06.05.2011

KÜT QANACAQLAR (Şeir)

Azər Nəsirov



Qəfil bir külək əsdi bu bağa,

Yarpağını yerə tökdü budaqlar.

Dünən sinəsinə döyən cavandan,

Daha əvvəlki tək gəlmir soraqlar,

Gözün yumdu, küt oldu qanacaqlar. 


Sınaqlardan çıxdı, öyündü insan,

Dəyirman daşında üyüldü insan,

Çoxaldı tələblər, böyüdü insan;

Qırdı oyuncaqlarını uşaqlar.

Qısa gəldi ayaqlara balaqlar. 


Bir amalın ətrafında cəm olduq,

Gözəl xəyallar içində dəm olduq,

Dostlar getdi cərgəmizdən, kəm olduq,

Daban-dabana zidd oldu maraqlar.

Yaxınlaşdı o əlçatmaz uzaqlar. 


Bunca ömür, sən demə, bir yuxuydu,

Mədə acdı, gözlər isə toxuydu,

Burda qurban alacaqdan çoxuydu,

O cəbhədə çoxaldı alacaqlar.

Sağa, sola əyildi yumuşaqlar.

Комментариев нет:

Отправить комментарий