21.05.2011

BALLİSTİK "SİNEVA" RAKETİ UĞURA İMZA ATDI

Rusiya HHQ-nin yeni raketi "Sineva" 10 min km-ə yaxın məsafə qət edərək hədəfi vurub



FaktXeber.com-un "İnterfaks"a istinadən verdiyi məlumata görə, Rusiyanın Şimal flotuna məxsus "Yekaterenburq" atom sualtı qayığından "Sineva" qitələrarası ballistik raketinin sınaq buraxılışı olub. Bu barədə Rusiya MN-nin rəsmisi polkovnik İqor Konaşenkov açıqlama verib.
"Raket Barents dənizindəki "Yekaterenburq" atom sualtı qayığından su altından buraxılıb. Əvvəlcədən müəyyənləşdirilmiş vaxt ərzində "Sineva" Kamçatkada yerləşən "Kura" poliqonundakı hədəfi vurub", - deyə polkovnik bildirib.
O əlavə olaraq bildirib ki, raket sınağı Rusiyanın atom gücünün yoxlanılması məqsədiylə həyata keçirilib.
Qeye edək ki, "Sineva" maye yanacaqla təmin olunmuş nüvə raketidir. O, Rusiya silahlı qüvvələrəinə 2007-ci ildə qəbul edilib. Uzunluğu 15 metr, diametri 1.9 metr, ilkin kütləsi 40 tondur.
"Yekaterenburq" gəmisinin uzunluğu isə 167 metr, eni 12 metr, su tutumu isə 12 tondur. 400 metr dərinliyə enə bilir. 140 nəfər heyətə sahibdir. 16 ballistik "Sineva" raketi var.
"Sineva" raketlərinin ən azından 2030-cu ilə kimi Rusiya HDQ-də istifadə ediləcəyi bildirilir.

Комментариев нет:

Отправить комментарий