Vəslət meyini içməyə amadəyəm hər an.
Şiddətlə özün sinəmə çırpır ürək, ey gül,
Sənsiz daha cismimdə mənim tab eləmir can.
Ahəstə əsən meh gətirir ətrivi hərdən,
Fürsət tapıb aram oluram ta məni-nalan.
Aşkar elə, görsün güli-rüxsarivi aləm,
Etsin sənin hüsnün sənə biganəni heyran.
Müştaqıyam ismin çəkilən xanələrin mən,
Zikrindən uzaq yer nə gərəkdir mənə, canan?
Mən hicri-qəmindən yorulan aşiqi-zarəm,
Lütf eylə yetim vəslinə, ömrüm sənə qurban!
Fariz xəbər almaz səni hər bəzmi-fənada,
Aşiqlərivin könlüdü yalnız sənə ünvan.
Комментариев нет:
Отправить комментарий