Bilirsiniz bu nədir? Bəli, xəritə. Hitler Almaniyasının SSRİ-ni parçalama planı. Qafqaza diqqət edin. Orda Azərbaycan adında "müstəqil" ölkə, quberniya görürsən?
İllərdir sağçılar, liberallar və digərləri başda Məmmədəmin bəy olmaqla musavatçıların faşistlərin tərəfində vuruşmasına, Hitlerə xidmət eləmələrinə haqq qazandırmaq üçün deyirlər ki, guya Hitler Məmmədəmin bəyə şəxsən söz veribmiş ki, Azərbaycan "müstəqil" olacaq falan-falan… Göründüyü kimi, yalan söhbətdi.
Bir məsələnidə qeyd edim ki, Məmmədəmin Aran və Şirvanda əvvəl İslam yönümlü bir dövlət yaratmaq istəyirdi... İranda cox ayaq döydü. 250-dən cox qəzet və jurnallarda məqalələr çap elətdirdi. Amma İran o vaxt zəif olduğu üçün bir dəstək görmədikdə, üz tutdu Osmanlılara- ordakı gənc türkçülərlə əlaqə yaradan kimi 180 dərəcə döndü! Başladı pantürkçülüyə, Azərbaycanda yaşayanları türk elan etməyə. Və qarşılarında məqsəd qoydular ki, bəs Azərbaycandakılar türkləşməlidir. Bir adam ki, 30 ildə 4 dəfə əqidə dəyişə, ondan nə gözləmək olar?!..
Hə onuda deyim ki, belə adamlar üçün əqidəni, milləti dəyişmək heç də çətin deyidi. Buqələmun (xameleon) kimi rəng dəyişmək kimi çox asan idi. "Türk oğlu türk" Məmmədəmin Faşist Almaniyası ilə kontakta girəndə artıq özünə türk yox, ari deyirdi. Rəsulzadə Almaniyada faşistlərlə əlaqəyə girərək azərbaycanlıları ari tayfalarından biri kimi göstərmişdi...
Deyəsən Gürcüstanda Zaqafqaziya Seymi toplantısında anketdə milliyət qrafasnda türk olduğunu yazmağı yaddan çıxmışdı.
Erməni faşistləri, daşnakları da öz xainliklərini, yənı Hitlerə xidmət etdiklərini də elə eyni bəhanəylə ağlayırlar: Hitler "müstəqil" Ermənistan yaradacaqdı...
Hitlerin isə planında "Böyük Ukrayna" və "Böyük Qafqaz" olub. Bu da növbəti fakt.
Musavatçıların arasında çox sayda təmiz, sadəlövh adamlar var. Göstərin onlara.
Müttəqi Bərməki
Комментариев нет:
Отправить комментарий