06.05.2011

İngilislərin Şərq siyasəti

İbrahim Sel            Professional Oxucu Liqası

             Parçalayıb işğal etmək ingilis siyasətinin əsasını təşkil edir

 Düşmənçilik, zülm, istibdad, hiylə və xəyanət üzərində qurulan ingilis imperatorluğu özünə “üzərində günəş batmayan ölkə” adı vermişdi. Konqo, Kipr, Kanada, Atən, Avstraliya, Fici, Şimali Afrika, Yeni Zelandiya, Tonqa, Pasifik adaları, Paniya, Somali, Saravak, Biruno, Bruney, Banqladeş, Birma, Hindistan, Pakistan, Malta, Malaziya, İndoneziya, İngilis Bəlcustanı, Çinin bir hissəsi, 1882-ci ildən Bostamina, Misir, Sudan, Sinqapur, Siyero-Leone, Nigeriya, Uqanda, Quyan, Qambiya, Qana və Tanzaniya kimi dövlətlər ingilislərin hegemonluğu sayəsində alındı. Bu dünya dövlətləri həm dinlərini, həm dillərini, həm də adət-ənənələrini itirdilər. Yeraltı-yerüstü sərvətləri ingilislər tərəfindən talan edildi. XIX yüzilliyin sonunda onlar dünya torpaqlarının ¼-nə, dünya xalqlarının isə ¼-dən çoxuna sahib oldular. İngilis müstəmləkələrinin ən mühümü, strateji məqsəd daşıyan Hindistan idi. İngilislər dünya hakimiyyətlərin təmin etmək üçün üç yüz milyondan artıq əhalisi olan (hal-hazırda bir milyarda yaxındır), tükənməz sərvətlərə sahib Hindistandan I Dünya Müharibəsində bir milyondan artıq əsgər və bir milyard rupi nəğd pul almışdılar. Bu pulların çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdilər. Sülh şəraitində də ingilis iqtisadiyyatını yaşadan və maliyyəsini dövr etdirən Hindistan idi.
 Osmanlı imrperatorluğunu müxtəlif siyasi oyunlarla Rusiya ilə müharibəyə cəlb etdilər ki, bu dövlət zəifləyib Hindistana əl uzada bilməsin. Parçalayıb işğal etmək ingilis siyasətinin əsasını təşkil edir.
 1837-ci ildə hakimiyyətə gələn II Şah Bahadır, ingilislərin zülmünə dözməyərək, 1857-ci ildə onlara qarşı ordunuün və xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına pul kəsdirib, xütbə oxutmaqla başladı. Şahın bu hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. İngilis əsgərləri Dehliyə daxil olaraq evləri, dükan və mağazaları qarət etdilər. Qarşılarına çıxan bütün qoca, cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz bir vəziyyət yarandı. II Şah Bahadırın ordu başçılarından olan Batı xan, sultanı ordu ilə birlikdə geri çəkilməyə razı etsə də, ingilislərin rəğbətini qazanmaq istəyən xain Mirzə İlahi Baxış adlı başqa bir başçı şaha ordudan ayrılıb, təslim olmağı təklif etdi. Onu inandırmaq üçün: “İngilislər səninlə yaxşı rəftar edəcəklər ə ailənə də toxunmayacaqlar dedi. Bahadır Şah da ona inanaraq ordunun əsas cinahından ayrılaraq, Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 km-də yerləşən Humayun şahın türbəsinə sığındı.
 Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson bu məsələni xain Rəcəb Əli adlı birindən öyrənərək, ordu komandanı Vilsona bildirir. O, Bahadır Şahı tutmaq üçün yardımçı qüvvələr istəyir. Vilson verə biləcəyi muzdlu əsgərləri olmadığını söylədikdə, Hudson sultanın təslim olması üçün, canına və ailəsinə toxunulmayacağı təminatının verilməsi təklifini edir. Vilson bu təklifi əvəlcədən qəbul etməsə də, sonradan razılaşır. Bundan sonra Hudson 90 nəfərlik əsgər heyəti ilə Humayun şahın türbəsinə gələrək, sultana təslim olmağı təklif edir və təslim olduğu təqdirdə ailəsinə  toxunulmayacağı təminatını da verir. Hudsona aldanan Bahadır Şah təslim olur. Hudson sonradan sultanın iki oğlunu yaxalamaq istəyir. Lakin sultanın oğlanları qalada mühafizə olunduqlarından onlara yaxın düşə bilmir və nəticədə onları da canlarına təminat vermək yolu ilə aldadır. Sultanın oğlanları da aldanaraq, təslim olurlar. Onları tutan kimi elə oradaca zəncirləyərək, əli bağlı Dehliyə gətirir. Mərkəzi meydanların birində soyundurub, sinələrinə qurğuşun tökərək şəhid edir. Deyilənlərə görə, Hudson onldarın qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin cəsədlərini xalqı qorxutmaq üçün qala qapısından asırlar. Bir gün sonra başlarını kəsərək, İngiltərə valisi Henri Bernarda göndərir, ətlərindən isə şorba bişirərək, sultan və xanımının saxlandığı zindana göndərirlər. Onlar ac olduqları üçün əti yeməyə başlayırlar. Lakin çeynəyə bilmirlər. Ətdən şübhələnərək yediklərini də qusur və qabları yerə çırpıb sındırırlar. Bu vəziyyətdə Hudson onlara yaxınlaşaraq: “Niyə yemədiniz?- deyə istehza ilə şorbanın onun oğlanlarının ətindən hazırlandığını söyləyir.
 1858-ci ildə hiylə ilə hakimiyyədən uzaqlaşdırılan II Bahadır avropalılara qarşı qiyam və qətldə günahlandırılaraq mühakimə edilir. Həmin ilin mart ayının 29-da ömürlük həbs cəzasına məhkum edilərək, Konqona sürgünə göndərilir. Sultan II Bahadır 1862-ci ildə vətənindən uzaq bir ölkədə vəfat edir. Daha sonra Əllamə Fəzli Haqq 1861-ci ildə Andaman adalarındakı zindanlardan birində ingilislər tərəfindən şəhid edilir.
 Hindistanda ingilislər yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağladılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etdilər. Hətta tələbələri də qətlə yetirdilər.
 1925-ci ildə Hindistana səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında belə yazır: Hindistanın birinci şəhəri olan Kəlküttədəki səfalətli həyat Paris və Londonun ətrafındakı bataqxana məhəllələri ilə belə müqayisə edilməyəcək səviyyədə idi. Küçələrdə insanlar və heyvanlar bir-birinə qarışmış, uşaqlar ağlayır, xəstələr inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş insanlar ölü kimi yerdə uzanıb qalmışdılar. İnsan bu qədər ac, zəlil və zəif vücudları seyr edərkən, istər-istəməz öz-özünə bunların nə iş görə biləcəyini fikirləşir. Nicatlarını fabriklərdə işləməkdə görən insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib, ehtiyaclarının cüzi hissəsini belə ödəmirdi. Dünyanın heç bir yeində insan həyatına qarşı olan diqqətsizlik burada olduğu qədər deyildi. Fəhlə  öldükdə, nə olsun? Sabah yerinə başqa birisi gələr- deyirdilər. İngilislərin burada düşündükləri yeganə şey istehsalı çoxaltmaq, maksimum mənfəət əldə etmək və bütün qazancları İngiltərəyə yönəltmək idi.  
 Cenninq Brayn Hindistanda ingilis hakimiyyəti adlı kitabında belə qeyd etmişdir: Hindistan əhalisinə rifah və səadət bəxş etdiyini iddia edən ingilislər, hakim olduqları müddət ərzində milyonlarla hindlini məzara göndərmişlər
 Harold Kambton isə Hindlinin həyatı adlı kitabında belə yazır: Ağaları (ingilislər) hindliyə zülm edir, o isə hər şey yox oluncaya, ölüncəyə qədər işləməkdə, ona xidmət etməkdə davam edir.
 1834-cü ildə ingilis istehsalçıları afrikalı zəncilərin yerinə hindli işçiləri işlətməyə başladılar. Hindistandan Şimali Afrika müstəmləkələrinə minlərlə hindli müsəlman aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin vəziyyətindən daha ağır idi. Bunlar razılaşdırılmış iş rejimi deyilən bir üsul ilə hindliləri işlədirdilər. Buna görə də qul adlanan insanlar beş il müddət ərzində nə evlənə, nə də iş yerlərini tərk edə bilərdilər. Gecə-gündüz qırmanc altında işləmək məcburiyyətində idilər. Bundan əlavə, hər il vergi qismində üç ingilis qızılı verməli idilər. Bu deyilənlər Labour in İndia” “Post-Lecturer in the Universitu of Nev-York” yazıları ilə bütün dünyaya elan edilmişdi.
 Missionerlərin xüsusilə islamdünyasındakı fəaliyfətləri, islamı və müsəlmanları parçalayaraq təfriqəyə salmaq ideyalarına söykənir. İngiltərə ələ keçirdiyi yerlərə çox gözəl bələd olduğu kimi, istila edəcəyi qitələri də öncədən incələyərək öyrənr, ondan sonra siyasi alətlər vasitəsilə planlarını qurur və uyğun zaman yetişən kimi bir göz qırpımında oranı işğal edir, həmin qitəyə girdiyi zaman tanımadığı evə deyil, öz doğma evinə girirmiş kimi girir.
 Osmanlı dövləti dağıdıldıqdan sonra onun hakimiyyəti altında olan ərazilərdə böyüklü-kiçikli 23 dövlət quruldu. İslam ölkələri olan bu dövlətlərin arasında mütəzəm olaraq düşmənçilik və qarşıdurmalar yaratdılar. Bu kimi ixtilaflar həmin ərazilərdə bu günə kimi davam etməkdədir. Böyük qüdrətlər dünya ictimaiyyətinin diqqətini hər hansı br nöqtəyə cəlb etmək üçün bu münaqişələr ara-sıra qızışdırılır və ya onlar öz  imperialist siyasətlərini həyata keçirməkdən ötrü güclü bir ölkəni zəif bir dövlətin canına salaraq, əzilən tərəf üçün beynəlxalq kömək, vasitəçi və s. adlarla zahir olurlar. Bir növ dovşana qaç, tazıya tut deyirlər və ya yetimin papağını oğurlayıb yenidən özünə qaytarmaqla ona dayı olurlar.
 Yəhudilər ingilislərin himayəsi ilə Fələstin torpaqlarında yəhudi dövləti qurmaq istəyirdilər. Sionistlərin fəaliyyət və  məqsədlərindən xəbərdar olan Əbdül Həmid Fələstin torpaqlarının yəhudilərə satılmaması barədə xüsusi fərman vermişdi. Dünya Sionizm Təşkilatının sədri Teodor Hertzel və Hamam Mane Levi sultanla görüşəndə yəhudilərə torpaq almaları istəklərini bildirdikləri zaman, Əbdül Həmid təklifə cavab olaraq, bunları demişdir: Dünyanın bütün dövlətləri ayağıma gəlsələr, bütün xəzinələri qarşıma qoysalar da, sizə bir qarış belə torpaq vermərəm! Əcdadlarımın qanları bahasına aldıqları bu torpaq pulla satılmaz! Yəhudilər Əbdül Həmidin qərarının ciddi olduğunu başa düşdükdən sonra, İttihadTərəqqi partiyaları ilə əlaqə yaradaraq, 1909-cu ildə onu hakimiyyətdən saldılar, masonları dövlət vəzifələrinə təyin etdilər. Hətta onların Şeyxul İslamlıq vəzifəsinə yüksəltdikləri Xeyrullah və Musa Kazım da mason idi. Əbdül Həmidin min bir zəhmət bahasına yaratmış olduğu dünyanın 1-ci Qara Ordusu Balkan, Çanaqqala, Rus və Fələstin cəbhələrində məhv edildi. Yüz minlərlə vətən övladları şəhid edildi.

Комментариев нет:

Отправить комментарий