Yaxşı, nədi qeyrət ?! Görəsən hardadı qeyrət ?!
Qeyrət əgər alseydı bir insan kimi surət,
Aya, bu ki, qeyrətli ƏLƏMDARDI diyərdüz,
İnsan necə gör insana oxşardı diyərdüz!
Qeyrət dilə gəldi bu sözə, söylədi şair,
Tay tutma ƏBƏLFƏZLƏ məni, ALLAHA xatir,
Mən kimdi ƏBƏLFƏZ diyəcəm sən elə təsbit,
Bir dağdı ƏBƏLFƏZ! ONU vermün mənə nisbət,
Dağdan qoparılmış balaca zərrədi qeyrət.
Tarix onu tərif eliyib öz kitabında,
Alimlərivüz qeyd eliyib yüz kitabında,
İznim əgər olseydı mənim söz kitabında,
ALLAHA acığ getməsə bir kəlmə pozardım,
Qeyrət sözünə xətt çəkib ƏBBASI yazardım.
Dəryanı məəttəl qoyub Aşurada SƏQQA,
Doldurdu içə ovcuna su içmədi amma
Qeyrət dedi ki, iç, döyüşə taqətün olsun!
ƏBBAS dedi ƏSĞƏRDƏN utan qeyrətün olsun!
Sən boş-boş axırsan Fərata söylədi SƏQQA,
Birdən məni ALLAH yaradeydı belə dərya,
Bir yolla açıb xeyməyə sarı yeni məcra,
ZƏHRA bağının güllərin əlan sulayardım!
Əks halda xəcalətdən ölərdim, quruyardım!
Elşən, de görüm dərk eledün kimdi ƏBƏLFƏZ ?!
Qeyrət ona şagirddi, müəllimdi ƏBƏLFƏZ!
ALLAH dediyi hər sözə təslimdi ƏBƏLFƏZ!
ALLAH sözünə hər kim olar qəlb ilə təslim,
Qeyrət ona şagird olacaqdır, o müəllim!
ELŞƏN XƏZƏR
Комментариев нет:
Отправить комментарий