13.06.2013

Diz çökəcək ismimə Ay da...


Aybəniz Əliyar

Bir sevgi içində uyudu ömür bifayda,
Yar vəsli ilə qəm yaşamaq aşiqə qayda.

Sən düşünmədən yad hisslərə boyun əyərkən,
Bitdi ömürüm min-min heyf, harayda, hayda.

Xoş niyyəti bədxahlara xor gəldi bu qəlbin,
Dərman aramaz dərd daşıyır bu dünya boyda.

Cənnət dediyin bəlkə elə sevgidi, bilməm,
Heyhat yaşadı cəhənnəmi aşiqi-şeyda.

Səhra boyu Məcnunlarını dünya itircək,
Qan qusdu fəqət Leyliləri qızıl sarayda.


Hey gözlər ikən intizarı sükut içində,
Neştər kimi ox batdı gözə kirpiyi sayda.

Min sevgi ilə vursam əgər sözlərə nəqşi,
Mən Aybənizəm, diz çökəcək ismimə Ay da.

Комментариев нет:

Отправить комментарий