qorxusu qorxusu vardı, təki təhlükəsizlik kameraları bunları lenta almayaydı və şalvarını nəmləndirməyəydi...
Növbəti dayanacaqda ikinci qorxu baş verdi, qəhrəmanımız sanki işdən boşaldı, bəlkə də ruhu seviş içində ağladı. Oğlan divanələr kimi özünü vaqondan kənara atdı, ona elə gəlirdi ki, bütün metrodakılar onun ləkəli cinsinə gözlərini zilləyib altdan-alta gəncə lağ edirlər. Əslində təbiətətn dəhşətli dərəcədə vasvası və təmizkar olduğundan öz ruhunun cövhəri ilə nəmlənmiş şalvarı, alt paltarı ona qan ləkəli yara kim pis təsir edirdi...
Özünü birtəhər yerüstünə çıxardana qədər qəhrəmanımız yüz dəfə o dünyaya gedib-qayıtdı. taksiyə oturub düz evlərinə sürdürdü, yaxşı ki evdə heç kim yox idi. İki saata yaxın düş altında qalıb yuyundu və Yaradana çox yalvardı ki, günahından keçsin...
Fəqət qəhrəmanımız bu hadisəni mənə danışana qədər obrazlı olaraq Sinə günü dediyimiz o axmaq günün hərarətli dəhşətindən qurtula bilmirdi...
P.S. Öz aramızdır ha, elə siz də bu hekayəni oxuya-oxuya özünüzü heç də yaxşı hiss etmədizin ha: bir az gözləyin, işim var, qısa fasilədən sonra olsun ki, hekayənin ardını sizin üçün yazım... )))

Комментариев нет:

Отправить комментарий