21.05.2011

Gürcüstanda ilk qiraət müsabiqəsi keçirildi

Gürcüstan Tblisi Şəhəri Alul-Beyt (ə) Mədəni Maarif müəssəsəsində Beynəlxalq Əl-Mustafa (s) univeristetinin Gürcüstan nümayəndəliyi və Türkiyə Gənclərə yardım fondunun Gürcüstan kordinatoru tərəfindən təşkil olunmuş Quran qiraəti müsabiqəsi öz işinə başladı. Məclis aşağıda adları çəkilən möhtərəm qonaqların iştirakı ilə öz işinə başladı: 
- Almanyada yaşayan Türklərdən, Quran Hafizi Əli Börəkçi ( Beynəlxalq Quran müsabiqəsi təşkil edən idarənin Türk nümayəndəsi ) 
- İran İslam Respublikasının Gürcüstandakı səlahiyyətli Səfiri Cənab Sabir
- İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin Mədəniyyət mərkəzinin rəhbəri cənab Ehsan Xəzayi və onunla birlikdə Səfirliyin bir neçə nəfər təmsilçiləri 
- Tbilisi Cümə Məscidinin İmamı Cənab Yasin Hoca 
- Azərbaycan Respublikasının Quran qarisi Hacı İlkin Həsənov 
- Gürcüstanda fəaliyyət göstərən dini mədrəsələrin müdir , müəllim və tələbələri.
- Gürcüstanın müxtəlif məntəqələrindən gəlmiş Quran sevən Möminlər.
Məclisə Azərbaycan ölkəsindən hakim ünvanında dəvət olunmuş Hacı İlkin Həsənovun Allahın kitabından bir neçə ayə oxumaqı ilə start verildi. 
Məclisin aparıcısı Məşədi Vidadi Qurbanov Hacı İlkin Həsənovun Qiraətindən sonra maəclisn təşkilatçılarından, Türkiyə Gənclərə yardım fondunun Gürcüstan üzrə kordinatoru Emin Şəkərçiyə söz verdi. 
“Emin Hoca bu cür Quran Müsabiqəsinin Gürcüstan ölkəsində keçrilməsinin əhəmiyyət və xeyirlərində söhbət edərək öz xeyir - dualarını iştirakçı Qarilərə Allah taladan məsələt etdi”. 
Emin Hocanın söhbətlərində sonra sıra ilə aşağıda adları çəkilən iştirakçılar, püşk yoli ilə müəyyən olunmuş surə və ayələri qiraət etdilər.

Müsabiqədə iştirak edən Möhtərəm Qarilər: ( Kişilər ) 
1. Hacı Hacıyev ( Marneuli )
2. Rafayıl Əliyev ( Tbilisi )
3. Emzat Süleymanov ( Tbilisi )
4. Fuad İsayev (Marneuli )
5. Şamil Orucov ( Marneuli )
6. Badri Vanadze ( Batumi ) 
7. Kamil Seyyidov ( İkinci Kosalı) 
8. Famil Hüseyinov (Marneuli ) 
9. Azad İsmayılov ( Rustavi )
10. Koça Çeçxladze ( Tbilisi ) 

Xəbər verdiyimiz kimi, iki gün bundan qabaq Tbilisi Hz. Zəhra (s) Mədrəsəsinin Xanım tələbələri arasında Quran Qiraəti müsabiqəsi keçrilmişdi. Həmin müsabiqədə 10 Nəfər xanım tələbələr iştirak etmişdilər.
O müsabiqədə qalib seçilmiş üç nəfərə bu müsabiqənin sonunda Əl Müstafa (s) Univeristetinin Nümayəndəliyi tərəfində hədiyyələr təqdim olundu.

1- Birinci yer: Lalə Süleymanova 
2- İkinci yer: Leyla İlqarova
3- Üçüncü yer: Lamidə Bayramova

Qaliblərə hədiyyə təqdimatından qabaq Beynəlxalq Əl-Müstafa (s) univeristetinin Gürcüstan Nümayəndəsi Cənab Hacı Aqa Kəlanfəribayi bu müsabiqənin təşkil olunması haqqda məlumat verərək bu cür müsabiqələrin Gürcüstanda təşkil olunmasının zəruriliyindən danışdı. 

Gürcüstanda ilk qiraət müsabiqəsi keçirildi

Cənab Kəlanfəribayinin söhbətindən sonra İran İslam Respublikasının Gürcüstandakı səlahiyyətli Səfiri Sabir cənabları bu müsabiqə haqqda öz ürək sözlərini deyərək təşkilatçılardan təqdir və təşəkkür etdi. 
Gürcüstanda ilk qiraət müsabiqəsi keçirildi

Möhtərəm Hakimlər tərəfindən aşağıda adları çəkilən Qarilər Məclisin sonunda qalib seçildilər. 
Sonda Möhtərəm Qonaqların iştirakı ilə qaliblərə öz hədiyyələri təqdim olundu.

1. Birinci yer: Badri Vanadze ( Batumi ) NoteBook Kampyuter
2. Emzat Süleymanov ( Tbilisi ) Video kamera 
3. Kamil Seyyidov ( İkinci Kosalı ) Mobil telefon 
Gürcüstanda ilk qiraət müsabiqəsi keçirildi

Məclisə Həzrət İmam Zaman (ə.c) fərəc duası oxunaraq xətm verildi.

(www.almustafa.ge) http://islam-azeri.az

Комментариев нет:

Отправить комментарий