03.08.2011

Abbasov Akif Nurağa oğlu

Tanışlıq
  Abbasov Akif Nurağa oğlu - nasir, tərcüməçi, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), pedaqoji elmlər doktoru (1995), professor (2004), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009).

            Akif Abbasov 1950-ci il mayın 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur. N. Nərimanov adına 2 saylı orta məktəbi bitirdikdən sonra "İşıq" şəhər qəzetində müxbir işləmiş (1967-1968), M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almış (1968-1973), təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragünə kənd orta məktəblərində ingilis dilini tədris etmişdir (1973-1975). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə müsabiqə yolu ilə kiçik elmi işçi qəbul olunmuş (1975), sonralar institutda elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifəsində işləmişdir (1975-2001).

Namizədlik (1987) və doktorluq dissertasiyaları (1995) müdafiə etmişdir. Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur (1992-1998).
Hazırda Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun elmi katibidir (2000-ci ildən)."Təhsil, mədəniyyət, incəsənət" jurnalın redaktoru olmuşdur (2000-2006).

İlk mətbu yazısı Əli Bayramlı şəhər qəzeti "İşıq"da çıxmışdır.  Hekayələri «525-ci qəzet», «Təhsil problemləri», «Mühakimə», «Savalan»,  «İşıq» qəzetlərində, «Günəş» jurnalında,  rus və ingilis dillərindən tərcümələri «Ədəbiyyat və incəsənət», «İdman», «Sovet kəndi», «Muğan», «İşıq», «Azərbaycan müəllimi» qəzetlərində,  "Dünya", "Bağban" almanaxlarında, «Azərbaycan», «Mütərcim» jurnallarında dərc olunmuşdur. Orta ümumtəhsil məktəbləri,  ali və orta ixtisas məktəblər üçün, habelə xüsusi məktəblər üçün bir çox dərslik, elmi-metodik əsər və fənn proqramlarının müəllifidir.

Akif Abbasov aşağıdakı birpərdəli  pyesləri rus  dilindən azərbaycancaya tərcümə etmiş və onlar respublika  radiosunun “Firuzə” tələbə teatrında səslənmişdir:

1. M. Bayciyev. Duel. 1980 - ci il sentyabrın 1- də saat 22.30.
2. Z. Çernışeva. Buzda ehtiyatlı ol. 1980 -ci il dekabrın 1 –də saat 22.30.
3. Q. Kuntsev. İstəkli adamlar üçün hədiyyə. 1981, 2 fevral, saat 22.30.
4. Y. Obuxov. Nənə gələndə.  1983, 7 fevral.
5. V. Kojevnikov. Səhra. 1983, 3 yanvar.
6. Y. Ziskind. Uğurlu skamya. 1985, 4 fevral.

Akif Abbasovun tərcüməsində Georgi Xuqayevin Andro və Sandro iki pərdəli pyesi 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram verilişləri" redaksiyasında Sofa Bəsirzadə, Məhluqə Sadıqova, İlham Namiq Kamal, Bürcəli Əsgərov, Muxtar Avşarov tərəfindən səsləndirilmişdir. Radio tamaşanın rejissoru Həsən Əbluc olmuşdur.
Akif Abbasov 2006-cı ildə "Tərəqqi" medalı ilə təltif edilmiş, 2007-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

              Əsərləri

1.     Orta ümumtəhsil məktəblərində şagirdlərin kommunist tərbiyəsinin bəzi məsələləri. Bakı: Maarif, 1978, 96 səh. (şərikli)
2.     Şagirdlərin hüquq tərbiyəsi. Bakı: Maarif, 1983, 92 səh.
3.     Ümumtəhsil məktəbləri şagirdlərinin kommunist tərbiyəsi. Bakı: Maarif, 1983, 156 səh. (şərikli)
4.     Ailə həyatının etika və psixologiyası. Bakı: Maarif, 1988, 192 səh.
5.     Ailə. Bakı: Maarif, 1986 (təkrar nəşr 1989), 276 səh. (şərikli)
6.     Qız gəlin köçür. Bakı: Gənclik, 1992, 44 səh. (şərikli)
7.     Az söylə, söz söylə (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər). Bakı: Maarif, 1993, 400 səh. (şərikli)
8.     Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Maarif, 1997, 160 səh.
9.     Lələşin ayaqqabısı (hekayələr). Bakı: Mütərcim, 1998, 40 səh.
10. İngiliscə-Azərbaycanca pedaqoji-psixoloji lüğət. Bakı: Mütərcim, 1999, 100 səh. (şərikli)
11. Xəyanət (povest və hekayələr). Bakı: Mütərcim, 1999, 104 səh.
12. Qaş düzəltdiyi yerdə (hekayələr, lətifələr). Bakı: Mütərcim, 1999, 84 səh.
13. Pedaqogika: ali məktəblər üçün dərs vəsaiti. Bakı: Renessans, 2000, 202 səh. (şərikli)
14. Əli Bayramlı mətbuatı. Bakı: Araz, 2000, 160 səh. (şərikli).
15. Dədəmə oxşayırsan (hekayələr, lətifələr). Bakı: Mütərcim, 2004, 56 səh.
16. Aldanma sözlərə (roman). Bakı: Mütərcim, 2004, 150 səh.
17. Gəl Məliyin dovğasına (lətifələr). Bakı: Mütərcim, 2006, 72 səh.
18. Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti. Bakı: Mütərcim, 2006, 196 səh.
19. Gəlin (hekayələr və lətifələr). Bakı: Mütərcim, 2007, 60 səh.
20. Atatürk haqqında hekayələr (birinci kitab). Bakı: AzAtaM, 2007, 96 səh.
21   . Atatürk haqqında hekayələr (ikinci kitab). Bakı: AzAtaM, Mütərcim, 2007, 88 səh.
22.Atatürk (pyes). Bakı: Mütərcim, 2007, 72 səh.
             23. Böyük türk (hekayələr). Bakı: Mütərcim, 2007, 28 səh.
            24. Pedaqogika: müxtəsər konspekt və sxemlər. Bakı: Mütərcim, 2007, 80 səh.
25.İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi: Ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün. Bakı: Mütərcim, 2008, 104 səh.
26.Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2008, 296 səh.
27. Oxu-3: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
28.Oxu-4: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 160 səh.
 29. Oxu-5: zəif eşidən uşaqlar üçün dərslik. Bakı: Təhsil, 2008, 168 səh.
30. Xallı kəpənək (hekayə və lətifələr). Bakı: Mütərcim, 2009, 56 səh.
31. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2009, 348 səh.
32.Müdirin ayağı (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
33. Bir qıçlı öz atasıdır (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
34. Dar günün dostu (povest və hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
35. Geydirmə araq (hekayələr). Bakı: Mütərcim, 2010, 60 səh.
36. Pedaqogika: orta ixtisas məktəbləri üçün dərs vəsaiti. Bakı: Mütərcim, 2010, 344 səh.
36. Portret cizgiləri. Bakı: Mütərcim, 2010, 124 səh.
37. Milli əxlaq və ailə etikası: orta ixtisas məktəbləri üçün dərslik. Bakı: Mütərcim, 2010, 320 səh.
38. Seçilmiş əsərləri. 12 cilddə. I cild. Bakı: Mütərcim, 2010, 344 səh.
39. Samsundan başlanan yol (roman və pyes). Bakı: Mütərcim, 2011, 336 səh.
40.Əsərləri. 10 cilddə. I cild. Bakı: Mütərcim, 2011, 336 səh.

Tərcümələri

41. Kristi Tökerin ölümü (hekayələr). Bakı: Təbib, 2000, 44 səh. (ingilis və rus dillərindən tərcümə)
42. Uilyam Somerset Moem. Yolagəlməz qadın (povest). Bakı: Nurlan, 2004, 40 səh. (ingilis dilindən tərcümə)
43. Uilyam Somerset Moem. Yağış (povest). Bakı: Nurlan, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
44. Yağış altında pişik (hekayələr). Bakı: Mütərcim, 2004, 48 səh. (ingilis dilindən tərcümə)
45. Georgi Xuqayev. Andro və Sandro (pyes). Bakı: Mütərcim, 2004, 60 səh. (rus dilindən tərcümə)
46. Touşan Esenova. Ali təhsilli arvad (pyes). Bakı: Mütərcim, 2004, 56 səh. (rus dilindən tərcümə)
47.Mar Bayciyev. Duel (pyes). Bakı: Mütərcim, 2004, 44 səh. (rus dilindən tərcümə)
48. Tiflissayağı boşanma (hekayələr). Bakı: Mütərcim, 2005, 52 səh. (ingilis və rus dillərindən tərcümə)
49. Qrehem Qrin. Canlılar yaşayan otaq (pyes). Bakı: Mütərcim, 2005, 68 səh. (ingilis dilindən tərcümə)
50. Küçə tinində hadisə (hekayələr). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)
51. Uilyam Somerset Moem. Edvard Barnardın ruh düşkünlüyü (povest). Bakı: Mütərcim, 2006, 40 səh. (ingilis dilindən tərcümə)

                                               Haqqında

52. Alim və yazıçı ömrü. Bakı: Mütərcim, 2010, 298 səh. (tərtib edənlər: L. Abbasova, B. Akifoğlu)

         Filmoqrafiya

1.      Canavar Balası (1997) - redaktor və aktyor
2.      Qırmızı Qar (1998) – redaktor

Комментариев нет:

Отправить комментарий