09.05.2017

Doktor Əli Şəriəti barədə xatirələr

Doktor Məhəmməd Mövləvi:
-Mən Məşhədliyəm və doktor Əli Şəriətini uşaqlıqdan tanıyıram. Mən Şahrıza, Əli (Şəriəti) isə Firdövs məktəbində oxuyurdu. Lakin "Həqiqətlərin Yayımı" mərkəzində bir yerdə idik. Fransada da birlikdə geniş yığıncaqlarımız olurdu. Bu məclislərdən birində cənab Jan Pol Sartr da var idi. Əlcəzair mübarizəsi üçün zirzəmidə təşkil olunmuş məclis idi. Həmin məclisdə Jan Pol Sartr məndən soruşdu: "Sən bu Əlini (Şəriəti) tanıyırsan?" Dedim: "Bəli". Dedi: "O şərqdən doğacaq bir ulduzdu!" O zamanlar biz nənki Əliyə əhəmiyyət vermirdik, hətta onunla aramızda fikir ayrılıqları da var idi. Biz əslində Əlinin belə bir şəxsiyyət olacağını güman belə etmirdik. Lakin Jan Pol Sartr bu sözü dedi!
***
Ayətullah Lahuti Doktor Şəriətinin vəfatının ikinci il dönümü münasibəti ilə İrşad Hüseyniyyəsində keçirilən məclisdə dedi:
-Onunla bir kamerada yatdığım yarım ildə hər gün əlli şallaq zərbəsinə məhkum edilmişdi. Ayaqları şişirdi. Şallaqçının gecikdiyi bir gecə ondan soruşdum: "Bu axşam necə düşünürsən?" Doktor cavab verdi: "Dünənkinə nisbətən bu gecə Allahı daha az hiss edəcəm!" Mən onu xəlvət bir küncdə, tənhalıqda görürdüm, şişmiş ayaqlarla namazda öz Allahı ilə xəlvətə çəkilmiş və Onunla necə də gözəl danışırdı?!
***
Rəhimpur:
-...Hər yerdən və hər şeydən danışırdıq. Doktordan (Əli Şəriəti) soruşdum, tək kameradakı məhbusluq günlərindən faydalana bilmisiniz? Dedi: "Bütün ömrümdən və oxuyub yazdıqlarımın hamısından daha çox!" Həmin məclisdə Səmaya tərəf baxıb bu ayəni oxudu:
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ ﴿٢٦﴾ وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو الْجَلَالِ وَالْإِكْرَامِ
"Bunun üzərində olan hər bir kəs və hər bir şey fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır". Ayəni oxuduqdan sonra dedi: "Günlərin birində bir əsgər kameranın qapıçəsını açdı və hər ikimiz şallaqvuranı gözləyirdik. Lakin o gəlmədi, kəndli əsgər məndən soruşdu: "Sən nə etmisən?" Və getdi! Lakin mən gecəni sakitləşə bildimmi? "Sən nə etmisən" cümləsi səhərədək zehnimdə təkrarlanırdı. Çünki hər nə qədər çalışırdımsa qaneedici cavab tapa bilmirdim. Təkcə buna görə sevinirdim ki, kimsə mənimlə danışmışdı; çünki uzun müddət idi kimsə mənlə danışmırdı. Bura da kı yalnız döyülmək və təhqir olmaq! Bir neçə gün sonra həyəcanım sakitləşdi və bəlkə də ömrümün ən şirin xatirəsi olan bu xatirəni müqayisə etdikdə, ayrı bir xatirə yadıma düşdü. Bir gün İrşad hüseyniyyəsində yığışan camaatın sayı hüseyniyyənin tutumundan daha çox idi və insanlar bir-birlərinin üzərinə dırmanırdılar. Gözüm bir kənarda yer darlığından əziyyət çəkən Şirazlı ustadlar və dostlara sataşdı. Söhbətdən sonra onlarla mütləq görüşəcəyimi düşündüm. Bir neçə dəqiqə sonra Tehran ustadlarından bir neçəsini gördüm, bir qədər sonra xorasanlıları, bir qədər sonra səni, doktor Samini; qısası hər baxışda bir dəstəni görürdüm və söhbətdən sonra xidmətlərində olacağımı ciddi şəkildə qərarıaşdırırım. Sonrakı saat özümü bir mənzildə gördüm. Elə ki, özümə gəldim anladım ki, müridlər dairəsində söhbətə məst olub, bura gətirilmişəm və hər şeyi unutmuşam. Bu vaxt "hər şeyin fani olması" anlayışını başa düşdüm.

"Əli Şəriəti xatirələr güzgüsündə"

***
Əli Şəriətidən soruşurlar: "Niyə siqaret çəkirsən? Siqaret uzun həyata maneədir". Cavab verir: "Məni düşündürən həyatın enidir, uzunluğu yox!"

Hazırladı: Sahil Qənbərli

Комментариев нет:

Отправить комментарий