21.05.2011

HİNDİSTAN 1500 PİLOTSUZ TƏYYARƏ ALIR

                                            Təyyarələr İsraildən alınacaq



FaktXeber.com-un "Aviation Week"ə istinadən verdiyi məlumata görə, Hindistanın Müdafiə Nazirliyi pilotsuz təyyarələrin alınması fikrini qətiləşdirib. Hazırlanmış plana görə, 3-4 il ərzində orduya ən azından 1500 ədəd yaxın və uzaq mənzillərə uça bilən pilotsuz təyyarələr alınacaq.
İlkin məlumatlara görə, alınacaq aparatların ən azı 4.3 min metr yüksəkliyə qalxmaq qabiliyyəti olmalıdır. Quru qoşunları üçün bu cür aparatlardan 530 ədəd alınması nəzərdə tutulub. Hindistan HHQ üçün isə 6.7 min metr yüksəkliyə qalxa bilən 150 pilotsuz təyyarə alınması nəzərdə tutulub.
Hazırda Hindistan ordusunda İsrailin İAİ kompaniyasının istehsalı olan Heron, Searcher Mk.II və Harop tipli pilotsuz təyyarələr var. Hazırda Hindistan hərbi sənayesi orta hündürlükdə uça bilən Rustom-H pilotsuz təyyarələrinin uzaq mənzillərə uçması üçün işlər görür.
Proqramın icrası üçün 225 milyon dollar ayrılıb. Hazırda Rustom-H 7.6 min metr hündürlüyə qalxa və 12-15 saat havada ola bilir. Bu müddətərzində 75 kq yük daşıma gücünə sahibdir.
Hindistan Hərbi Dəniq Qüvvələri və HAL kompaniyası, İsrailin İAİ kompaniyası ilə birgə gəmilərdə istifadə etmək üçün pilotsuz Chetak helikopterləri üzərində işlər aparırlar. İlkin məlumatlara görə, helikopter 4.6 min metr yüksəkliyə qalxaraq 6 saat səmada qala biləcək. O, 220 kq yük götürə biləcək və saatda 186 km sürətlə uçacaq.

Комментариев нет:

Отправить комментарий