Vətən dedim, ürəyimə dağlar çəkildi,
Vətən dedim, gözüm qaldı, Araz, o tayda.
Gözlərimdən leysan təki yaşlar töküldü,
Vətən dedim, dözüm qaldı, Araz, o tayda!
Bu nə həsrət, bu nə hicran, bu nə ayrılıq?
Yandı könül gilə-gilə əzab içində.
Yağıların üzdə oldu bizə xoşqılıq,
Parçaladı yurd-yuvanı qəzəb içində.
Qərib-qərib Dərbəndimə baxıb ağlaram,
Borçalıdan qopan haray sinə parçalar.
Mən özüm də bu dərdlərə yanan dağlaram,
Dərdlərimiz mağar qurar, bizə əl çalar.
Ey soydaşlar, Vətən bizə şərəf işidir,
Bu yaralı torpaqları qorumaq gərək.
Torpağa da, dövlətə də arxa kişidir!
Dözməlidir, sərhədlərə, sədlərə kürək.
Gəl götürək sərhədləri, yıxaq sədləri,
Köləlikdən qurtulmağın yolu savaşdır!
Məmləkətin yurdum deyən qoçaq mərdləri,
Yağıların kəsiləcək qolu savaşdır!
Ondan keçir dövlətçilik, yurda sədaqət,
Kişi özgə dövlətlərin əsiri olmaz.
Güclülərin əlindədir yalnız həqiqət,
Belə getsə yurdumuzdan heç nə də qalmaz.
Araz dedim, Təbriz coşdu qanla damarda,
Cuşa gəldi ürəyimə sızan haraylar.
Araz dedim, Babək Ərkdə çarpışdı darda,
Qayalarda toz qopartdı, çatladı vaylar.
Biz hayların məkirinə duşüb qalmışıq,
Yenə qalxıb Qarabağı pay umur onlar.
Bəsdir, daha künc-bucaqda yuva salmışıq,
Bir olmasaq, axacaqdır hələ çox qanlar…
Şadimanı qınamayın ərlər, ərənlər,
Parça-parça məmləkətdən Vətənmi olar?!
Ey yurdları qul qismində, əsir görənlər,
Köləlik də istiqlala heç tənmi olar?
Vətən dedim, gözüm qaldı, Araz, o tayda.
Gözlərimdən leysan təki yaşlar töküldü,
Vətən dedim, dözüm qaldı, Araz, o tayda!
Bu nə həsrət, bu nə hicran, bu nə ayrılıq?
Yandı könül gilə-gilə əzab içində.
Yağıların üzdə oldu bizə xoşqılıq,
Parçaladı yurd-yuvanı qəzəb içində.
Qərib-qərib Dərbəndimə baxıb ağlaram,
Borçalıdan qopan haray sinə parçalar.
Mən özüm də bu dərdlərə yanan dağlaram,
Dərdlərimiz mağar qurar, bizə əl çalar.
Ey soydaşlar, Vətən bizə şərəf işidir,
Bu yaralı torpaqları qorumaq gərək.
Torpağa da, dövlətə də arxa kişidir!
Dözməlidir, sərhədlərə, sədlərə kürək.
Gəl götürək sərhədləri, yıxaq sədləri,
Köləlikdən qurtulmağın yolu savaşdır!
Məmləkətin yurdum deyən qoçaq mərdləri,
Yağıların kəsiləcək qolu savaşdır!
Ondan keçir dövlətçilik, yurda sədaqət,
Kişi özgə dövlətlərin əsiri olmaz.
Güclülərin əlindədir yalnız həqiqət,
Belə getsə yurdumuzdan heç nə də qalmaz.
Araz dedim, Təbriz coşdu qanla damarda,
Cuşa gəldi ürəyimə sızan haraylar.
Araz dedim, Babək Ərkdə çarpışdı darda,
Qayalarda toz qopartdı, çatladı vaylar.
Biz hayların məkirinə duşüb qalmışıq,
Yenə qalxıb Qarabağı pay umur onlar.
Bəsdir, daha künc-bucaqda yuva salmışıq,
Bir olmasaq, axacaqdır hələ çox qanlar…
Şadimanı qınamayın ərlər, ərənlər,
Parça-parça məmləkətdən Vətənmi olar?!
Ey yurdları qul qismində, əsir görənlər,
Köləlik də istiqlala heç tənmi olar?
Комментариев нет:
Отправить комментарий