11.06.2013

Ərəb Baharı və Türkiyə

Elşən Böyükvənd

Ərəb Baharı ila Türkiyə olaylarının heç bir bağlantısı yoxdur. Türkiyə olaylarını Ərəb Baharı ila tutuşduran hörmətli yazarlarımız Türkiyə respublikasının dövlət quruluşu, partiyaçılıq sistemi ,aksiyada iştirak edənlərin istəkləri, totalitarizm və diktatorluq məsələlərinın Türkiyə və ərəb dövlətlərində ki fərqləri, ərəb baharına şahid olan ölkələrin dövlət quruluşu,iqtisadi və siyasi ictimai durumunun Türkiyə dövləti ilə olan fərqləri, vahid partiya və krallıq ənənələrinin respublika sistemi və partiyaçılıq sistemi ilə olan fərqlərini, Türkiyə aksiyaçıları ilə ərəb dövlətlərində ki aksiyaçıların fərqli istəkləri və habelə ərəb ölkələrində ki qanlı hadisələrlə Türkiyə aksiyaçılarının fərqli durumuna diqqət yetirmirlər.
Türkiyənin dış siyasətini tənqid etmək hələ-hələ Ərəb Baharının Türkiyəyə keçməsi anlamına gəlməz.Sivil toplum və demokratiyanın əsas göstəricilərindən biri ölkədə qansız şəkildə aksiya keçirmək məsələsidir.Amerika və Fransa kimi ölkələrin bir neçə vaxt bundan öncəki aksiyalarında yaralanan və zərər çəkən insanların olmağını bir başa demokratiyasızlığın adına yazmaq olmaz,Türkiyədə yaralanan insanların olmasıda öyləcə.Ərəb Baharının əsas özəlliyi hakim dövləti devirib yeni bir dövlət qurmağı amaclamışdısa,Türkiyədə ki olaylar reformçı mahiyyət daşıyır,devrimçi mahiyyət deyil. Yəni, bu olaylar daha böyük ölçüdə genişlənərsə sadəcə sonunda AKP ya geri çəkilər ya da istifa verər, daha Respublika quruluşu və Ana Yasa dəyişməz.Bütün bunlara baxmayaraq,bir gənc ədədbyyatçı kimi özümü hakim partiyanın yanında deyil,Yaşıllıq və təbiət sevdalılarının yanında görür, onların səsinə və aksiyalarına qoşuluram. Yaşamaq bir ağac kimi tək və hür və bir orman kimi qardaşcasına (N.Hikmət).

Комментариев нет:

Отправить комментарий