10.06.2013

NƏ AZ, NƏ ÇOX...

İmarət Cəlilqızı

Deyirlər ki, ölüm haqdır
Ondan nə qaç, ondan nə qorx,
Gəlişinə hazır dayan,
İçindəki qorxunu boğ.

Ömür daim axan çaymış,
Sonu məchul bir dünyaymış,
Bu deyil, o dünyadaymış
Aradığım müqəddəs haqq.

O dünyanın Allahı nə,
Savabı nə, günahı nə,
Savaşmağa silahı nə?
Dilmi, sözmü, yoxsa yay-ox,


İstəyəndə ölə biləm,
Öləndə də gülə biləm,
Ölməmişdən bilə biləm,
O dünyada nə var, nə yox.

Ötüb keçir günüm, ayım,
Vədə çatır, günü sayım,
O dünyaya mənim payım-
On arşın bez--nə az, nə çox...

Комментариев нет:

Отправить комментарий